51
Beynəlxalq reytinq agentliyi olan «Moody’s İnvestors Service» kommersiya
bankları arasında müqayisə apararkən onların milli və xarici valyuta üzrə
əmanətlərə görə reytinqini aşağıdakı cədvəldə göstərmişdir.
Cədvəl 4
«Moody’s»-a görə respublika banklarının əmanətlər üzrə reytinqi
Emitent banklar
Uzunmüddətli
reytinq
Qısamüddətli
reytinq
proqnoz
Azərbaycan Beynəlxalq Bankı
Ba
2
Baa
2
Not Prime
STA
Kapital Bank
Ba
2
Not Prime
RUR
Bank Standart
B
1
Not Prime
STA
Bank Respublika
B
2
Not Prime
POS (m)
Texnika Bank
B
2
Not Prime
STA
Uni Bank
B
2
Not Prime
POS (m)
1. STA – stabil (dayanıqlı)
2. RUR – reytinq öyrənilir.
3. POS (m) – pozitiv (m) müxtəlif istiqamətlər öyrənilir.
4. Not Prime (NP) – qısamüddətli öhdəlikləri vaxtında ödəmədə şübhəli olanlar.
Cədvəlin məlumatlarından göründüyü kimi, xüsusi mülkiyyətə əsaslanan
Bank Standart, ölkə bank sektorunda yeganə bankdır ki, milli və xarici valyutada
qısa və uzunmüddətli əmanətlərə görə ən yüksək – B1 reytinqinə nail olmuşdur.
Eyni zamanda maliyyə stabilliyinə görə banka E+ reytinqi verilmişdir.
Beynəlxalq «Moody’s», Bank Standartın mövqeyinin möhkəmlənməsinin
davam edəcəyini, risklərin diversifikasiyasını, gəlirin artım stabililyini, siyasi
proseslərin bank fəaliyyətinə təsirsiz ötəcəyinə ümid edir. «Moody’s» beynəlxalq
agentliyi, Bank Respublikanın da milli və xarici valyuta üzrə uzunmüddətli əmanət
üzrə reytinqini B2 səviyyəsində müəyyən etməklə bankın filial şəbəkəsinin
genişlənməsini xüsusi qeyd etmişdir.
İki aparıcı reytinq agentliyinin Azərbaycan bank sektoru təmsilçilərinə
verdikləri yüksək qiymət ümid etməyə əsas verir ki, ölkənin bank sistemi iqtisadi
inkişafın daha sürətlə irəli getməsində öz müsbət rolunu bundan sonra da
müvəffəqiyyətlə davam etdirəcəklər.
52
Hər il keçirilən «azad iqtisadi indeks»i müəyyən edən «Vərəsə» fondu və
«Yoll-strit jornal» qəzeti Azərbaycan maliyyə azadlığının 30% civarında olan 15
ölkədən biri hesab etmişdir. 2008-ci ilin bank məlumatlarının təhlili Azərbaycanı
107-ci (162 ölkə içərisində) yerə layiq görmüş, iqtisadi azadlığa – 55,3% müəyyən
edilmişdir.
Azərbaycan bank sisteminin rəqabət qabiliyyətliliyi və maliyyə bazarının
müxtəlif parametrlər üzrə təsnifatı Beynəlxalq reytinq agentlikləri tərəfindən
aşağıdakı göstəricilərlə xarakterizə olunur.
1
Cədvəl 5
Göstəricilər
Rəqabət
İndeksi
(Rİ)
Keçid
İqtisadiyyatlı
Ölkələr (KİÖ)
Müstəqil
Dövlətlər
Birliyi
(MDB)
Mərkəzi
Asiya
Ölkələri
(MAÖ)
Mərkəzi
Qafqaz
Ölkələri
(MQÖ)
Maliyyə bazarının
inkişaf
səviyyəsi
91
18
4
3
2
Maliyyə sektorunun
təkmilləşdirilməsi ………..
81
13
3
3
1
Yerli kapital bazarı
vasitəsilə maliyyələşmə .....
106
20
5
3
1
İstiqrazlar vasitəsilə ……..
91
18
4
2
1
Vençur kapitalının
mövcudluğu ………………
65
14
3
2
1
Kapitalın hərəkətində
məhdudiyyət ……………...
107
21
7
6
3
İnvestorların qorunması …
87
18-21
6-7
4-5
2
Bankların möhkəmliyi …..
113
21
6
4
3
Qiymətli kağızlar birjasında
məhdudiyyət ….
114
20
5
4
2
Hüquqi indeks ……………
17
5-6
3-4
1
1
1) Bu məlumatlar 2008-ci ilin məlumatlarına əsaslanır.
Azərbaycan bank sektorunun «zəif yeri» kimi, səmərəliliyin aşağı olmasını,
problemli kreditin mövcudluğunu, banklar kənar nağd hesablaşmaların
mövcudluğunu, qeyri-neft sektorunda kredit resurslarının azlığını, ümumilikdə
kredit risklərinin yüksək olmasını və s. xüsusilə qeyd edirlər. Ölkə bank
sektorunun, real iqtisadi sektorda zəif iştirak etməsi, bank aktivlərinin ÜDM-da
53
iştirak payının aşağı olması, maddi sahələrin inkişafına kredit qoyuluşlarının azlığı
həm MDB məkanında, həm də Baltikyanı ölkələrlə müqayisədə daha aydın
görünməkdədir. Elə bu səbəbdən də Azərbaycanda 2015-ci ildə milli valyuta
«manat»ın iki dəfə devalvasiyası baş vermiş, onun alıcılıq qabiliyyəti 2 dəfəyədək
aşağı düşmüşdür. Bu bir daha göstərir ki, iqtisadi inkişafda qeyri-neft sektoru hələ
çox zəifdir, biz daha çox neft-qaz faktorundan asılıyıq. Bu səbəbdən də, neftin
qiymətinin dünya bazarında 3 dəfədən çox aşağı düşməsi büdcəyə yenidən
baxılmasını labüd etmişdir. Ölkəmizin bank sektoru dünya iqtisadi böhranı
şəraitində, sosial-iqtisadi inkişafın bazar iqtisadiyyatı tələbləri çərçivəsində
inkişafına diqqət artırmaqla, inhisarçılığa qarşı aparılan tədbirlərdə daha fəal iştirak
etməlidir. Kommersiya banklarının kapitallaşma səviyyəsi, onların real
iqtisadiyyata daha aşağı faizlə kredit verilməsinə imkan vermir. Yaxın vaxtlarda
ölkənin bank sektoru mövcud problemləri aradan qaldırmaqla eyni zamanda,
qloballaşan dünyada, yeni tələblərə adekvat cavab vermək üçün hazır olmalıdır.
İqtisadi qloballaşma müasir tələb olduğundan, dünya təsərrüfat sisteminin
bütün sferalarını əhatə etdiyindən, beynəlxalq iqtisadi münasibətlərin dərinləşməsi
maliyyə sisteminin də bu proseslərə qoşulmasını vacib etmişdir. Bu fenomenin
maliyyə bazarına təsiri, milli maliyyə bazarlarının birmənalı olaraq dünya maliyyə
bazarlarına
inteqrasiyası ilə əlaqəlidir. Beynəlxalq maliyyə sisteminin
qloballaşması son onilliklərdə dünya iqtisadiyyatında baş verən proseslərlə izah
edilir. Yaxın gələcəkdə regionların və millətlərin inkişafı, qarşılıqlı iqtisadi və
maliyyə münasibətlərinin inteqrasiyasından çox asılıdır.
Maliyyə qloballaşmasına əyani misal kimi cari əməliyyatlar vaxtı milli
hesablaşmalarda kapital üzərindən məhdudiyyətin götürülməsini göstərmək olar.
Bu prosesə 90-cı illərdən Şərqi Avropa ölkələri, Müstəqil Dövlətlər Birliyi və Çin
Respublikası da qoşulmuşdur. Maliyyə qloballaşmasının dünya iqtisadiyyatında
rolunu XXI əsrin əvvəllərində dünya maliyyə bazarında Ümumi Daxili Məhsulun
37,6 trln.dollar (83,6%) təşkil etdiyində görmək olar. Nəzərə almaq lazımdır ki,
dünya iqtisadi qloballaşma bank fəaliyyətində də standartların tətbiqinə, kapitalın
hərəkətində sərbəstliyə, müxtəlif məhdudiyyətlərin aradan qaldırılmasına,