Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə3/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   2   3   4   5   6   7   8   9   ...   232

 

Kiçik  Üzeyir  üçün  də  Şuşanın  musiqi  və  poeziya  hopmuş  ab-havası 



yaradıcılıq  beşiyi  olmuşdur.  Burada  Vaqif,  Xurşudbanu  Natəvan,  Zakir, 

Ə.Haqverdiyev,  N.Vəzirov,  Y.Çəmənzəminli,  F.Köçərli  kimi  şair  və  yazıçılar, 

məşhur alim, şair, musiqişünas, rəssam Mir Möhsün Nəvvab, gözəl tarzən və bu aləti 

təkmilşədirən Sadıqcan, məşhur xanəndə və tarzənlər Məşədi İsi, Hacı Hüsü, Cabbar 

Qaryağdıoğlu,  Keçəçi  oğlu  Məhəmməd,  Məmməd  Fərzəliyev,  Məcid  Behbudov, 

İslam Abdullayev, Seyid Şuşinski və bir çoxları yaşayıb yaradırdılar. 

Xurşidbanu Natəvan, Həsənbəy Zərdabi, Cabbar Qaryağdıoğlu - Azərbaycan 

mədəniyyətinin üç korifeyi, Üzeyirin yaşlı müasirləri idi. Bu üç böyuk xadimin üçü 

də sanki Üzeyir ömrünün ilkin dövrünə işıq saçmışlar. Cabbarın Məcnunu gözəlliyə 

həssas  olan  uşağın  qəlbinə  ilk  sənət  toxumları  səpmişdir.  Az  sonra  Natəvan  onun 

təhsilinə  xeyir-dua  vermiş,  on  ildən  sonra  isə  Həsənbəy  Zərdabi  istedadlı  gəncin 

opera yaratmaq arzusuna havadar çıxmışdır. 

Üzeyir  Hacıbəylinin  ilk  sənət  uğurlarını  qeyd  edənlər  arasında  xalqımızın 

böyük  oğlu  Nəriman  Nərimanov  da  var  idi.  Xalqımızın  iftixarı  olan  başqa  böyük  - 

şəxsiyyəti  ədib  Mirzə  Cəlil  Məmmədquluzadə  də  ―Molla  Nəsrəddin‖  jurnalının 

səhifələrində  özünəməxsus  bir  üslubda  ―Arşm  mal  alan‖ın  geniş  şöhrətindən  ürək 

dolusu söz açırdı. Üzeyir Hacıbəylini Mirzə Cəlillə, Sabirlə, Haqverdiyevlə, ümumən 

―Molla Nəsrəddin‖ ədəbi məktəbi ilə bağlayan mənəvi yaxınlıq, əqidə birliyi onların 

şəxsi dostluq münasibətlərini də möhkəmləndirdi. 

Üzeyirin  atası  Əbdülhüseyn  Hacıbəyli  və  anası  Şirin  xanım  Əliverdibəyova 

öz uşaqlarını musiqi və poeziyaya məhəbbət ruhunda tərbiyə edirdilər. Bu məhəbbət 

ailənin  məşhur  şairə  Xurşudbanu  Natəvanla  əlaqəsi  nəticəsində  daha  da 

möhkəmlənmişdir. 

İlk  təhsilini  Üzeyir  Şuşanın  ikisinifli  rus-Azərbaycan  məktəbində  almışdı. 

Üzeyirin  ilk  musiqi  müəllimi  onun  dayısı,  Azərbaycan  musiqisinin  böyük  bilicisi 

Ağalarbəy Əliverdibəyov olmuşdur. Üzeyirin yaxşı səsi var idi və o, xalq mahnılarını 

və muğamları gözəl ifa edirdi. Onun səsi hətta fonoqrafa yazılmışdı. 13 yaşlı Üzeyir 

―Məcnun  Leylinin  məzarı  üzərində‖  səhnəsini  müşayiət  edən  oğlanların  xorunda 

iştirak  etmişdi.  Səhnəni  məşhur  xanəndə  Cabbar  Qaryağdıoğlunun  iştirakı  ilə 

dramaturq Ə.Haqverdiyev qoymuşdu. Bu səhnə kiçik Üzeyiri elə həyəcanlandırmışdı 

ki, bəstəkarın özünün etirafına görə, bir neçə ildən sonra,  ilk musiqi səhnə əsərinin – 

―Leyli və Məcnun‖ operasının yaranması üçün əsas təkan olmuşdur. 

1896-cı  ildə  Üzeyir  özünün  böyük  qardaşı  Zülfüqar  və  əmisi  Hacıbəy 

Hacıbəyli  ilə  birlikdə  şairə  Xurşudbanu  Natəvanla  görüşmüşlər.  Bu  görüş  haqda 

Natəvanın  arxivində  saxlanılan  sənəd  xəbər  verir.  Bu  sənədi  Zülfüqar  Hacıbəyli 

yazmış, Üzeyir Hacıbəyli isə onun doğruluğunu təsdiq etmişdir. Zülfüqar Hacıbəyli 

bu sənəddə belə yazır: 

―Keçmişdə  verdiyim  qeydə  əlavə  olaraq  təsdiq  edirəm  ki,  1896-cı  ildə 

qardaşım  Üzeyir  Hacıbəyli  ilə  bərabər...  Qori  şəhərinin  müəllimlər  məktəbinə 

imtahan  vermək  üçün  Tbilisi  şəhərinə  yola  düşərkən  əmim  Hacıbəy  Hacıbəylinin 




 

vasitəsi  və  müşayiəti  ilə  o  vaxt  xan  qızı  Xurşudbanı  bəyimin  (Natəvanın)  yanına 



gəldik ki, bizə xeyir-dua versin‖.

2

 



Bu  sənəd  Üzeyir  Hacıbəylinin  tərcümeyi-halı  üçün,  gələcək  bəstəkarın 

məşhur şairə Xurşudbanı  Natəvanla görüşü faktının  təsdiqi  üçün vacibdir. 

 (Lakin  qeyd  edək  ki,  Üzeyir  Qori  seminariyasına  həmin  il  yox,  üç  ildən 

sonra, artıq Natəvanın ölümündən sonra 1899-cu ildə daxil olmuşdur). 

1899-cu  ildən  1904-cü  ilə  qədər  Üzeyir  Hacıbəyli  Qori  müəllimlər 

seminariyasında oxumuşdur. Burada o, dünya mədəniyyəti ilə tanış olur, rus və Qərbi 

Avropa klassiklərinin dahi əsərlərini mənimsəyir. 

O,  seminariyada  skripka  və  baritonda  çalmağı  öyrənir,  xalq  mahnılarının 

nümunələrini  nota  yazır.  Üzeyir  Hacıbəylinin  dünyagörüşünün  formalaşmasında 

seminariya  illəri  böyük  rol  oynamışdır.  Burada  onun  humanist  ideyalarının  və 

inqilabi-demokratik görüşlərinin əsası qoyulmuşdur. 

Seminariyanı bitirdikdən sonra Üzeyir bir neçə vaxt Hadrut kəndində müəllim 

işləyir.  1905-ci  ildə  inqilab  ərəfəsində  o,  Bakıya  gəlir,  Bibiheybət  neft  rayonunda 

fəhlələrin uşaqlarına dərs deyir. Onun ictimai-siyasi və maarifçi fəaliyyəti başlanır. 

Müəllimlik  fəaliyyətinə  yaradıcı  yanaşan  Hacıbəyli  hesabdan  Azərbaycan 

dilində  dərslik  tərtib  edir,  N.V.Qoqolun  ―Şinel‖  əsərini  doğma  dilinə  tərcümə  edir, 

bir  sıra  hekayə  və  miniatürlər  yazır,  1907-ci  ildə  ―Siyasi,  hüquqi,  iqtisadi  və  hərbi 

sözlərin  türkü-rusi  və  rusi-türkü‖  lüğətini  yazır.

3

Lüğət  ictimai-siyasi,  fəlsəfi 



terminlərin  tərtibində,  eləcə  də  demokratik  ideyalarının  təbliğində  əhəmiyyətli  rol 

oynamışdı. Lüğətdə sosializm, internasionalizm, revolyusiya, demokratiya və s. kimi 

sözlərin mənası aydınlaşdırılır. 

Ü.Hacıbəyli 

öz 

fəaliyyətinə 



maarifçi-demokrat 

cəbhəsinin 

fəal 

nümayəndələrindən  biri  kimi  başlamışdır.  ―İrşad‖,  ―Həqiqət‖,  ―Tərəqqi‖,  ―Yeni 



iqbal‖,  ―Kaspi‖,  ―Molla  Nəsrəddin‖  kimi  jurnal  və  qəzetlərin  səhifələrində  dərc 

olunmuş  məqalə  və  felyetonlarında  Hacıbəyli  dövrün  aktual  məsələlərinə  -  xalqın 

maarifi  uğrunda  mübarizə,  milli  dil  problemi,  rus  mədəniyyətinə  münasibət  və  s. 

kimi  problemlərə  toxunmuşdur.  O,  ən  aktual  siyasi  mövzulara:  Rusiyada  1905-ci  il 

inqilabı, İran inqilabı və s. haqda yazırdı. Onun felyetonları ―Ordan-burdan‖ ümumi 

başlıq  və  ―Filankəs‖,  ―Üzeyir‖,  ―Bəhmənkəs‖  və  s.  müxtəlif  təxəllüslərlə  dərc 

olunurdu. 

Onun  ―Qədirşünaslıq‖,  ―Biz  hamımız  qafqazlı  balalarıyıq‖  məqalələri, 

―Ordan-burdan‖, ―Filankəs‖ imzası ilə çıxan yazıları, 1917-ci ildə ―Kaspi‖ qəzetinin 

səhifələrində  dərc  olunmuş  musiqi  teatrı  haqqında  silsilə  məqalələri  (―Səhnənin 

tərbiyəvi əhəmiyyəti haqqında‖, ―Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında‖), 

―Azərbaycan‖  qəzetində  çıxan  bir  sıra  yazıları  bu  dövrün  qiymətli  məhsuludur. 

Ü.Hacıbəylinin  inqilabdan  əvvəl  yazdığı  publisistik  əsərləri  və  operettaları  onun 

                                                 

2

 Natəvanın arxivi. Azərb.MEA-nın Əlyazmalar fondu



3

 Lüğət Bakıda 1907-ci ildə Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur






Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə