Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

52 
 
Nəsib  bəy  bu  çətin  vəziyyətdən  çıxmaq  yolunu  tapmışdı.  Və  demişdi  ki, 
bundan  sonra  siyasət  adamları  din  işlərinə,  dindarlar  da  siyasət  adamlarının  işinə 
qarışmasın. Nəsib bəyin bu təklifi qəbul edilmişdi. 
Məmməd  Əmin  Rəsulzadə  dostu  Nəsib  bəyin  çətinliklərini,  hansı 
qüvvələrlə  toqquşub,  sıxıntılar  keçirdiyini  yaxşı  bilirdi.  Sonradan  vətənindən 
didərgin  düşəndə,  azad  Azərbaycan  hökumətinin  bütün  rəhbərləri  dünyaya  göz 
yumanda,  yalnız  o  sağ  qalanda  dostu  Nəsib  bəy  Yusifbəylinin  ölüm  günündə 
xatirəsini  yada  salmaq  üçün  hər  il  Ankaradakı  milli  kultur  mərkəzinə  gələcək, 
Azəri  gənclərinə  «müsavatçı»  dostundan  ağrı  və  səmimiyyətlə  danışacaqdı. 
Məqalələrinin  birində  isə  Nəsib  bəyin  Gəncədəki  o  çətin,  amma  şərəfli 
fəaliyyətindən belə yazacaqdı: 
«Nəsib  bəyin  Azərbaycan  istiqlalındakı  və  istiqlal  hərəkatındakı  rolu  sadə 
nazirliklə  və  baş  vəkalətdə  bulunduğunu  söyləməkdə  ifadə  edilə  bilməz.  Onun 
hərəkatındakı  həqiqi  rolu  sonra  tutduğu  bu  rəsmi  mövqelərdən  çox  daha  əvvəl 
başlamışdır.  Bu  rol  onun  Gəncədə  1917-ci  ildə  «Türk  ədəmi  mərkəziyyət  xalq 
firqəsi»  namiylə  təsis  edilən  siyasi  Azərbaycan  firqəsinin  təşkilinə  təşəbbüs 
etməsiylə  başlayır.  Azərbaycan  ideyasını  siyasi  bir  mətləb  maddəsi  şəklində 
formula etmək şərəfi mərhum Nəsib bəyindir». 
1917-ci ilin iyun ayında «Müsavat» partiyası ilə «Türk ədəmi mərkəziyyət» 
partiyası birləşib «Türk ədəmi mərkəziyyət partiyası müsavat» adlandı. Partiyanın 
mərkəzi  Bakıda  qaldı.  Gəncədə  isə  bir  şöbə  olaraq  fəaliyyətini  davam  etdirdi. 
Birləşmiş  «Müsavat» partiyasının birinci qurultayını keçirib yeni proqramını qəbul 
etmək lazım idi. 
Məmməd  Əmin  Rəsulzadəni  indi  ən  çox  narahat  edən  «Müsavat»ın  iş 
xəttini dəyişən zamana uyğunlaşdırmaq idi. 
«Müsavat»  partiyasının  ilk    qurultayı  1917-ci  ilin  oktyabr  ayında  oldu. 
Qurultayda  500-ə  yaxın  nümayəndə  iştirak  edirdi.    Qurultay  76  maddədən  ibarət 
partiyanın  yeni  proqramını  qəbul  edirdi.  Partiyanın  proqramında  bu  məsələlərə 
üstünlük  verilmişdi:  1)  Dövlət  və  muxtariyyət;  2)  Milli  məsələlər;  3)  Dini 
məsələlər;  4)  Həqqi  əhliyyət;  5)  İqtisad  və  maliyyə  işləri;  6)  Torpaq  məsələsi;  7) 
İşçi məsələsi; 8) Ədliyyə məsələsi. 
«Müsavat»ın  proqramında  dövlət  və  muxtariyyət  təşkilati  məsələsi  kəskin 
olaraq bu şəkildə qoyulmuşdu: 
«Rusiya  dövlətinin  şəkli  idarəsi,  milli-məhəlli  muxtariyyət  əsası  üzərinə 
qurulu xalq cümhuriyyətindən ibarət olmalıdır». 
     «Müsavat» partiyasının   proqramı  böyük tərəqqi və  inkişaf proqramına 
bərabər idi. Burda illərdən bəri əsarətdə çırpınan xalqın arzu və istəkləri, yaşamaq 
haqqı, elm, bilik qazanmaq cəhdi qabarıq şəkildə verilmişdir. 
..Beş yüz adamın iştirak etdiyi «Müsavat» partiyasının birinci qurultayında 
otuz üç yaşlı Məmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilir. 


53 
 
İslami əsaslı müsavata türkçü bir quruluş verən Məmməd Əmin Rəsulzadə 
lideri seçildiyi partiyanın qurultayında deyir: 
«Yalnız din birliyi müasir məna ilə bir millət təşkil edə bilməz. Milliyyəti 
təşhis  edən  müştərək  əlamətlərin  başlıcası  dil,  din,  adət  və  ədəbiyyatdır.  Bu 
nöqteyi-nəzərdən  bütün  türklər  bir  millətdir.  Təbii  milli  olduğu,  milliyyətində 
yalnız dinlə deyil, başlıca din üzərinə  müstənit hərsən təəssüs eylədiyi qənaətiylə 
biz bu günkü haliylə müttəfiq bulunan geniş türk dünyasının bir gün gəlib müttəhit 
və müttəfiq bir türk aləmi təşkil edəcəyinə inanırıq. 
Milli  istiqlala  malik  olmayan  bir  millət,  hürriyyət  və  hərsini  də  hifz  edə 
bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal». 
...Amma dünya dəyişmişdi.  
«Müsavat»ın  birinci  qurultayının  keçirildiyi  vaxtda,  istiqlaliyyət  və 
hürriyyətə  doğru  daha  inamlı  addımlar  atıldığı  zamanda  xalqın  bütün  istək  və 
arzularını boğub məhv edəcək bolşeviklər hakimiyyətə gəlmişdi.  
Kerenski hökuməti yıxılmış, Lenin hökmranlığa başlamışdı. 
İlkin zamanlar Lenin hökuməti yağlı vədlər verir, məzmununa özünün heç 
zaman  əməl  etmədiyi  dekretlər  qəbul  edirdi.  Nəzəriyyədə  hər  fikri  gözəl  səslənən 
Lenin  siyasəti  həyatda  tamam  başqa  şeyləri  deyirdi.  Xalqlara  azadlıq  vəd  edən 
Lenin  hökuməti əslində istismar və ətalətin  yeni formasına  — terror, qətl yolu ilə 
hakimiyyəti  möhkəmlətməyə  keçmişdi.  Sakit  və  təmkinlilikdən  uzaq  olan,  yalnız 
qışqırmağı, başaldadan, «eşq olsun», «urra» sədalarına üstünlük verən bolşeviklər 
Leninin liderliyi ilə adına «proletar, fəhlə, kəndli hökuməti» deyilən bir quruluşun 
möhkəmləiməyinə çalışırdılar. 
 
Bolşeviklər qorxunc bir ideya ilə silahlanmışdılar. «Proletar və fəhlə-kəndli 
hakimiyyəti» adı altında  gizlənib özlərinin  hegemonluqlarını  yaradırdılar. Sonrakı 
həyat təcrübəsi göstərdi ki, bu adamların əsas məqsədi əslində hakimiyyətə çatmaq 
idi.  Əgər  onların  niyyəti  azad  və  demokratik  prinsiplərə  əsaslanan  quruluş 
yaratmaq  idisə,  onda  nəyə  görə  «hegemonluq,  vahid  partiyalılıq,  yuxarıdan    
idarə»  ideyalarını  irəli  sürürdülər.  Cəmiyyətin  inkişafına,  tərəqqisinə  təkan  verən 
qarşıdurmadan, fikir müxtəlifliyindən qaçır, uzaqlaşırdı bolşeviklər.  Fikir ayrılığı 
olan  yerlərdə  güclü  terror  tətbiq  edirdilər.  İnsanların  beynini  yalançı  vədlərlə, 
«işıqlı  kommunizm»lə  zəhərləyib  özlərinin  istismar  alətinə  çevirirdilər.  İnsan 
ölümü onlardan ötrü adi yaşayış norması idi. 
Axan  günahsız  qanların,  həyatına  qəsd  edilən  minlərlə  insanın  faciəsi 
Leninin öz qəddar xarakterindən baş alıb gəlirdi. 
Məmməd  Əmin  Rəsulzadə  Lenin  başda  olmaqla  bolşeviklərin  qorxunc 
oyuna  başladıqlarını  bilirdi.  Bu  oyunun  ilk  təhlükəsi  erməni  Şaumyanın  noyabr 
ayında Bakıda yaradılan Bakı Xalq Komissarları Sovetinə sədr seçilməsi idi. Belə 
alınırdı  ki,  Bakı  Petroqrad  bolşeviklərinin—Lenin  hökumətinin  sərəncamına 
keçirdi. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə