Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə16/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
49 
“Nəmazi” rədifli qəzəlində yarın səri-kuyini Kəbəyə, qaşının 
tağını mehraba bənzədərək ona səcdə edir və 
Hər yerdə yüzün görsə düşər səcdəyə Raci,  
Kafir degü kim eyləyə inkar namazı
97
 – deyir.  
“Təbbət” surəsinin son ayəsinin məalına görə Əbu Ləhəbin 
arvadının boynunda xurma lifindən toxunmuş kəndir var; bunun-
la cəhənnəmdə hamballıq edəcək. Çünki Peyğəmbərimizə (s.ə.s.) 
əziyyət verib. Bu surənin son ayəsini Raci belə ifadə edir: 
Mənə zahid deyəndə kim, nədir bu zülf üzar ilə,  
Yadimə “innə fi ceydü həblin min məsəd” düşdü
98

Sevgilisinin hörükləri o kəndirə bənzədilir. O da şairə zülm 
etdiyinə görə Əbu Ləhəbin arvadı kimi cəhənnəmdə əzab görəcək.  
Şair yaradıcılığa Bismillahirəmanirəhim sözü ilə başlayır, li-
rik şeirlərində Qurandan, hədislərdən gələn deyimlərdən əlavə 
sıx-sıx dini ifadələr işlədir. Belə ki 52 dəfə “zahid”, 24 dəfə “La 
ilahə illəllah”, ayrıca eyni rədifli qəzəlində 11 dəfə, 7 dəfə ilahi, 
Tarı-8, Peyğəmbər-2, Quran-9, Hay-huy-4, sözü işlədir.  
Hədisi şərifdə “Heç ölməyəcəyini zənn edən kimi çalış, sa-
bah öləcək bir adam kimi də təvəkkül et”
99
 deyilir. Raci yaradıcı-
lığında axirətlə, dinlə bərabər dünyaya bağlıdır, daha çöx dünyə-
vi mövzularda yazır. Bəzən dünyəvi rəmzləri dini rəmzlərdən önə 
çıxır. Nəsibini bu dünyada almağı üstün tutur. Ya axirətə inanmır, 
ya inanan zahidlərə gülür, nəqdi qoyub nisyə dalınca getmək is-
təmir.  
Səri-kuyin mənə dünyadə əta eylədi həqq,  
Çünki üqbadə mənim meyli-cinanım yox idi
100

                                                           
97
   Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56 
98
   Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                     
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh. 178 
99
   Caniüs sağir. II/12. Mətbəə Dar-əl-fikr. Qahirə. 2004. (Hədis N 1201)  
100
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                          
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh. 247 


Sədrəddin Hüseyn 
50
 
Şair bir xəlvətdə, bir mey məclisində yarın vəslinə o qədər 
aludə olur ki, hər şeyi unudur: 
Dil süfrəsində ləli-ləbin daği-qəsrinə,  
Kəc baxsa Raci nanü nəmək mübtəlasıdur.  
Bu saqiyi-şərab, bu xəlvət, bu mey, bu yar,  
Bu məni-nəfs, məhz bir Allah rizasıdır.
101
  
Mey, saqi, meyxana, xəlvət, yar nəfsin sevdiyi nemətlərdir. 
Onlardan uzaq dura bilmək “mə’ni-nəfs” etmək “Allah rizasıdır”. 
Ancaq “dil süfrəsində ləli-ləbə də kəc baxmaq” olmur. “…can, ca-
nan, …meyi-meyxanə” və s. bu kimi sözlərə…xüsusən 19-cu əsr 
poeziyasında rəmzi …məna vermək düz deyil. “XIX əsr Cənubi 
Azərbaycan şairləri əksər hallarda bu ifadələri insan qəlbinin tə-
bii hiss və həyəcanlarını bildirmək üçün işlədirdilər. Onların sufizm 
və hürufizmdən götürdüyü ifadələrin ilk mənbədəki mənaları ta-
mam dəyişir… Mey, meyxanə və s. kimi anlayışlar, qaranlıq (?S. H.), 
mövhumi (? S. H, ) fikirlərə qarşı qoyulur”.
102
  
Raci başqa qəzəllərində də bir az əvvəlki fikrə qayıdaraq bu 
dünyadakı zövq-səfanı axirətin cənnətindən üstün tutur. “Ruyi-
səfanı” Aya, Musaya görünən təcəllaya; bəla küncündə yar fikrilə 
lal oturmağı qəsri-behiştdə huri söhbətinə vermir, axı zahid ni-
garın kuyini görsə behiştə meyl etməz.  
Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt,  
Nə şeyx olaydı, nə məscid, nə vəzi-minbər olaydı.
103
  
Bəzən rəmzlər dəqiqləşir, meyxana müstəqim mənada, xəl-
vət isə zahidlərin guşənişin olduqları yer kimi verilir: 
Huri-behişti vəsf eləmə munca, zahida,  
Cənnətdə bu vəcahətdə harda hur var!  
                                                           
101
  Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 115 
102
  Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 19 
103
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 38 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
51 
Zahid, ovsaf eləmə Raciyə çox cənnəti-hur,  
Meykədə cənnətü məvadu mana, hürdü bu.
104
 
“Üzü qiblə, qaşı mehrab” deyən Raci yarın üzünü qibləyə, üz 
xətlərini Quran yazılarına, qaşını mehraba, kuyin Kəbəyə, təsbehi 
zünnar həlqəsinə təşbih edir.  
Eşq əhlini kuyində görüb eyləmə təşviş,  
Şövt etməyə bu Kəbəni züvvari tutubdur. 
və ya 
Xəm qaşun səcdəgah eyləllə mələksimalər,  
Randeyi-dərgahi-rux olsa əzazil xətün.
105
 
Mələksimaların yarının qaşına səcdə etməyin mədhi o yerə 
çatır ki, üzünü görəndə imam belə ona səcdə eləyir. “Niqab atsan 
əgər  yüzdən,  görünsə  daği-əbruyun,  Dönər  mehrabi-məbəddən 
sənə səcdə imam eylər”, hətta onun “bir nazı ilə qiyamından türfə 
qiyamətlər qiyam eylər”, -deyə Raci, üzünü harada görsə, orada 
səcdəyə gedər. Misallara nəzər salaq: 
Qıldım səri-kuyində qaşun tağinə sücud,  
Məqbul olu çün Kəbədə zəvvar nəmazı. 
Hər yerdə yüzün görsə düşər səcdəyə Raci, 
Kafər degü kim, eyləyə inkar nəmazı.
106
  
Az-çox dini bilgisi olan bir adam sevgilinin bu qədər göylərə 
qaldırılmasına dözə bilməz, Allahdan başqa kiminsə qarşısında 
səcdəyə getməyin ən azı müşriklik olduğuna görə bu fikirləri qə-
bul etməz. O da ola Raci kimi dərin dini bilgisi olan, ömrünün so-
nunda dinin ən vacib şərtlərindən biri olan Həcc ziyarətini yerinə 
yetirən və bəlkə də bilə-bilə özünü bu yolda fəda edən bir adam. 
                                                           
104
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                  
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 93 
105
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz) Bakı: Sabah,1992,səh.21, 27 
106
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                                   
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 240 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə