5.3. Quruda neft kompleksində iqtisadi islahatların
istiqamətləri
Quruda neftqazçıxarma sənayesində iqtisadi islahatlar
çox şaxəli, çox istiqamətliliyi ilə fərqlənməlidir. Bu onunla
izah edilir ki, neftqazçıxarma sənayesi ölkə və region
münasibətindən asılı olmayaraq çox mürəkkəb bir
kompleksdir. Burada hasilatla bağlı saysız-hesabsız sahələr və
infrastruktur mövcuddur. Məhz buna görə də sahədə atılan hər
bir radikal addım dəqiq ölçülüb biçilməli, digər sahələrlə
sistemli əlaqələndirilməlidir.
Yüksək fond tutumu ilə fərqlənən neftqazçıxarma
sənayesində iqtisadi islahatlar əsas fondların geniş təkrar
istehsalı, bu problemlə bağlı olanan amortizasiya problemi ilə
də əlaqələndirilməlidir. Onu da qeyd etmək lazımdır ki,
neftqazçıxarma sənayesində əsas fondların amortazisayisası bir
sıra xüsusiyyətlə xarakterizə olunur. Uzun illər boyu neft və
qaz quyularınnı amortaziyası üzrə xərclər maya dəyərinin ən
mühüm tərkib hissələrindən birini təşkil edib. B gün əsas
fondlar təkrar istehsalın mühüm mənbələrindən sayılan
amortizasıya fondu məsələsini respublikanın özü həll edir. Bu
cəhəti başlı-başına buraxmaq olmaz. Ona görə də keçmiş Sovet
İttifaqında bu sahədə mpvcud olan prinsiplər, metodlar
araşdırılmalı, onları yeni şəraitə, sahə xüsusiyyətlərinə
uyğunlaşdırılması təmin edilməlidir. Xatırladaq ki, neft və qa
quyularının amortazasiya normaları keşmiş Sovetlər İttifaqına
bir neçə dəfə dəyişmişdir. 1927-ci ildə Azərbaycan neft
sənayesi üşün quyuların 5 il müddətinə istifadəsini nəzərdə
tutan amortazasiya normaları müəyyən edilmişdi. Bu normalar
qurğuların illər üzrə bərabər səviyyədə köhnəlməsini nəzərdə
tuturdu. Belə bir müddəa əsas götürmüşdü ki, quyular birinci il
daha çox hasilatı təmin edirlər və buna görə də birinci il üçün
nəzərdə tutulan amortatizasiya normaları quyuların dəyərinin
30%-ni, ikinci ildə 25%-ni, üçüncü ildə 20%-ni dördüncü ildə
15%-ni, beşinci ildə isə 10%-ni əhatə edirdi. Bəllidir ki, faktiki
138
olaraq quyular daha artıq müddətə istismar olunurdu və bu da
son nəticədə heç şöbhəsiz ki, maya dəyərinə təsir göstərirdi.
Bundan başqa hasiledici sənayedə ildən-ilə bir ton neft, üçün
tələb edilən xərclər, o cümlədən qurğularınj, quyuların
istismarı və təmiri ilə bağlı xərclər artmaqda davam edirdi.
Lakin mövcud normalar isə quyuların əsaslı təmirini nəzərə
almırdı.
1939-cu ildə qəbul edilmiş amortazasiya normaları
quyuların 10 il müddətinə istifadəsini və yeni zamanda əsaslı
təmir üçün vəsaiti də nəzərdə tuturdu. Azərbaycan neft
sənayesində geoloji xüsusiyyətləri nəzərə alaraq illik
amortazasiya normaları 14%, o cümlədən 4% əsaslı təmir üçün
müəyyən edildi. Müharibədən sonrakı dövrdə neftqazçıxarma
sənayesinin problemləri ilə bağlı olaraq amortazasiya
normaları 1954 və 1963-cü illərdə bir daha dətişildi. Neft
quyularınhın 15 il müddətinə amortazasiya normalarının
hesablanması ( ildə 6,7%) müəyyənləşdirildi. Belə düşünülürdü
ki, quyular hər il bərabər qaydada köhnəlir, yəni amortazasiya
fondu 15 il müddətinə formalaşmır, əlbətdə burada quyuların
debiti nəzərə alınmır, yəni quyuların işləyib işləməməsindən
asılı olmayaraq əsas fondların təkrar istehsalını təmin etmək
əsas götürülür.
Qaz və qaz kondensat quyuları üzrə quyuların dəyərinin
ödənilməsi üçün amortazasiya 12 il və ya ildə 8,3% nəzərdə
tutulmuşdur. Biz quyuların amortazasiya ilə əlaqədar tarixi
faktlara ona görə müraciət edirik ki, Quruda Neftqazçıxarma
İstehsalat Birliyi üzrə bu gün hasilatın ildən-ilə aşağı düşdüyü,
quyu fondunun çoxdan istismar edildiyi bir çəraitdə
amortizasiya priblemlərinə diqqətlə yanaşımalı, bir müddət
sonra onun yenidən hazırlanması barədə fikirləşmək lazımdır.
1996-cı ildə sahə üzrə amortazasiya ayırmaları 170 milyarad
manat təşkil etmişdir. Bu rəqəmin az və ya çox olmasını
birmənalı qeyd etmək çətindir. Ona görə də amortizasiya
probleminin yataqların xüsusiyyətlərini, əsas vəsaitlərin
139
keyfiyyət tərkibini nəzərə almaqla yenidən qiymətləndirilməsi
baxımından əsaslı işlənməsi zəruridir.
İqtisadi ədəbiyyatlarda bu məsələ ilə əlaqədar bəzi
maraqlı fikirlər mövcuddur. Bəziləri deyirlər ki, amortazasiya
məbləğinin çıxarılan hər ton neft üzrə müəyyən edilməsi
quyuların amortizasiya normasının reallığı haqda aydın
təsəvvür yarada bilərdi. Əlbətdə uçotun sadələşməsi
baxımından bu metodun müsbət cəhətləri var. Lakin
neftqazçıxarma sənayesində hasilatın mərhələlər üzrə
çıxarılması, yəni mərhələdən-mərhələyə hasilatın azalması
meyli, quyuların dəyərinin bərpası üçün vəsaiti qeyri-bərabər
toplanması və amortizasiyanın bir iqtisadi kateqoriya kimi
rentabelliyin yüksəlməsinə səfərbəredici rolunun bu halda
azalması qeyd edilən metodunun çatışmayan cəhətlərini təşkil
edir.
Quruda neftqazçıxarma istehsalında iqtisadi islahatların
strategiyasında mühüm istiqamətlərundən biri məşğulluq
problemidir
26
. Ümumiyyətlə, bütün dünya ölkələrində həlledici
sənaye sahələrində məşğulluq priblemi ehtiyatların tükəndiyi
və ya istismarın səmərəli olmadığı hallarda kəskin xarakter alır.
Məşğulluq probleminin həlli həm obyektiv ( hasilatın azalması,
ehtiyatların tükənməsi, istismarın səmərəliliyinin aşağı olması)
həm də subyektiv amillərdən asılıdır. Azərbaycanda quruda
26
Respublikada son 25-30 ildə əmək ehtiyatlarından səmərəli istifadə
edilməsinə dair sanballı tədqiqatlar yerinə yetirlmişdir ki, bunların
içərisində prof. M.Allahverdiyev və Ş.Muradovun əsərləri xüsusi yer tutur.
Əmək məhsuldarlığı və məşğulluğun struktur problemləri. Z.Səmədzadənin
əsərlərində və işıqlandırılmışdır. N.Xıdırovun «Azərbaycan SSR-in yanacaq
sənayesində əmək məhsuldarlığı və onun yüksəldilməsinin bəzi məsələləri»
adlı namizədlik dissertasiyasında ( Bakı. 1974) texniki tərəqqi nəticəsində
neftçıxarma sənayesində işçilərin azad edilməsi və istifadəsi məsələləri
tədqiq edilmişdir. Əməyin təşkili və səmərəliliyi problemləri iqtisad elmləri
doktoru, prof. T. Quliyev, iqtisad elmləri namizədi T.Quliyevin əsərlərində
də təhlil edilmişdir. Lakin yeni bazar münasibətləri şəraitində məşğulluq
problemi spesifik xüsusiyyətlər təşkil etdiyinə görə bu məsələlərin xüsusi
tədqiq olunması məqsəduyğun sayılmışdır.
140
Dostları ilə paylaş: |