27
gəlip Ucuquluya deyillər ki, bə sən odun yığıp şəhərə gətirəndə
əziyyət çəkirsən. Biz bına irazı olmarıx. Icazə ver bı əziyyəti
biz özümüz çəkək, amma səni də, atını da hər gün doyuzdurax.
Ucuqulu irazı olur. Camahat Ucuquluynan anasına
gündə neçə mal – davar, nə qədər əppək verillər, onları
yedizdirirlər. Amma Ucuqulunun atı çox yeyimcilimiş, onun ot
– ələfini çatdıra bilmirmişlər. Camahat görüb ki, belə getsə
ətrafdakı pütün ot – ələf qurtaracax, bınların öz heyvanlarına
bir şey qalmayacax. Genə yığışıb danışıllar, ağsaqqalar deyir
ki, innən belə Ucuqulunun atına yem aparanda o yemi
mındarlamaq lazımdı.
Belə də eliyillər. Otun xeyli hissəsini mundarlayırlar,
üstünə də bir az təmiz ot qoyup aparıllar Ucuqulunun atına. At
təmiz ot yeyip, mındarlanmış ota çatanda durup, ta yemir.
Ucuqulu bını görəndə duruxur. Çağırıp anasından soruşur ki,
mənim atım yem yemir? Anası da deyir ki, a bala, bı
cırtdanlarınan işin olmasın. Bınlar dünyanın bicidirlər. Elə
bicliklərindən də belə cırtdan oluplar...
Ucuqulunun ayağına batan tikan üç – dörd arşınlıq tir
olarmış. Ucuqulu özü əyilip bı tikanı çıxardammazmış. Ona
görə də oturarmış yerə, ayağını da Arazın üstünnən uzadarmış
o taya. Bının o tayda yaşayan bir bacısı varmış, özü kimi
nəhəngmiş. Bacısı
Ucuqulunun
ayağındakı
tikanı
iki
barmağıynan çəkib çıxararmış.
Ucuqulu o qədər yekə, o qədər güclüymüş ki, Əzrayılın
da gücü çatmırmış onu öldürsün. Ona görə də Əzrayıl həmişə
fürsət axtararmış ki, Ucuqulu uzansın, bı da onun sinəsinə
çöküb canını alsın.
Günlərin bir günü Ucuqulunun ayağına yenə tikan batır.
Ucuqulu ayağını uzadır o taya ki, bacısı tikanı çıxartsın. Amma
bu dəfə Ucuqulu oturmur, uzanır. Elə o saat Əzrayıl çökür
onun sinəsinə, canını alır. Bacısı görür ki, tikanı çıxarıp, amma
Ucuqulu tərpəşmir. Çağırıp anasına deyir ki, Ucuquluya nə
olup ki, tərpəşmir. Anası baxan kimi deyir ki, bə qardaşıvı
28
öldürüplər. Bacısı tez gəlir. Ana – bala belə biliplər ki,
Ucuqulunu adamlar öldürüp. Ona görə Şərur şəhərini
dağıdıllar, ölən – ölür, qaçan da sonralar burda Sədərək kəndini
salır. Deyilənlərə görə, neçə yüz min malın dərisinnən
Ucuquluya paltar çıxarmış. Bu paltarı da neçə yüz adam neçə
aya tikərmiş.
Ucuqulu su içmək istəyəndə bir əlini Ağrı dağına, bir
əlini də Haça dağa qoyup əyilərmiş Arazdan su içərmiş.
Ucuqulu öləndən sonra onun üstünü yavaş – yavaş toz –
torpax basır, sonra bı toz – torpax bərkiyip dağ – daşa çevrilir.
Ucuqulunun ayağı ki, Arazın o tayına uzanılı qalmışdı, sonralar
körpüyə dönür. Camahat bı körpüynən o tay – bu taya gedip –
gəlirmiş. Çox xatalar elədiyinə görə camahat Ucuqulunun adını
dəyişip Buculux qoyur. Ucuqulunun ayağından düzələn
körpüyə də Buculux körpüsü deyillər.
Tilsimli ilan **
Belə deyirlər ki, Ölən şəhərdə tək bir kişi varmış. Bu
kişi hər dərdin dərmanın, hər tilsimin sirrin bilirmiş. Kişi
qocalır, ölüm vaxtı gəlib çatır. Ölüm yatağında gözünün ağı –
qarası bircə qızını yanına çağırıp deyir:
– Qızım, mən ölürəm. Məndən sonra sənə yaşamaq
çətin olacaq. Ona görə, mən deyənə əməl edərsən. Bizim
zirzəmidə bir ilan var. Əlini üç dəfə ilanın qarnının altına
çəkərsən. Gedib ondan sonra hər şeyin sirrini biləcəksən. Xoş
güzəran keçirəcəksən.
Kişi ölür. Qız atasını dəfn edir, zirzəmiyə gəlir. Ilanı
görüb qorxur, istəyir qaçsın. Bu vaxt ilan arxası üstə çevrilir.
Qız özündən aslı olmayaraq gedib əlini üç dəfə ilanın qarnına
çəkir. O gündən qız hər şeyin sirrini bilir, xoşbəxt ömür sürür.
Küp qarısı **
29
Deyilənlərə görə üç arvad ot biçiminə gedirlər.
Axşamüstü qaydanda bir qalaya rast gəlirlər. Qalanın ətrafında
gəzinirlər, içəri girməyə yer olmur. Görürlər, bir cin gəlir,
arvadlar gizlənib cini tuturlar. Ətinə sancaq batırırlar. Deyirlər
ki, bu qala nə qaladı? Biz belə qala görməmişik. Cin deyir ki,
bu, sirli qaladı. Arvadlar soruşur ki, buranın içərisində nə var?
Cin deyir ki, burda bir qız, bir oğlan var. Oğlan heykəldir, qız
da tilsimlidir. Əgər qız yatanda əlindəki çomağı alsanız, nə
desəniz o da olar. Arvadlar tələsiyə düşüb cini buraxırlar.
Sevincək qalaya girirlər. Onlar cinin sözünü unudurlar. Içəri
girəndə qız bunları görüb üçünü də yaylıx eliyir. Arvadların
oğlanları anaların axtarırlar, tapa bilmirlər. Axırda gedirlər küp
qarısının yanına. Küp qarısı fallayıp deyir ki, onları necə azad
edə bilərik. Qarı deyir, onun çarası məndə. Oğlanlar qarıya
qızıl verib çarəsini öyrənirlər.
Oğlanlar qalaya girirlər. Qalanın başına çıxıb oradan bir
deşik açırlar. Içəri qarmaq salıb yaylıqları çıxarırlar. Qarı gəlib
bir lövh oxuyur, arvadlar tilsimdən qurtarır.
Zəncirlənmiş əjdaha **
Yaylax vaxtıymış. Bir oba köçür, dağda yurt tutur,
çadırlarını qurur. Elə bu vaxtı yel əsir, yağış yağır, boran olur.
Camahat bir də baxır ki, göydən boynu zəncirli bir əjdaha endi.
Tez gətirib bına bir öküz qurban kəsillər. əjdaha heç kimə
dəymir, ancax bir cavan iyidə deyir ki, mən hara getsəm, sən də
dalımca gəl.
Bınnar yola düzəlip gedillər. Xeylah gedənnən sora Ac
dağına çatıllar. Ac dağında bı əjdaha üzün tutur Ağrı dağına
sarı, bir üşkürəh atır. Ağrı dağınnan bir əjdaha enir ki, bınnan
da yekə. Demiyəsən, bı əjdahalar düşmandılar. Neçə dəfə
vırışmışdılar, hər dəfə də Ağrı dağındakı gücdüyürmüş. Indi bı
əjdaha iyidi özünə arxa gətiripmiş.
Dostları ilə paylaş: |