Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

30 
 
Əvvəllər çoxlu güzəştə gedən, xalqın narazılığından ehtiyat edən şah İranlı 
və  Osmanlı  kürdlərindən  ibarət  topladığı  ordu  ilə  məşrutə  hərəkatını  boğmağa 
başladı.  Ayrı-ayrı  Azərbaycan  şəhərlərini  talan  edib  məşrutə  tərəfdarlarına 
işgəncələr  verdi.  Sonra  məşrutə  hərəkatının  alovlandığı  başlıca  yerə  —  Təbrizə 
hücum çəkdi. Təbrizlilər ölümlə  həyat arasında çırpınırdılar. Amma tək deyildilər 
və  canlı  döyüşlə  onlara  həyan  olan,  arxa  duran  qüvvələr  vardı.  Qüzey 
Azərbaycandan  və  Osmanlı  milliyyətçilərdən  toplanmış  könüllü  birliklər  Təbrizli 
Azərilərin köməyinə gəldi.  
Qarşıda  nəhəng  düşmən  qüvvələri  dayanmışdı.  Adamları  ruhdan  salmaq, 
mübarizədən  çəkindirməkdən  ötrü  məşrutə  tərəfdarları  arasında  xain  ruhlu 
təbliğatlar  yayılırdı:  Əgər  təslim  olsanız,  Təbrizə  və  sizə  toxunulmayacaq.  Bunun 
nə məqsədlə edildiyini çoxları başa düşürdü. 
Xalq bir də əsarət zəncirində boğulub inildəmək istəmirdi. 
Hadisələrin  içində  olduğundan  xalqın  istəyinin,  azadlıq  mübarizəsinin 
coşğun ruhunu görürdü. Bu təlatümlü hürriyyət dənizinin şahə qalxan dalğaları onu 
qətiyyətli edir, xarakterini möhkəmlədirdi. İçərisində vahid Azərbaycanın azadlığı, 
parçalanmış  xalqı  nəhayət,  birləşdirib  birgə  yaşamaq  haqqına  çatdırmaq  istəyi 
yaşayırdı. O günün mütləq gələcəyinə inanırdı. 
...Bir xalqı ikiyə parçalamış  xain qüvvələr indi  yaxınlaşmışdılar. Bir də bu 
xain  qüvvələr  niyə  birləşməməliydilər  ki?  Bu  xalqı  bölüb  parçalayan  onlar 
deyildimi?  Səksən  üç  il  əvvəl  bütöv  bir  xalqın  taleyi  ilə  onlar  oynamadımı?  Kim 
vermişdi  onlara  bu  haqqı?  Xalqı  parçalayıb,  ikiyə  bölüb  onu  alqı-satqı  alətinə 
çevirərlərmi?  Belə  qanlı  cinayəti  edən  qüvvələr  indi  ümumi  dil  tapmaya 
bilərdilərmi?  Aparılan  oyun  hər  ikisinin  mənafeyinə  uyğun  gəlir,  qazanclarını 
artırırdı. Hər ikisi varını, dövlətini, bütün sərvətlərini sümürüb sorduğu torpaqları 
niyə qoruyub əldə saxlamamalı idilər ki? 
Beləcə, iki xəyanətkar qatil iti qılınclarını qaldırıb xalqın hürriyyət istəyi ilə 
düşünən başına endirdilər. 
Rus konsulu çar Rusiyasının Azəri türkləri ilə dəfələrlə sınaqdan çıxardığı 
«qarşındakını tələsmədən, aldatmaq, parçalamaq, dilə tutmaq, guya səninlə dostluq 
edirəm  üsulundan  istifadə  etməyə  başladı.  Rus  konsulu  mübarizə  hərəkatının 
başında  duran  Səttar  xana  sülh  təklif  edəndə  o  demişdi:  «Biz  kimsəyə  hərb 
açmadıq.  Sadəcə  millətimizi,  vətənimizi,  insani  haqlarımızı  mürtəcelərdən 
qoruyuruq». 
Səttar  xanın  qətiyyətini  görən  rus  konsulu  yenə  hiyləgər  təklifə  əl  atmışdı, 
rus  himayəsini  qəbul  etmək  təklifini  irəli  sürmüşdü.  Səttar  xan  ona  belə  cavab 
vermişdi: 
«Mən  və  arxadaşlarım  özümüzü  başqasının  bayrağı  altında  deyil,  öz 
bayrağımız altında görmək istərik». 
Məmməd  Əmin  Rəsulzadə  bu  söhbətlərdən  qəti  qənaətə  gəlmişdi  ki,  çar 
imperiyası  ilə  şah  üsul-idarəsi  arasında  fərq  yoxdur.  Hər  ikisi  qaniçən  və 


31 
 
zülmkardır. Hər ikisi xalqları əsarət altında saxlamağa meyllidir. Hər iki üsul-idarə 
arasında fikir müxtəlifliyi və hətta düşmənçilik də olsa, azərbaycanlıların birləşmək 
istəyi güclənəndə, azadlıq hərəkatı  genişlənəndə onlar  ümumi dil tapıb  yaxınlaşır. 
Məmməd  Əmin  Rəsulzadə  çar  imperiyasının  bir  xain  istəyini  də  anlamışdı: 
imperatorluq hər iki Azərbaycanı ələ keçirməyə meyllidir. 
Səttar xanın iki qüvvətli düşmənə qarşı apardığı mübarizəyə Türkiyədən də 
kömək  gəldi.  Məşhur  Xəlil  bəy  bir  dəstə  millətçiləri  başına  toplayıb  Səttar  xanı 
müdafiə edirdi. Türkiyədən gələn qan qardaşlarını Azəri türkləri bağrına basır, göz 
yaşı içində qucaqlaşırdılar. Dar günün, çətin zamanın köməyini yalnız damarında 
eyni qanı axan, sinəsində eyni ürək döyünənlər edər. 
Həmin görüşdə cəsur Xəlil bəy gözəl və şirin İstanbul ləhcəsiylə bu sözləri 
demişdi:  «Arkadaşlar,  qorxmayın,  vurun.  Arxanızda  qardaşlarınız  varıq.  Qardaş 
yardımı davam edəcək. Məşrutə bayrağını yerdə qoymayın». 
Məmməd Əmin  Rəsulzadə  xalqın bu coşğunluğunun birləşmək, bütün  türk 
aləmi  ilə  əl-ələ  vermək  istəyinin  şahidiydi.  Səttar  xanın  cəsurluğunu, 
qəhrəmanlığını alqışlayırdı. Səttar xanın adına mahnılar qoşulur, igidliyi, cəsurluğu 
dillərdə dastan olurdu. 
Lakin həyatın bir amansız məntiqi hökmü var: düşmən sayca çoxdursa, azın 
məğlubiyyəti  labüddür.  İgidliyin,  cəsurluğun  son  dayanış  yeri  namərdin  topalaşıb 
qabaq  kəsməsidir.  Mərdin,  cəsurun  igidliyini  qiymətləndirən  dövran  çoxdan  ötüb 
getmişdi. İndi zaman xainlərin, fırıldaq və bicliyi bacaranların idi. Mərdliyi gedən 
dünya indi başqa hava ilə nəfəs alırdı. 
Şahın  çar  Rusiyası  ilə  birləşən  qüvvələri  məşrutə  hərəkatını  qan  içində 
boğdu. Edamlar, qətllər, hürriyyət yolunda şəhid olanların axan qızıl qanı göylərin 
rəngini  qızartdı.  Azəri  xalqının  hürriyyət  istəyi  beləcə  qanla  boğuldu.  Məşrutə 
hərəkatının tərəfdarları istibdada məruz qaldılar. 
Belə  vəziyyətdə  İranda  qalmaq  təhlükəli  idi.  Məmməd  Əmin  Rəsulzadəni 
təkcə İran hökuməti deyil, həmçinin çar Rusiyası da axtarır, həbs etməyə çalışırdı. 
Çünki Məmməd Əmin Rəsulzadə adı həm İran, həm də çar Rusiyası üçün qorxulu 
idi.  Böyük  mühərrirlik  və  siyasi  təbliğatçılıq  bacarığı  olan  Məmməd  Əmin 
Rusiyada  və  İranda  mövcud  quruluşa  qarşı  mübarizə  aparmış,  başına  çoxlu  adam 
toplamışdı. Onun həmfikirləri çox idi və xalqın müəyyən təbəqələri arasında güclü 
nüfuzu vardı. Belə adamları «zərərsizləşdirmək lazımdı». 
Təzyiqin  getdikcə  artdığını  və  həyatının  təhlükədə  olduğunu  görən 
Məmməd Əmin Rəsulzadə İranı tərk etməyə məcbur oldu. 
 
* * * 
 
Azadlıq  yolunda  şəhid  olub,  ömrü  yarıda  qırılanların  ağrısı  içərisini 
göynədə-göynədə  İrandan  ayrılırdı.  Yol  boyu  görünən  adamlara  baxırdı.  Hamısı 
qəm  dəryasına  batıb,  fikirli  halda  başlarını  aşağı  salmışdılar.  Sanki  sağ  


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə