57
ilə birlikdə kabel məhsulları, Çinlə – mini traktorlar, İsveçrə ilə lyusterlər, minik
maşınları, yük maşınları, kompyuterlər, televizorlar, Amerikanlarla birgə
pambıqyığan maşınlar buraxılır və s. Özbəkistanın özünün qiymətli kağızlar və pul
buraxan fabriki var. Dövlət investisiyaları əsasən kimya, hasilat və digər prioritet
sənaye sahələrinin inkişafına yönəldilir.
Hazırki şəraitdə ölkə başçısının bəyan etdiyi kimi idxalı əvəz edən sahələrin
inkişafına diqqət artırılmalıdr. Bunun üçün iqtisadiyyat blokuna daxil olan mərkəzi
idarəetmə orqanları – ilk növbədə hökumət tərəfindən daxili bazarın qorunması
üzrə əməli tədbirlərin həyata keçirilməsi vacibdir.
«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı» Dövlət
Proqramının icrası ilə əlaqədar konfransda BMT-nin Azərbaycandakı
əlaqələndiricisi öz çıxışında bir sıra məsələlərlə yanaşı – ölkənin idarəçilik
sisteminin gücləndirilməsi islahatlarına ehtiyacın olmasını dilə gətirmişdir.
Bu günlərdə Dövlət İdarəçilik Akademiyasındakı çıxışında R.Mehdiyev
cənabı da savadlı mütəxəssislərin çatışmazlığından gileyləndi. Bu məsələlər
ətrafında ciddi düşünülməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına görə artıq bu illərdə (2014-
cü ildən sonra) Azərbaycanda xam neft istehsalı azalacaq və iqtisadi inkişaf tempi
aşağı düşəcəkdir. Bu neftin satışının kəskin azalması (barel 70 dol.) və qiymətin
ucuzlaşmasından baş verəcəkdir.
Bu proqnozları nəzərə almaqla yaxın illərdə qeyri-neft sektorunun
inkişafına daha çox diqqət verilməlidir. Avropa Yenidənqurma və İnkişaf Bankının
nümayəndələri iqtisadiyyatı indidən gələcəyə hazırlamağı tövsiyə edirlər. Onların
fikrincə Azərbaycan hökuməti «struktur yenidənqurmanı» davam etdirməli,
elektroenergetikada və rabitədə özəl sektorun iştirakını genişləndirməli, antiinhisar
qanunvericiliyinin təcrübədə yerinə yetirilməsinə nail olmalı, korrupsiya ilə
mübarizə konkretləşməli, qeyri-neft sahələrinin rəqabət qabiliyyətini yüksəltməli,
ölkə tələbatını təmin etmək üçün büdcə vəsaitlərini iri miqyaslı investisiya
layihələrinin reallaşmasına istiqmətləndirməlidir.
58
BMT-nin proqnozlarına görə 2020-ci ilə kənd təsərrüfatında məhsuldarlıq 2
dəfədən çox azalacaq və bu problem dünyanın bütün ölkələrində hiss ediləcəkdir.
Bütün bu deyilənlər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, neft
amilindən asılılığın aradan qaldırılması, xüsusilə emal sənayesinin sürətli inkişafı
təxirə
salınmadan həyata keçirilməlidir. Emal sənayesinə yönəldilən
investisiyaların iqtisadi və sosial səmərəliyi digər sənaye sahələri ilə müqayisədə
xeyli yüksəkdir. Nəzərə alsaq ki, bu gün neft sektorunda stabil olaraq 42-43 min
nəfər insan çalışır və bu gələcəkdə azalacaq, o zaman emal sənayesinin inkişaf
etdirilməsi şübhə doğurmaz. Emal sənayesinin inkişafı eyni zamanda aqrar
sektorun da inkişafını labüd edir. Elə buna görə də regionlarda «sənaye
parklarının» və «sənaye məhəllərinin» yaradılması təxirəsalınmaz məsələlərdəndir.
İlin 9 ayında 19 mlrd.dollar investisiya – bu olduqca böyük məbləğdir və
nəzərə alınsa ki, bunun xeyli hissəsi – 11,0 mlrd.dolları dövlət vəsaitidir. Deməli, o
daha səmərəli istifadə olunmalıdır.
Azərbaycanda reallaşdırılan uğurlu neft strategiyası, qeyri-neft sahələrinin
inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkənin
maliyyə imkanları ilbəil genişlənir. Ölkəmizin sürətlə artmaqda olan valyuta
ehtiyatları isə öz növbəsində bütün lazımi infrastruktur layihələrini vaxtında və
müvəffəqiyyətlə reallaşdırmağa imkan verir. Artıq bir neçə ildir ki, Azərbaycan
karbohidrogen ehtiyatlarından əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatın
şaxələndirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirir.
Məlum olduğu kimi, hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişafı,
bunun hesabına ölkədə yeni iş yerlərinin yaradılması prioritet istiqamətlərdəndir.
Bu məqsədlə ölkənin qeyri-neft sahələrinin inkişafına yönəldilən investisiyaların
həcmi ildən-ilə artırılır. Təkcə onu demək kifayətdir ki, ötən il Azərbaycanda əsas
kapitala yönəldilmiş ümumi vəsaitin 9 milyard 811,5 milyon manatı və ya 76,8
faizi qeyri-neft sektorunun payına düşmüşdür.
Azərbaycanın maliyyə imkanlarının ilbəil artması regionların sosial-iqtisadi
inkişafını bir qədər də sürətləndirir, bölgələrdə yeni infrastruktur layihələri həyata
59
keçirilir. Son illərin buraxılış obyektlərinin əksəriyyətinin regionların payına
düşməsi isə, heç şübhəsiz, Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir.
Bu baxımdan 2015-ci ildə də ölkənin ayrı-ayrı regionlarında çoxsaylı xidmət və
istehsal təyinatlı obyektlər, təhsil, səhiyyə və idman, mədəni-məişət obyektləri
tikilib istifadəyə verilmişdir.
Ölkəmizin ikinci böyük sənaye mərkəzi statusunu qaytarmaqda olan
Sumqayıt şəhərində «Gilan» Tekstil Parkı, polad boru istehsalı müəssisəsi və
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Arpaçay SES, Şirvan şəhərində
«Cənub» İstilik Elektrik Stansiyası, Şirvan-Muğan qrup su kəməri, olimpiya-idman
kompleksi, Abşeron rayonunda birdəfəlik plastik qablar və priforminqlər istehsalı
zavodu, həmçinin Ağcabədi, Balakən, Gədəbəy, Qazax, Qəbələ, Hacıqabul,
İsmayıllı, Şabran və digər rayonlarda çoxsaylı istehsal təyinatlı və sosial
infrastruktur obyektləri işə salınmışdır. Bununla yanaşı, ölkədə həyata keçirilən
uğurlu investisiya siyasəti nəticəsində il ərzində digər sahələrdə də son dərəcə
vacib olan bir sıra infrastruktur obyektləri inşa edilmişdir. Bu layihələrin
reallaşdırılmasında bankların rolu danılmazdır.
2015-ci ildə ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması
istiqamətində də mühüm layihələr həyata keçirilmişdir. Paytaxt Bakı ilə yanaşı,
regionlarda da magistral və dövlət əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə
yenidən qurulmuş, digər mühüm əhəmiyyət kəsb edən yolların tikintisi sürətlə
davam etdirilmişdir. Son illər Prezident İlham Əliyevin imzaladığı müvafiq
sərəncamlar əsasında ayrılmış külli məbləğdə vəsait hesabına kənd yollarının
təmiri və yeni yolların çəkilişi intensiv xarakter almışdır. Bütövlükdə isə il ərzində
ölkədə 500 kilometr uzunluğunda müasir, rahat yollar çəkilmişdir.
Ötən il bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 1874,4 min
kvadratmetr olan yeni yaşayış evləri, 1050 çarpayılıq xəstəxana, növbədə 248
nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 29334 şagird yerlik
ümumtəhsil məktəbləri, 1866 yerlik məktəbəqədər təhsil müəssisələri, 864 yerlik
klub və s. obyektlər istifadəyə verilmişdir.
Dostları ilə paylaş: |