Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   76

tarixi prosesdə sosial fəaliyyətin rasionallıq dərəcəsi daim 
yüksələn xətlə gedir. 
Maks Veber “Protestant etikası  və kapitalizmin ruhu”, 
“Asket protestantçılıq və kapitalizmin ruhu” kimi əsərlərində 
sübut etməyə çalışır ki, Avropa kapitalizmi öz mənşəyinə görə 
protestant dini-əxlaqi kompleksinə borcludur. Onun fikrincə, 
əməksevərlik, qənaətcillik, düzgünlük və s. bu kimi mənəvi 
keyfiyyətlər dini ideologiyadan doğur və insanların  düzgün 
yaşamalarına köməklik göstərir. Lakin sonralar, “Xristianlığın 
tarixi” adlı  əsərində Veber kapitalizmin meydana gəlməsində 
iqtisadi amillərin oynadığı rola daha obyektiv yanaşır. 
Marksizmin  əsas müddəalarını ardıcıl olaraq tənqid edən Veber 
kapitalizmi ən rasional təsərrüfat tipi adlandırır. 
Siyasi sosiologiyada M.Veber hakim sinfin statusa və 
nüfuza malik olan qrupları arasında gedən münaqişələrin təhlilinə 
üstünlük verirdi. 
M.Veberin yaradıcılığı, nəzəriyyəsi və xüsusən də meto-
dologiyası  müasir sosiologiyanın təşəkkülündə böyük rol oy-
namışdır. Amerikan sosioloqu T.Parsonsun fikrincə, M.Veber 
tarixin materialist anlayışının  əsassızlığını göstərərək ümum-
dünya tarixində etik və dini amillərin üstün rol oynadığını sübut 
etmişdir. Bununla belə onun  bioqraflarından biri olan alman 
sosioloqu V.Baumqarten yazır ki, M.Veber öz metodoloji yolunu 
K.Marksa qarşı mübarizə aparmaqla və ondan öyrənməklə 
axtarırdı. 
M.Veberin bütün ideyalarına elmilik və obyektivlik kimi 
cəhətlər xasdır. Məhz buna görədir ki, onun nəzəriyyəsi, xüsusən 
də metodologiyası bu gün də öz aktuallığını qoruyub sax-
lamaqdadır. 
Göründüyü kimi, XIX əsrin  əvvələrində  əsası  O.Kont, 
H.Spenser və L. Şteyn tərəfindən qoyulan sosiologiya elmi 
fransız, italyan və alman sosioloji məktəblərinin görkəmli 
nümayəndələri tərəfindən inkişaf etdirilərək bitkin bir elm sa-
həsinə çevrildi. 
 
 
21


2. Marksizmin sosioloji  nəzəriyyəsinin                                     
mahiyyəti və məzmunu 
 
XIX  əsrin ikinci yarısında Avropada təşəkkül tapmış  olan 
bir sıra sosioloji nəzəriyyələr içərisində marksist sosioloji 
nəzəriyyə öz radikallığı    ilə  fərqlənirdi. Bu nəzəriyyənin sə-
ciyyəvi cəhəti tarix, iqtisadiyyat və s. elmlərin obyektiv  mə-
lumatlarına  əsaslanmaqla tarixi prosesə elmi qiymət verilmə-
sindən ibarətdir.  Əsası  Karl Marks (1818 - 1883) və  Fridrix 
Engels (1820-1895) tərəfindən qoyulmuş bu nəzəriyyə sonralar 
G.P.Plexanov, A.Labriola, A.Qramşi və b. tərəfindən inkişaf 
etdirilmişdir. Bu nəzəriyyə    yarandığı vaxtdan müxtəlif möv-
qelərdən  tənqidə məruz qalsa da, o muasir sosioloji  fikrin əsas 
cərəyanlarından biri olub bu gün də dünyanın müxtəlif 
ölkələrində öz tərəfdarlarına malikdir.  
Marksistlərin fikrincə, bütün sosial subyektlərin ictimai 
əlaqə  və münasibətlərinin məcmusu bu və ya digər cəmiyyəti 
yaradır. Cəmiyyət özünə xas olan ictimai  münasibətlərin, istehsal 
üsulunun, siyasi və digər sosial institutların  köməyi  ilə  
insanların fəaliyyətinin məzmunu və istiqamətini müəyyən edir, 
hər bir insanın inkişafına və formalaşmasına  təsir göstərir. 
Marksizmə görə  insanların  məqsədləri, daxili motivlər sistemi, 
siyasi, iqtisadi və digər sahələrdə  fəaliyyəti son nəticədə tarixi 
prosesin obyektiv amilləri ilə şərtlənir.  
Başqa sözlə,  cəmiyyətin maddi həyat şəraiti və ondan irəli 
gələn mənafelər və  tələbatlar sosial subyektlərin fəaliyyətini 
müəyyən edir. Beləliklə, ictimai varlıq insanların real həyat 
prosesi, onların ictimai praktikası kimi şərh olunur. 
Tarixin materialistcəsinə anlaşılması  nəzəriyyəsinə görə 
adamların ictimai varlıqlarının məzmununu onların müxtəlif 
tələbatlarının ödənilməsinə kömək edən maddi nemətlər istehsalı 
təşkil edir. Son nəticədə “maddi həyatın istehsalı üsulu” 
ümumiyyətlə  həyatın sosial, siyasi və  mənəvi proseslərini 
müəyyən edir. 
 
22


Marksist sosiologiya istehsal üsulu ilə istehsal münasibətləri 
arasındakı qarşılıqlı  təsirin dialektikasını da açıb göstərir. 
Cəmiyyət iqtisadi, siyasi, hüquqi, əxlaqi, dini və s. ictimai 
münasibətlər sistemindən ibarətdir. Bütün ictimai münasibətlərin 
əsasında onların sosial məzmunu dayanır. Maddi münasibətlər 
insanların  şüur və iradələrindən asılı olmayaraq təşəkkül  tapır. 
İdeoloji münasibətlər isə    şüurla  əlaqədar formalaşır. Bunlara  
misal olaraq insanlar arasında mövcud olan əxlaqi, hüquqi, siyasi, 
estetik, dini münasibətləri göstərmək olar. Bu tip münasibətlərin 
qarşılıqlı əlaqəsi öz əksini bazis və üstqurum anlayışlarında tapır.  
Marksist sosiologiyasında mərkəzi yerlərdən birini cə-
miyyətin elmi surətdə idarə oluna bilməsi ideyası tutur. Lakin real 
həyatda bu ideyanın həlli müxtəlif problemlərlə qarşılaşır. 1917-
ci ildən başlayaraq bu günə kimi dünyanın müxtəlif ölkələrində 
(keçmiş SSRİ, Bolqarıstan, Macarıstan, Rumıniya və s.) marksist 
ideologiyası üzərində qurulmuş sosialist  dövlətlərində idarəetmə 
işi səmərəli qaydada qurula bilmədi. Həmin  ölkələrin çoxunda 
sosialist dövlət quruculuğundan imtina edilməsi məhz idarəetmə 
işində yol verilmiş səhvlərlə bağlıdır. 
Marksizmin cəmiyyətə bütöv sosial orqanizm kimi baxışı öz 
əksini ictimai-iqtisadi formasiya anlayışında daha parlaq surətdə 
göstərir.  İctimai-iqtisadi formasiya konkret-tarixi cəmiyyət tipi 
olub özünəməxsus istehsal üsuluna, sosial struktura, siyasi 
sistemə və mənəvi həyata malik olur. 
Marksist sosiologiya yuxarıda göstərilən arqumentlərə 
əsaslanaraq cəmiyyətin obyektiv inkişafı qanunlarını irəli 
sürmüşdür. Bunlar aşağıdakılardır: 
1.
 
Cəmiyyətin inkişafında istehsal üsulunun müəyyə-
nedici rolu; 
2.
 
İstehsal üsulunun məhsuldar qüvvələrin xarakterinə 
və səviyyəsinə uyğun olması; 
3.
 
Üstquruma münasibətdə bazisin müəyyənedici rolu; 
4.
 
İctimai varlığın ictimai şüura nisbətən birinci ol-
ması. 
 
23


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə