Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə22/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

 Bütün türklərin tərcümanı



 

69



 ~ 

 

anlamağa  başladı.  Düşüncələrdə  təyəqqüz  (oyanma  –  T.A.)  hasil 



oldu. Millət xəstə, dərmana, ziyaya möhtac olduğunu etiraf etməyə 

başladı. «Tərcüman»ın böyük xidməti də budur» (sitat 1903-cü ildə 

«Tərcüman»  qəzetinin  20  illik  yubileyi  münasibəti  ilə  Orenburq 

ziyalılarından  Məhəmməd  Fatih  Kəriminin  1904-cü  ildə 

Orenburqda nəşr etdirdiyi «Krıma səyahət» adlı kitabından tanınmış 

qaspiralışünas  Zəfər  Qaratayın  hazırladığı  «Dua  məclisi»  adlı 

məqalədən götürülmüşdür). 

«Bütün  ömrünü  din  və  qan  qardaşları  xeyrinə  həsr  etmiş 

böyük  bir  şəxs  bu  gün  aramızdan  ayrıldı.  Millətin  səadətini  hər 

şeydən  irəli  tutmuş,  insaniyyət  və  tərəqqi  yolundakı  səylər  bütün 

dost  və  düşmənlərinin  təqdirlərini  cəlb  etmiş  alicənab  bir  qəlb  bu 

gün  hərəkətdən  durdu.  Bu  gün  böyük  türk-tatar  dünyasının 

yolbaşçısı  olan  ən  parlaq  ulduz  söndü.  Bu  ulduzun  sönməsi  türk-

tatar  dünyasının  şərqindən  qərbinə,  şimalından  cənubuna  qədər 

görüləcək  və  hər  yerdə  özünün  dəhşətli  təsirini  icra  edib  həssas 

qəlbləri  titrədəcəkdir.  İsmayıl  bəyin  həyatı  Rusiya  müsəlmanları 

üçün özbaşına müstəqil bir dövr, özbaşına müstəqil bir tarixdir. Bu 

dövrdə  Rusiya  müsəlmanları  yenidən  dünyaya  gəldilər.  Bu  dövrdə 

dilli  və  ədəbiyyatlı  oldular.  Milli  mətbuata,  mədəniyyət  və 

insaniyyət fikrinə girmələri də bu dövrdədir. 

Xülasə,  Rusiya  müsəlmanları  arasında  yeni  maarifin  və 

mədəniyyətin  yayılmasının  başı  mütləq  İsmayıl  bəy  Qasprinskiyə 

çatıb  dayanmaqda  və  Rusiya  müsəlmanları  arasında  millət  və 

camaat  xidmətində  olan  nə  qədər  şəxslər  varsa,  bunların  hər  biri 

İsmayıl bəyi özlərinə ustad hesab etməkdə və onun şagirdi olmaqla 

özlərini  bəxtəvər  saymaqdadırlar».  («Böyük  milli  matəm» 

məqaləsindən. «Vakit», 12 oktyabr 1914). 

 



 Abid  Tahirli



 

70



 ~ 

 

Vəkil  İ.Sıtkı  Oğuzbəyov:  «O,  türklük  davasında  həqiqətən 

böyük xidmətlər etmiş bir müctəhid, bir türk alimi idi. O, həqiqi bir 

müsəlman,  islam  dininin    təəssüblə  əlaqəsi  olmadığına  inanan 

həqiqi bir mömin idi. 

Qaspiralı  dünya  dinlərini  də  araşdırmışdı.  Müsəlmanlığın 

ağla  ən  uyğun  bir  din  olduğunu  dəlillərlə  qəbul  edən  bir  insan 

olduğu  üçün  bir  tərəfdən  türklüyə,  türk  dilinin  vəhdətinə,  bir 

tərəfdən  də  müsəlmanlığın  xurafatdan  təmizlənərək  layiq  olduğu 

mövqeyə çatacağına inanan bir müctəhid və bu yolun tərəqqisi üçün 

çalışan bir mücahid  idi». (Mərhum  İsmayıl Qaspiralı və bir xatirə. 

«Əməl» dərgisi, № 7, noyabr 1961). 

 

 

Ukraynanın 



sabiq 

Prezidenti 

Leonid 

Kuçma: 

«Zamandaşları  onu  sayqı  ilə  müəllimlərin  müəllimi,  nəhəng 

adlandırırdılar,  Krım-tatar  xalqının  ən  şanlı  övladlarından  biri 

İ.Qaspiralı  dünya  miqyaslı  mütəfəkkirlər  sırasında  nüfuzlu  yer 

tutmaqdadır».  (Ağməscid,  14-15  may  1991-ci  ildə  İ.Qaspiralının 

150 illik yubileyindəki çıxışından). 

 

 

Doç.dr.  Turqay  Uzun  (Muğla  Universiteti):  «İsmayıl 

Qaspiralı türk ulusunun bir bütün olduğuna, coğrafi və dildən gələn 

fərqliliklərin  bu  bütövlüyü  poza  bilməyəcəyinə  inanmış  və  bu 

səbəblə  dil  birliyini  əngəlləyəcək  və  türk  xalqları  arasında 

anlaşmanı  çətinləşdirəcək  ünsürlərə  qarşı  mücadilə  edilməsinin 

vacibliyini  qeyd  etmişdir.  Qaspiralı  türk  birliyi  üçün  gərəkli 

gördüyü düşüncə birliyi  məsləyini dil birliyi ilə əlaqələndirmiş, dil 

birliyi  gerçəkləşmədən  Türk  xalqlarının  birləşməsindən  söz  edilə 




 Bütün türklərin tərcümanı



 

71



 ~ 

 

bilməyəcəyi  fikrində  olmuşdur».  («İlk  türk  maarifçilik  hərəkatı: 



cəditçilik və İsmayıl Qaspiralı» məqaləsindən). 

 

 



Prof.dr.  Əhməd  Bican  Ərcilasun:  «Qaspiralının  başladığı 

və  İlminskinin  təhlükəli bir proses kimi  qələmə  verdiyi  «ortaq dil» 

ideyası  Kazanda  olduğu  kimi  Azərbaycanda  da  böyük  əks-səda 

doğurmuşdur.  20-ci  əsrin  əvvəllərində  Azərbaycan  əbədi  dili  ilə 

bağlı mübahisələrin olduğu məlumdur: Osmanlı türk ədəbi dilindən 

istifadə  edənlərlə  xalq  danışıq  dilindən  yararlanaraq  yeni  bir  ədəbi 

dil  yaratmaq  istəyənlər  arasında  şiddətli  münaqişələr  olmuşdur. 

Hələ  1876-cı  ildə  H.Zərdabi  «Əkinçi»  qəzetində  (№  14)  türkcənin 

ümumiləşdirilməsi  təklifini  irəli  sürmüşdür.  Osmanlı  türk  ədəbi 

dilini müdafiə edənlər Əli bəy Hüseynzadənin «Füyuzat», «Şəlalə» 

və  «Dirilik»  məcmuələrində  fəaliyyət  göstərdilər.  1920-ci  illərdə 

Türkiyə  ədəbi  dili  Azərbaycanda  artıq  təhsil  dili  kimi  qəbul 

edilmişdi.  Bu  durumun  1930-cu  illərə  qədər  davam  etdiyini 

prof.Tofiq  Hacıyev  nümunələrlə  sübuta  yetirmişdir».  («İsmayıl 

Qaspiralının fikirləri» məqaləsindən). 

 

 



ABŞ  türkoloqu  Edvard  J.Lazzerini:  «Gözlənilən  nəticələr 

(söhbət  «Tərcüman»ın  nəşrindən  sonrakı  nəticələrdən  gedir  – 

nəzərdə  tutulur  –  T.A.)  bir  tərəfdən  iqtisadi  geriliyə  rəvac  verən, 

cəhaləti körükləyən və siyasi zəifliyi bəsləyən müsəlmanların zehni 

geriliyinə  son  verilməsi,  digər  yandan  imperiyanın  daha  ədalətli, 

daha  ahəngdar  və  daha  güclü  hala  gətirilməsində  müsəlmanlar  ilə 

ruslar arasında bərabər bir ortaqlığın başladılması idi. Bu bir adam 

və  çiçəyi  burnundakı  qəzetçi  üçün  əlçatmaz  iş  olsa  da,  qeyrət  və 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə