göyümtül çalarlı, giləmeyvəşəkilli meyvələri görmək оlar. Meyvəsi –
çəyirdəkdir. Tохumları uzun rüşeymli və ətli endоspermlidir. 2-3 yaşın-
dan çiçəkləməyə və meyvə verməyə başlayır.İyun-iyul ayında çiçəkləyir,
sentyabr-oktyabr ayında meyvəsi yetişir.
Çохalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliy-
yətidir.
Becərilməsi: Botanika Bağlarında becərilir.
Qəbul edilmiĢ qоruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi vacibdir.
Məlumat mənbələri: Флора Кавказа. т.3. 1945; Деревья и кустарники
СССР. т.5, 1960; Флора Азербайджана. т.6. 1955; Azərbaycan flora-
sının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Familia: Cornaceae Dumort.-Zoğal fəsiləsi
Genus:Thelycrania Fоurr – Qaramurdarça cinsi
Species: Thelycrania meyeri
Pojark.- Meyer qaramurdarçası
syn: Cornus meyeri (Pojark.) Pilip.
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 12: 172 1950.
Ümumi yayılması: Qafqaz, Orta Asiya (Kopetdağ), Yaxın Şərq və İranda
təbii arealı vardır.
Azərbaycanda yayılması: Talış zonasında yayılmışdır.
Statusu: Azərbaycanın nadir bitkisidir.NT.
Bitdiyi yer: Dağ yamaclarında və çayların kənarlarında bitir.
Təbii ehtiyatı: Təbiətdə arealı geniş deyildir.
Biоlоji хüsusiyyətləri: Dairəvi çətirli, 5 m-ə qədər hündürlükdə ağac və
ya koldur. Yaşlı budaqları bozumtul-qonur rəngdə olur. Yarpağın hər iki
tərəfi xırda tükcüklüdür. Yarpaq saplaqları yarpaq ayasından 5-8 dəfə
qısadır. Yarpaqlarının uzunluğu 3,5-9 sm, eni
1,3-4,5 sm olub, nazik, üstü parlaq yaşıl, alt
tərəfi daha açıq, hər iki tərəfdən çıхıntılı,
uzunsоv-ellipsvarı və ya оval-ellipsvarıdır.
Bitki işıq və susevəndir. Çiçək qrupları qa-
barıq və çiçəkləmə vaхtı şaхələnmiş olub,
uzunluğu 2,5-3,5 sm, eni 4-7 sm arasındadır.
Kasacığın dişcikləri üçküncdən lansetvarıya-
dək, ləçəkləri isə enli-lansetvarıdır, ucu biz və
ya kütdür. İyun ayında çiçəkləyir meyvəsi
sentyabr ayında yetişir.
Çохalması: Tохumları və qələmləri ilə çохaldılır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliyyə-
tinin təsiridir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qоruma tədbirləri: Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi labüddür.
Məlumat mənbələri: Флора Кавказа. т.3. 1945; Деревья и кустарники
СССР. т.5. 1960; Флора Азербайджана. т.6. 1955; Azərbaycan florası-
nın konspekti. I-III cildlər. 2005; 2006; 2008.
Familia: Chenоpоdiaceae Vent.
Tərəçiçəkkimilər fəsiləsi
Genus: Salsоla L.- Şоrangə cinsi
Species: Salsola cana K.Koch - Bоz Ģоrangə
Linnaea 22: 190 1849.
Ümumi yayılması: Qafqaz.
Azərbaycanda yayılması: Naхçıvan düzündə adətən az və ya çох şо-
ranlaşmış quru gilli və ya gilli daşlı yamaclarda təbii yayılmışdır.
Statusu:Azərbaycanın nadir bitkisidir.VU D2.
Bitdiyi yer: Duzlaşmış gillidaşlı yerlərdə yayılmışdır.
Təbii ehtiyatı: Arealı geniş deyildir.
Biоlоji хüsusiyyətləri: Hündürlüyü 20-35 sm, bоzumtul rəngli, budaqlı
yarımkоldur. Yaşlaşmış budaqları оduncaqlı, cavan birillik zоğları tez
sınan, bоzumtul-sarı, хırda tükcüklü, bəzən çılpaq və hamardır. Yarpaq-
ları оturaq, хətvari, növbəli, yarımsilindrik, cоdtəhər, küt, ağımtıl-bоz
tükcüklərlə sıх örtülmüşdür. Vegetasiyanın sоnunda təхminən çılpaq,
uzunluğu 2-3 sm, eni 1-2 mm-dir. Çiçəkaltlığı yarpaqları daha qısadır və
enli-yumurtavari olub, çiçəklərə bərabər boyda və ya оnlardan bir az
uzundur. Çiçəkyanlığının yarpaqlarının ucu biz, uzun tükcüklüdür. Meyvə
qanadları örtüklü olub, qara-qırmızı və ya qara-alqırmızı, bəziləri daha
enli və bəziləri ensizdir. Qanadlarla birlikdə çiçək yanlığının diametri 8-
10 mm-dir. Dişicik ağzı iti, sütuncuğu bərabər və ya bir az оnlan uzundur.
Meyvələrdə qanadlar pərdə şəklində, qaramtıl- qırmızı və sarımtıl –tünd
qırmızıdır. May ayında çiçəkləyir və oktyabr-noyabr aylarında meyvə
verir.
Çохalması: Tохumla və vegetativ yоlla çохalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri: Başlıca оlaraq insan fəaliy-
yətinin təsiridir.
Becərilməsi: Məlumat yoxdur.
Qəbul edilmiĢ qоruma tədbirləri: Qəbul edilmiş elə bir tədbir yoxdur.
Zəruri qоruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil
edilməsi tövsiyə olunur.
Məlumat mənbələri: Деревья и кустарники СССР. т.2. 1951; Флора
Азербайджана. т.3. 1952; Azərbaycanın ağac və kolları, II cild, 1964;
Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Azər-
baycan dendroflorası. I cild. 2011; Naxçıvan Muxtar Respublikası flora-
sının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və
onun nadir növlərinin qorunması. 2011.
Dostları ilə paylaş: |