Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

97 
 
tisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanun-
larıdır. Dünya təcrübəsində mövcud qanunvericilik sənədləri bir 
ad  altında  birləşdirilməklə  yerli  və  xarici  investisiya  fəaliyyə-
tinin  tənzimlənməsi  məqsədlərinə  xidmət  edir.  Lakin,  Azərbay-
canda  müvafiq  qanunların  ayrı-ayrılıqda  fəaliyyət  göstərməsinə  
və  qəbul  olunduğu  müddətdən  15  ildən  artıq  vaxt  keçməsinə 
baxmayaraq,  bu  hüquqi-normativ  sənədlərdə  bir  çox  təkmilləş-
mələrə ehtiyac hiss edilir. Hər iki qanunvericilik sənədində döv-
lət  investisiya  siyasətinin  hazırlanması  və  onun  həyata  keçiril-
məsi  siyasəti  maddəsinin  ayrıca  bir  maddə  kimi  verilməsi  və 
müvafiq  maddənin  tərkibinin  mahiyyət  baxımından  açıqlanma-
ması ölkədə investisiya siyasətinin həyata keçirilməsi istiqamət-
lərinin  hüquqi  baxımdan  təminatına  təsir  göstərməklə,  investi-
siya siyasətinin reallaşdırılmasının vahidliyinə, bu sahədə qəbul 
olunan dövlət proqramlarının bir-biri ilə daha sıx təmasda olma-
sına münbit zəmin yaratmış olar. Xüsusilə, bu siyasətin hazırlan-
masında, icra mexanizmində konkret istiqamətlərin, fəallığın ay-
dın ifadə olunması üçün keçiriləcək tədbirlərin məsuliyyət mər-
kəzinin  müəyyənləşdirilməsi  xüsusi  zərurətdən  çıxış  edir.  Mü-
vafiq  qanunvericilik  sənədlərində  təsərrüfat  subyektlərinin  in-
vestisiya cəlb  etməsi  ilə bağlı müəyyən problemlər mövcuddur, 
digər tərəfdən isə burada çevik tənzimlənmə mexanizmini və sti-
mullaşdırılma  formalarını  ifadə  edən  müddəalar  da  bu  sahədə 
olan  beynəlxalq  tələblərə  cavab  vermir.  Hər  iki  qanunvericilik 
sənədində  investisiyaya  nəzarətin  təşkili  forması  müəyyən  edil-
məmişdir.  
Azərbaycan  Respublikasında  biznes-işgüzar  və  investisiya 
mühitinin inkişafında vergi qanunvericiliyinin rolu xüsusi zəru-
rətdən çıxış edir. Ölkədə Vergi Məcəlləsinin beynəlxalq tələblər 
baxımından  əsaslı  şəkildə  təkmilləşdirilməsi,  bu  sahədə  mütə-
rəqqi vergi standartlarının qəbulu, vergi qanunvericiliyinin təsər-
rüfat subyektlərinin fəaliyyətinin şəffaflaşdırılmasına və stimul-
laşdırılmasına yönəldilməsi ölkənin iqtisadi inkişafının qarşısın-
da duran mühüm problemlərdən biri sayılır. Maliyyə-mühasibat 


98 
 
və vergi uçotundakı ziddiyyətlərin də aradan qaldırılması, hər iki 
qanunvericilik  sənədlərində  ciddi  uyğunlaşmanın  aparılmasını 
tələb edir. 
Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin  fəa-
liyyətinin inkişafı məqsədilə “Beynəlxalq mühasibat uçotu stan-
dartları”nın və “Rəqabət Məcəlləsi”nin qəbulu, “Vergi Məcəllə-
si”nin, “İnvestisiya fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haq-
qında”,  “Qiymətli  Kağızlar  haqqında”,  “Auditor  xidməti  haq-
qında”,  “Müflisləşmə  haqqında”,  “İstehlakçıların  hüquqlarının 
müdafiəsi haqqında”, “Dövlət Satınalmaları haqqında” və digər 
bu  yönümlü  iqtisadi  qanunların  təkmilləşdirilməsi,  “Sənaye 
məhsulları üçün texniki qayda və standartlar”ın hazırlanması xü-
susi zərurətdən irəli gəlir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


99 
 
II FƏSĠL. AZƏRBAYCAN RESPUBLĠKASINDA 
TƏSƏRRÜFAT SUBYEKTLƏRĠNĠN  MÜASĠR  ĠNKĠġAF 
SƏVĠYYƏSĠNĠN TƏHLĠLĠ VƏ QĠYMƏTLƏNDĠRĠLMƏSĠ 
 
2.1. Təsərrüfat subyektlərinin fəaliyyətinin mövcud 
vəziyyətinin təhlili 
                                  
        Azərbaycan  Respublikasında  təsərrüfat  subyektlərinin  is-
tehsal  fəaliyyətinin  mövcud  vəziyyətinin  təhlili  və  tədqiqi  həm 
makro, həm də mikro inkişaf baxımından xüsusi əhəmiyyət kəsb 
edir.  Ölkədə  ümumi  daxili  məhsulun  (ÜDM)  yaranmasında  bu 
subyektlər, onların fəaliyyəti önəmli rol oynayır. Qeyd etmək la-
zımdır ki, ÜDM-in həcmi 1996-cı ildən 2008-ci ilədək 15 dəfə-
dən  çox  artsa  da  (40137  milyon  manat),  2009-cu  ildə  (34579 
mln.manat)  bu  göstərici  əvvəlki  illə  müqayisədə  1,2  dəfə  azal-
mışdır (27). Azalmaya səbəb dünyada baş verən maliyyə-iqtisa-
di böhranı nəticəsində neft və neft məhsullarının qiymətinin kəs-
kin şəkildə aşağı düşməsi, Azərbaycanın əsas ixrac məhsulu və 
maliyyə mənbəyi olan bu növ məhsulların satışından daxil olan 
vəsaitlərin nəzərəçarpacaq səviyyədə azalması olmuşdur.  
        Ölkədə  ÜDM-in  tərkibində    qeyri-dövlət  sektorunda  olan 
özəl  təsərrüfat  subyektlərinin  istehsal  və  xidmətlərinin  payı 
2000-ci illə müqayisədə  2009-cu ildə 1,2 dəfə artsa da, bu  gös-
tərici  dövlət  sektorunda  müvafiq  dövr  ərzində,  əksinə,  1,9  dəfə 
azalması  ilə  müşahidə  olunmuşdur.  Azərbaycanda  artıq  on  ilə 
yaxındır  ki,  Ümumi  Daxili  Məhsulun  tərkibində  qeyri-neft 
ÜDM-inin  xüsusi  çəkisi  öz  yüksəkliyi  ilə  fərqlənir.  Belə  ki, 
2000-ci illə (65%) müqayisədə 2009-cu ildə (45%)  Ümumi Da-
xili Məhsulda  qeyri-neft ÜDM-inin xüsusi çəkisi 20% azalmış-
dır. Bu amil istər istehsal, hasilat sahəsində, istərsə də xarici ti-
carətdə neft və energetika sektorunun mövqeyinin bu illər ərzin-
də  güclənməsi,  icmal  büdcənin  50%-dən  çoxunun,  dövlət  büd-
cəsinin isə 70%-dən çox hissəsinin bu sahədən əldə olunan ma-
liyyə mənbələri hesabına formalaşması ilə sıx bağlıdır. Təbii ki, 


100 
 
ölkənin  müstəqilliyinin  ilk  illərində,  yəni  2000  -2002-ci  illərə 
qədər vəziyyətin belə inkişaf meyli məqbul sayılsa da, lakin son-
rakı dövrdə bu vəsaitlərin ən azı 25-30% -nin məqsədli proqram-
lar  çərçivəsində,  perspektivli  istehsal  və  xidmət  təyinatlı  təsər-
rüfat subyektlərinin inkişafına, yüksək ixtisaslı və peşəkar mütə-
xəssis  və  kadrların  hazırlanmasına,  elmi-texniki  tərəqqinin  və 
innovasiya  yönümlü  tədbirlərin  həyata  keçirilməsinə  yönəldil-
məsi xüsusi zərurətdən irəli gəlmişdir. Belə təcrübənin müsbət 
və  mənfi  təsirləri  ilə  beynəlxalq  təcrübədə  neft  istehsalı  güclü 
olan ölkələr üzləşmiş və onların bir qismi vəziyyətdən çıxış yolu 
kimi  qeyri-neft  sektorunun  inkişafı  üçün  əlverişli  inkişaf 
mühitini təmin etmişlər.  
Cədvəl 3. 
 
Ümumi daxili məhsul və  qeyri-neft ÜDM-i 
 
  
Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatları. Bakı-2010
 
        
İqtisadiyyatın  fəaliyyət  növləri  üzrə  təsərrüfat  subyekt-
lərinin tərkibi və yeni yaradılan təsərrüfat subyektləri son illərdə 
öz  dəyişkənliyi  ilə  nəzərə  çarpır.  Belə  ki,  ölkə  iqtisadiyyatının 
inkişafında, ÜDM-in hər il yüksək artımında xüsusi rol oynayan 
energetika  və  mədənçıxarma  sənayesində  olan  təsərrüfat  sub-
illər 
Ümumi daxili 
məhsul 
(ÜDM) 
Qeyri - neft      
ÜDM-i 
Ümumi daxili 
məhsulda  qeyri - 
neft ÜDM-inin xü-
susi çəkisi 
Cəmi, milyon 
manat 
Cəmi, milyon 
manat 

2000 
4718,2 
3055,8 
             65 
2004 
8530,2 
4447,6 
             52 
2006 
18037,1 
7079,1 
             39 
  2008 
40137,2 
15197,2 
             38 
2009 
29654,2 
13227,9 
             45 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə