Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   2   3   4   5   6   7   8   9   10   ...   62

Sədrəddin Hüseyn 
22
 
Vəliəhdin və valinin (sahibe-divan) Təbrizdə oturması Azər-
baycan əhalisinin vəziyyətini ağırlaşdırırdı. Lakin bu amillər hər 
nə qədər xalqın güzəranına mənfi təsir etsə də, Cənubi Azərbay-
canın və onun timsalında Təbrizin İranın daxili və xarici həyatın-
da mühüm rol oynaması burada bir çox sahədə inkişafa zəmin 
yaradırdı və Azərbaycan amilinin danılmaz olduğunu göstərirdi. 
Ticarət və iqtisadi əlaqələr genişləndikcə ölkəyə xarici kapital axını 
güclənir,  yerli  sərmayədarlarla  əlaqələri  inkişaf  edirdi.  “Cənubi 
Azərbaycanda xaricilər milli sərmayədarların iştirakı ilə on dörd 
qarışıq şirkət yaratmışdılar.”
23
  
Azərbaycanın şimalında rus əsarəti, cənubunda isə assimi-
liyasiya, milli dəyərlərdən uzaqlaşma, istibdada alışqanlıq, cəlla-
dını sevmək duyğusu, müsəlman görünsə də, dinə dəxli olmayan 
fasık, bidətçi bir həyat tərzi formalaşır ki, bu da xalqın ədəbiyya-
tında özünü əks etdirirdi. 
Cənubi Azərbaycanda sosial-iqtisadi və siyasi durum xalqın 
yaşayışını dözülməz etmişdi. Sənətkarlar, xırda tacirlər, kəndlilər 
içərisində güclənməkdə olan narazılıq artıq kütləvi çıxışlara sə-
bəb olurdu. 
“30-cu illərin sonu, 40-cı illərin başlanğıcında Təbrizdə, 1847-
ci ildə Zəncanda, 48-ci ildə yenə Təbrizdə xalq ayağa qalxmışdı. 
1850-ci ildə Zəncanda babilər üsyana başladı. 1858-ci ildə vəzire-
nizam Mirzə Fəzlullaha qarşı Təbrizdə üsyan alovlandı. 
1864-cü ildə Təbrizdə xarici şirkətlərin kəskin rəqabəti ilə 
üzləşən tacirlərin kütləvi etirazı baş verdi... bu çıxış 4 ay çəkdi... 
Bunlar kortəbii çıxışlar idi. Yalnız 1848-52-ci illərdə genişlənmiş 
babi üsyanı öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə seçilir-
di.”
24
. Tarixən bir çox təriqətlər, fərqli dini dünyagörüşlər mövcud 
olmuşdur. Bunun xarici amillərlə bağlı səbəbi vardısa da, bir-iki 
                                                           
23
   Cənubi Azərbaycan tarixi oçerkləri (1828-1917). Bakı: Elm, 1985, səh.104-117 
24
   Azərbaycan tarixi. Bakı, 1996, səh.795-796 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
23 
mühüm daxili səbəbi də olmuşdur. Biri ədalətsiz dövlət quruluşu, 
xalqın dözülməz həyatı, digəri bundan irəli gələn xilaskar axtarışı. 
Bir də hökmdarların öz əməllərinə dini don geydirib “qanuniləş-
dirmə”, dini hakimiyyətlərinə alət etmə cəhdləri idi. Hər yeni tə-
riqətin başçısı əvvəl özünü şeyx, mürşid, təfsirçi və fitva verən, 
daha sonra Mehdi kimi görmüş, bəziləri də daha uzağa gedərək 
peyğəmbərlik iddiasında olmuşdur. Bunlardan biri də Babilik hə-
rəkatı idi.1820-ci ildə Şirazda doğulan Seyid Əli Məhəmməd “Şey-
xi” təriqətinin başçısı Seyid Kazımın vəfatından sonra özünü şeyx, 
daha sonra İmam Mehdinin vasitəçisi adlandıraraq “bab” ləqəbi 
(ərəbcə qapı) götürmüş, yeni bir təriqətin əsasını qoymuş və pey-
ğəmbərliyə  qədər  “ucalmışdır”.  Görüşlərini  “Bəyan”  adlı  əsərində 
əks etdirmişdir. Bab “Bəyan” adlı əsərində qeyd edir ki, hər yeni 
dövr qayda qanunları ilə yanaşı, yeni peyğəmbərini də zühura 
gətirir. 12-ci imamın zühuruna ümid də bu fikirlə səsləşir. Əslində 
hədisi-şərifdə Məhəmməd peyğəmbərdən (s.ə.s.) sonra əsrdə bir 
vəlinin, təfsirçinin, mücəddidin gələcəyinə işarə var. Təriqətçilər, 
yalançı peyğəmbərlər bu hədisi öz xeyirlərinə yozmuşlar
25

Mirzə Kazım bəy də “Bab və babilər” əsərində qeyd edir ki, 
“vəd olunan imamın gəlişini müsəlmanlar artıq 900 ildir ki, göz-
ləyirlər və bu müddətdə “nəhəng müsəlman imperiyasında” Ba-
bəkilər,  Muğannalar,  Abdulla,  Əbu-Müslüm,  Bəyazid,  Mənsur, 
Şeyx Əhməd kimi bir çox “xilaskarlar” “tarix səhnəsinə çıxmış, şöh-
rət və ya qeyri-şöhrət uğrunda günahsız qurbanların qanını axıt-
mışlar”
26

M.Kazım bəy o nəticəyə gəlir ki, bu hərəkatlar əslində daha 
çox azadlıq arzularından, haqq-ədalət istəyindən doğur və zül-
mə, istibdada, despotizmə qarşı yönəlir 
27
. Babilər hərəkatı mü-
təşəkkil və uzunömürlü oldu. İdeologiyadan, təriqətçilikdən çıxıb 
                                                           
25
   Cənubi Azərbaycan tarixi oçerkləri (1828-1917). Bakı: Elm, 1985, səh.41 
26
   Mирзe Kaзым-Бeк. Избрaнныe прoизвeдeния.  Бaку: Элм, 1985, стр.68 
27
   Yenə orada, стр.102 


Sədrəddin Hüseyn 
24
 
silahlı üsyanla nəticələndi və uzun illər İran dövlətinin başağrısına 
çevrildi. Dini baxımdan sapıq bir ideologiya olsa da, babilərin için-
dən azadlıq işinin yeni döyüşçüləri, 1905-11-ci illər məşrütə hə-
rəkatının fəalları yetişdi. 
XIX əsrin ortalarında İranda xalq ağır şəraitdə yaşayırdı və 
özünün mədəniyyətini, incəsənət və ədəbiyyatını yaradıb inkişaf 
etdirirdi. Cənuba Şimalın təsiri özünü göstərirdi və bu təsir tarixi 
reallığın ifadəsi idi. Dünyanın mütərəqqi mədəni hadisələri Rusiya 
vasitəsilə Şimali Azərbaycana, oradan da Cənuba nəql olunurdu: 
“XIX əsrin ortalarından Şimali Azərbaycanda baş verən mütərəq-
qi ədəbi-mədəni yeniliklər cənuba da siyarət edirdi” 
28
.  
Cənubi Azərbaycanda maarif və mədəniyyət də inkişaf et-
məkdə idi. Bir qayda olaraq ibtidai təhsil verən məktəblər şəhər-
lərdə və bəzi iri kəndlərdə açılırdı. Şəhərlərin böyüklüyündən, əha-
linin sayından asılı olaraq onların da sayı müxtəlif olurdu. XIX əs-
rin ortalarında Təbrizdə yüzə qədər məktəb açılmışdı. 1869-cu 
ildə Təbrizdə açılan “Mədrəseyi-Nasiri” adlı məktəbə qədər Cə-
nubi Azər baycanda yeni tipli məktəb yox idi. Sonra “Təbriz döv-
lət mədrəsəsi” açıldı (1877). İran maarifinin atası sayılan Mirzə 
Həsən Rüşdiyyə isə 1888-ci ildə “Dəbistan” adlı “üsuli-cədid” mək-
təbi açmış və “Ana dili”, “Vətən dili” dərsliklərini yazmışdır. Bun-
dan  əlavə  “Cənubi  Azərbaycanın maarifçilik  tarixində...  Cabbar 
Baxçaban, Hacı Məhəmməd Naxçivaninin böyük xidmətləri ol-
muşdur”
29
. Məktəblə birgə kitab nəşri və mətbuat da inkişafda idi. 
İranda əlyazmalar şəklində kitab yazmaq, bu sahədə müx-
təlif xəttatlıq, illüstrasiya kimi incəsənətin müxtəlif növləri üzrə 
zəngin və tarixi ənənə mövcud idi. Bu dövrdə “Cənubi Azərbay-
canda rəssamlıq, nəqqaşlıq və xəttatlıq sahəsində Mirzə Məhəm-
məd  Rza  Təbrizi,  Məhəmməd  Hüseyn  Təbrizi,  Ağa  Əbülhəsən 
                                                           
28
   Məmmədov Xeyrulla. ”Əkinçi”dən “Molla Nəsrəddin”ə qədər. Bakı:                  
Yazıçı, 1987, səh.46-52 
29
   Məmmədli P. Cənubi Azərbaycan mətbuat tarixi. Bakı: Elm, 2009, səh.17 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə