Azərbaycanın görkəmli şəxsiyyətləri Üzеyir hacibəYLİ



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə13/232
tarix15.10.2018
ölçüsü4,92 Mb.
#74257
1   ...   9   10   11   12   13   14   15   16   ...   232

 

31 


musiqi  əsərlərinə  diqqətlə  yanaşır,  yaxşını  pisdən  seçir  və  hər  çeşidli  saxta 

gözəllikləri və ideyasız dəbdəbələri amansızcasına rədd edir. 

 

*** 


Yerli  konservatoriyanın  yetişdirməsi  olan  Bədəlbəyli  gənc bəstəkarların  elə  bir 

dəstəsinə daxildir ki, həmin dəstə nəinki musiqk yazısı texnikasına yiyələnməyə can 

atır,  həm  də  xalq  yaradıcılığını  dərindən  öyrənir,  xalqdan  səmərəli  surətdə  öyrənir. 

Bədəlbəyli  öz  baletində  gözəl  orkestrovka  vermiş,  bəstəkar  fikrini  sərbəst  inkişaf 

etdirmiş,  habelə  xalq  melodiyalarının  gözəllliyindən  həvəs  və  diqqətlə  istifadə 

etmişdir. 

*** 

Maqomayevin  ilk  iri  musiqi  əsəri  ―Şah  İsmayıl‖  operasıdır.  Bəstəkar  bu  əsəri 



1916-cı  ildə  yazmağa  başlamışdır.  Operanın  gözəl  musiqi  materialı  və  süjetin 

dramatik  ifadəliliyi    əsərin  böyük  şöhərət  qazanmasına  səbəb  olmuşdur.  ―Şah 

İsmayıl‖  Azərbaycanın  o  dövrki  musiqi  həyatında  improvizə  olunmuş  milli  operan 

Avropa  operasının  texniki  cəhətdən  inkişaf  etmiş  formaları  ilə  əlaqələndirmək 

sahəsində  ilk  təşəbbüsdür.  Burada  bəstəkarın  operaya  məxsus  əsas  ünsürləri  – 

ariyaları,  duetləri,  çoxsəsli  xorları  və  s.  tətbiq  etmək  arzusu  bariz  surətdə  özünü 

göstərir.  

 

 




 

32 


 

Ü.HACIBƏYLİ HAQQINDA ELM VƏ MƏDƏNİYYƏT XADİMLƏRİ 

 

Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı 



belə  zəngin  mədəniyyətə,  zəngin  incəsənətə,  peşəkar  musiqiyə  malikdir. 

Azərbaycanda peşəkar musiqinin əsasını böyük Ü.Hacıbəyov qoyubdur. 



Heydər Əliyev, 

Azərbaycan xalqının ümummilli lideri 

 

Üzeyir  Hacıbəyli  Azərbaycan  xalqının  dünya  mədəniyyətinə  bəxş  etdiyi  ən 



görkəmli şəxsiyyətlərdən biridir. 

 

İlham Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti 

 

Üzeyir  irsi,  həqiqətən,  böyük  bir  dünyadır.  Bu  dünyanın  əzəməti  ondadır  ki, 



Üzeyir  bəy  bu  gün  də  əsl  pedaqoq    kimi  bizi  tərbiyə  edir,  bizə  kədərlənməyi  və 

gülməyi  öyrədir.  Muğam  dramaturgiyasının  sirlərini  açır.  Aşıq  sənətinin  qüdrətini 

dərk etməyə kömək edir. 

Mehriban Əliyeva,  

Heydər Əliyev Fondunun prezidenti,  

YUNESKO-nun xoşməramlı səfiri 

 

―Koroğlu‖ operası Azərbaycanın opera aləmində öz revolyusion coşğunluğu ilə 



bədii yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə yüksək bir yer tutmaqdadır. 

 

Hüseyn Cavid,            

yazıçı-dramaturq 

 

Üzeyir  sənətinin  qüdrəti  orasındadır  ki,  bəstəkarımız  Azərbaycan  xalq 

musiqisinin, muğamlarımızın bütün incəliklərini bilir, onun məlahətini duyur, öyrənir 

və xalqın sevəcəyi yeni əsərlər yaratmaq üçün geniş axtarışlar aparırdı. 



Bülbül, 

müğəni, SSRİ Xalq artisti  

 

Azərbaycan  bəstəkarlıq  məktəbinin  yaradıcısı,  məşhur  Sovet  bəstəkarı  Üzeyir 

Hacıbəylinin  musiqisi  xalqımızın  ürəyində  yaşayır,  onun  mənəvi  həyatını 

zinətləndirir. 



Qara Qarayev, 

bəstəkar, SSRİ Xalq artisti 

 


 

33 


Məşhur  bir  əfsanədə  Anteyin  qeyri-adi  qüdrətini  onun  ayaqlarının  torpağa 

dayanmasında,  torpaqla  bağlılığında  görürlər.  Üzeyir  Hacıbəyli  özü  də  bu 

müqayisəni sevirdi və bəstəkarın gücünü-qüvvətini onun xalq həyatına, xalq sənətinə 

bağlılığında görürdü. Biz böyük Üzeyir yaradıcılığından bu Antey qüdrətinin sirlərini 

hələ çox öyrənməliyik.  

Fikrət Əmirov, 

bəstəkar, SSRİ Xalq artisti 

 

Üzeyir  Hacıbəyli  sənəti  Azərbaycan  dühasının  dünya  mədəniyyət  xəzinəsinə 

bəxş etdiyi ən nadir incilərdəndir  

Zemfira Səfərova, 

professor, AMEA-nın müxbir üzvü 

 

Azərbaycan  sovet  musiqisinin  təməlini  qoyan  Üzeyir  Hacıbəyli  böyük  təbii 



istedad  sahibi  kimi  bir  bəstəkar,  görkəmli  ictimai  xadim  idi.  O,  bütün  həyatını 

Azərbaycan Sovet musiqi mədəniyyətinin inkişafına həsr etdi. 



 

Dmitri Şostakoviç, 

bəstəkar, SSRİ Xalq artisti 

 

Biz  fəxrlə  qeyd  etməliyik  ki,  Üzeyir  Hacıbəyovun  ―Leyli  və  Məcnun‖undan 

―Koroğlu‖suna kimi Azərbaycan operasının otuz ildə keçdiyi yüksək inkişaf yolunu 

Qərbi Avropanın bəzi məmləkətlərində opera sənəti iki yüz ilə keçmişdir. 



Niyazi, 

bəstəkar, SSRİ Xalq artisti 

 

Üzeyir  yalnız  Azərbaycan  xalqının  deyil,  bütün  Sovet  xalqının  fəxri  və 

şöhrətidir. Gürcü xalqı onun simasında öz etibarlı dostunu və qardaşını görür.  

Akaki Xorava, 

gürcü bəstəkarı 

 

 



―Koroğlu‖  operasının  məzmun  və  mündəricəsi  Üzeyirin  siyasi  və  ictimai 

varlığının güzgüsüdür - demək olar.                          



Məmməd Səid Ordubadi

yazıçı 

 

...Üzeyir  sənətinin  dili  bütün  xalqlar  üçün  aydındır.  Avropa  musiqi 

mədəniyyətindən,  xüsusən  nəcib  və  xeyirxah  rus  xalqının  zəngin  musiqi 

mədəniyyətindən məharətlə istifadə edən bu sənətkar bütün Sovet xalqları üçün əziz 

və doğmadır. 



Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə