Azərbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə106/112
tarix31.10.2018
ölçüsü2,62 Mb.
#77348
1   ...   102   103   104   105   106   107   108   109   ...   112

229 
 
-  Emin  bəylə  1945-ci  ildə  Almaniyada  tanış  oldum.  Haqqında  çox 
eşitmişdim.  Amma  özünü  ilk  dəfə  1945-ci  ildə  gördüm.  Hadisə  belə  oldu. 
Stansiyada  dayanıb  qatar  gözləyirdim.  Qatar  gələndə  gördüm  ki,  bir  adam  tez 
qapını açıb məni səslədi. Baxdım ki, həmyerlim Məhəmməd Kəngərlidir. Dedi ki, 
Emin  bəy  də  burda  vaqondadır.  Gedək  tanış  ol.  Sonra  Türkiyəyə  gəldik.  Ara-sıra 
görüşürdük  onunla.  1952-ci  il  idi.  Emin  bəy  gəlmişdi  İstanbula.  Yanına  gedib 
görüşdüm. Dedim ki, sabah sizi evimdə plov yeməyə dəvət edirəm. Cavab verdi ki, 
yox,  mən  İstanbul  plovu  yemirəm.  Soruşdum  ki,  niyə?  Dedi:—Bu  İstanbul  plovu 
yeməməyimin  maraqlı  tarixçəsi  var.  1911-ci  ildə  İrandan  təzəcə  Türkiyəyə 
gəlmişdim.  Dostlarımla  getdik  yeməkxanaya  plov  yeməyə.  Gətirib  bizə  saqqız 
kimi  plov  verdilər.  Biz  təəccübləndik.  Axı  bizim  Azərbaycanda  plova  min  bir 
ədviyyat  vururlar. Ona  görə  də  İstanbul plovundan  yeyə  bilmədim. Dostlarımdan 
biri  dedi  ki,  eybi  yox,  Emin  bəy,  allah  qoysa  Azərbaycan  milli  hökumətimizi 
quranda  Osmanlı  hökumətinə  bir  bəyanat  verərik  ki,  İstanbulda  belə  plov 
bişirməsinlər.  
Hamımız  gülüşdük.  O  zamandan  bəri  mənim  İstanbul  plovu  ilə  aram 
yoxdur. 
Emin bəy geniş qəlbli, səmimi bir insan idi. 
Növbəti  görüşəcəyimiz  adam  Sami  Yavrucuq  bəydir.  Bu  adam  haqqında 
məlumatı Türk dünyasını Araşdırmalar Vəqfinin sədri Turan Yazqan verib. 
Sami  bəy  müşavir  işləyir.  Əvvəlcədən  zəng  etmişik.  Saat  ikidə  İnönü 
caddəsində yerləşən iş yerində bizi gözləyəcəyini deyib. 
...Səmimiyyətlə,  mehribanlıqla  görüşür  bizimlə.  Tez  Yusif  bəydən 
soruşur:—Yusifcan, qardaşımız çörək yeyibmi, ac deyil ki? 
...Sonra Sami bəy ötən günlərin xatirələrini danışır: 
—Müharibədən sonra Türkiyədə mühacirlərin siyasi bir iş görməyi çətin idi. 
Çünki  o  zaman  vəziyyət  gərgin  idi.  Turançılıq  qadağan  idi.  Müəyyən  adamlar  da 
vardı  ki,  müstəqilliyini  itirib  Türkiyəyə  gələnlərin  geniş  təbliğat  aparmağını 
istəmirdi.  Ona  görə  də  məcbur  olduq  ki,  mübarizəmizi  qol  götürüb  oynamaqdan 
başlayaq. İlk  vaxtlar ancaq  mədəni tədbirlərlə  işimizi  məhdudlaşdırırdıq. Bax, bu 
sözləri ona görə deyirəm ki, rəhmətlik Emin bəyin necə çətin şəraitdə «Azərbaycan 
davası»nı apardığını biləsiniz. Emin bəyi ilk dəfə 1949-cu ildə Azərbaycan Kültur 
Dərnəyinin  konqresində  gördüm.  Elə  ilk  görüşümüzdən  də  məndə  xoş  təəssürat 
oyatdı. Səmimi insan idi. Gözəl natiqliyi vardı. Əgər rəhmətlik bilsəydi ki, bir gün 
həmişə  həsrətində  olduğu  Azərbaycandan  gəlib  onu  soraqlayacaq,  axtaracaqlar. 
Heç bilirsinizmi necə sevinərdi? 
Görüşəcəyimiz növbəti adam ginekoloq-həkim İldəniz Qurtulandır. İldəniz 
bəy  haqqında  Yusif  bəy  dostlarının  birindən  öyrənib.  İldəniz  bəyə  zəng  edirik. 
Razılaşırıq ki, istirahət günü onun evində görüşək. 
İldəniz bəyin qaldığı yer uzaqdadır. İstanbulda qaldığım bu neçə gündə ilk 
dəfədir  ki,  belə  uzaq  yol  gedirik.  «Qazlıçeşmə»də  minirik  qatara.  «Eminönü» 


230 
 
limanına  gəlirik.  Limanda  «Kadıgöy»  gəmisinə  minirik.  10  dəqiqəyə  qədər 
Mərmərə  dənizinin  gözəlliyinə  baxa-baxa  gedirik.  Kadıgöydə  gəmidən  düşüb 
avtobusla «Anadolu sitəsi»nə —İldəniz bəyin evinə üz tuturuq. 
...İldəniz bəy evdə bizi gözləyir. Stolun üstündə çoxlu sənədlər, materiallar 
qoyub.  Diqqət  edirəm.  Məmməd  Əmin  Rəsulzadənin  çıxardığı  jurnalların  hamısı 
burdadır: «Yeni Qafqasiya», «Azəri türk», «Odlu yurd», «Qurtuluş»... İldəniz bəy 
deyir  ki,  bunlar  hamısı  Mirzə  Balanın  arxivindəndir.  Rəhmətliklə  bir  yerdə 
çalışırdıq.  Dünyadan  köçəndən  sonra  arxivini  qoruyub  saxlamışam.  Sonra 
Məmməd  Əmin  Rəsulzadənin  dəfn  mərasimindəki  şəkilləri  göstərir.  Nədənsə 
halım pisləşir. Diqqətlə, diqqətlə baxıram matəm şəkillərinə. İldəniz bəy də, Yusif 
bəy də əhvalımın dəyişdiyini hiss edirlər. İçəri ağrılarıma bürünmüş halda astadan 
deyirəm: allah rəhmət eləsin. 
Sonra 
İldəniz  bəy  Məmməd  Əmin  Rəsulzadənin  «Azərbaycan 
cümhuriyyəti»ni  yazarkan  kağıza  yazdığı  qeydləri  göstərir.  Diqqətlə  Məmməd 
Əmin  Rəsulzadənin  öz  xətti  ilə  yazdığı  qeydlərə  baxıram:  «Göyçay  alayı  imiş, 
Lənkəran  deyil»,  «6-cı  fəsil,  12-ci  maddədə  dəyişiklik  etmək»,  «1918-ci  il 
yanvarın 12-də Nuru Paşaya verilən ziyafətin təfsilatını Məmməd Əlidən istəmək!» 
Bu onun qeydləridir. İlk dəfədir ki, öz dəst-xəttini görürəm. 
Sonra  Mirzə  Balanın  o  dövrün  materiallarını,  jurnal  və  qəzetlərini  neçə 
səliqə  ilə  toplamağına  heyrət  edirəm.  Və  düşünürəm  ki,  bu  sənədlərin  hamısında 
Azərbaycanın  nəfəsi  var.  Mirzə  Bala  doğma  yurdu  üçün  az  yanmayıb  ki!  Amma 
indiyə  kimi  əsiri  olduğumuz  qanlı  rejim  qoyubmu  ki,  gəlib  xalqımızın  bu 
vətənpərvər oğullarının nakam taleyi ilə maraqlanaq! 
Sonra İldəniz bəy Məmməd Əmin Rəsulzadə haqqında xatirələrini danışır: 
—  Atam  Əjdər  Babazadə  əslən  Bakıdan—Çəmbərəkənddəndir.  1920-ci  il 
hadisələrindən  sonra  «gizli  müsavat»ın  üzvü  olub.  Vəziyyət  pisləşdikcə  onun  da 
başı  üzərində  ölüm  təhlükəsi  dolaşıb.  İş  o  yerə  gəlib  çatıb  ki,  sağ  qalmağına 
ümidini tamam itirib. Bir təsadüf nəticəsində canını qurtaran atam sonradan həmişə 
adının yanında «Qurtulan» yazdırıb. 
Emin  bəyin  adını  da  ilk  dəfə  atamdan  eşitmişəm.  Bax,  bu  albomumdakı 
uşaqlıq  şəkillərimə  diqqət  edin.  Burda  üç  rəngli  milli  Azərbaycan  bayrağımız 
görünür.  Atam  bu  bayrağı  əziz  bir  xatirə  kimi  asar,  həmişə  də  məhəbbətlə  Emin 
bəydən  danışardı.  28  mayı—Azərbaycanın  istiqlal  gününü  atam  evimizdə  bayram 
kimi qeyd edərdi. O zamandan qəlbimdə Emin bəylə tanış olmaq, onunla görüşmək 
istəyirdim. 
1953-cü ildə İstanbula getdim. Atamın həmyerlisi,  yaxın dostu Mirzə Bala 
ilə  görüşdüm.  Nəhayət,  Ankaraya  getdim.  Emin  bəylə  tanış  oldum.  Çox  səmimi, 
xoşxasiyyət, şirin bir adam idi. Hərdən zarafatla deyərdi: «İldəniz xoşbəxt adamdır, 
çünki həm tibb universitetində oxuyur, həm də Mirzə Balanın universitetində». 
Emin  bəydə  şəkər  xəstəliyi  vardı.  Yadımdadır  ki,  ömrünün  son  illərində 
İstanbula  gəlmişdi.  Xaricə  getməliydi.  «Şehirparası»  mehmanxanasında  qalırdı. 


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə