Azərbaycanda multikulturaliZM


A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m



Yüklə 6,19 Mb.
Pdf görüntüsü
səhifə6/240
tarix15.03.2018
ölçüsü6,19 Mb.
#31828
1   2   3   4   5   6   7   8   9   ...   240

A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

14 


 

Məhz  Azərbaycanda  dini  sahəyə  münasibətdə  yürüdülən  müdrik  siyasətin 

nəticəsidir  ki,  dünya  ictimaiyyəti,  o  cümlədən  nüfuzlu  beynəlxalq  təĢkilatlar, 

habelə dünya miqyasında tanınmıĢ dini liderlər ölkəmizin sülhpərvərliyini, tole-

rantlığını, baĢqa dinlərə  dialoqa hazırlıq  ruhunu etiraf edir, bunu  yüksək dəyər 

kimi qiymətləndirirlər. 



ġeyxülislam Hacı AllahĢükür PaĢazadə, 

Qafqaz Müsəlmanları İdarəsinin sədri  

 

Bu  gün  Azərbaycan  dünyanın  nadir  ölkələrindəndir  ki,  burada  ayrı-ayrı 



millətlərin,  xalqların,  dinlərin  nümayəndələri  bir  ailə  kimi  yaĢayır.  Ölkəmizdə 

dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir və tarixən formalaĢan 

bu tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib... 

Elmira Süleymanova

Azərbaycan Respublikasının İnsan hüquqları  

üzrə müvəkkili

 (

Ombudsman) 

 

Dözümsüzlüyün  artması,  tolerantlığın  azalması  və  ksenofobiyanın  nələrə 

səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan 

dərs  almalıyıq.  Azərbaycan  müxtəlif  millətlərə  və  dinlərə  məxsus  insanların 

birgə  mehriban  yaĢadığı  bir  ölkə,  ġərqlə  Qərb,  Qərblə  islam  dünyası  arasında 

bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. 

Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar mənim ölkəmin 

bütün dinlərə və mədəniyyətlərə  yüksək ehtiram  bəsləməsindən xəbər verir və 

dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir. 

Qənirə PaĢayeva,  

millət vəkili 

 

Yəhudilərə münasibətdən, onların yaĢamından deyə bilərəm ki, Azərbaycan 



dövləti  qədər  nə  MDB  məkanında,  nə  də  bütövlükdə  dünya  miqyasında  tole-

rantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də 

cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiĢ etdi-

rilir.  Bütün  millətlərin  nümayəndəsi  Azərbaycanda  özünü  doğma  hesab  edə 

bilir. 

Yevda Abramov, 

millət vəkili 

 

Azərbaycanda  dini  zəmində  qarĢıdurma  heç  vaxt  olmayıb  və  olmayacaq. 



Ona  görə  ki,  dinc-yanaĢı  yaĢamaq  bizim  qanımızdadır.  Bildiyiniz  kimi,  ölkə-

mizdə müxtəlif konfessiyaların və millətlərin nümayəndələri bir ailə kimi yaĢa-

yır. Bu gün dünyada qəddarlıq və nifrət müĢahidə edirik. Eyni bir dinin nüma-



B i b l i o q r a f i y a  

15 


 

yəndələri  yalnız  həmin  dinin  müxtəlif  məzhəblərinə  mənsub  olduqlarına  görə 

bir-birini öldürür. Azərbaycan isə bütün dünya birliyi üçün gözəl nümunədir.   

Milix Yevdayev, 

Azərbaycan dağ yəhudiləri dini icmasının başçısı 

 

Bu gün Azərbaycanda müxtəlif dinlərin hamısı bərabər hüquqlara malikdir-



lər. Bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur. Bir sıra ölkələrlə müqayi-

sədə Azərbaycanda dini münaqiĢələr baĢ vermir. Biz buna görə ölkə prezidentə 

minnətdarıq,  bütün  bunlar  onun  sayəsində  baĢ  tutur. Azərbaycanda  indiyədək 

hər  hansı  dini  problem,  münaqiĢə  olmayıb.  Bütün  bunlar  ölkədə  multi-

kulturalizmin olmasına bir nümunədir. 

Aleksandr ĠĢein, 

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan  

Yeparxiyasının arxiyepiskopu  

 

Azərbaycan  dünyəvi  dövlətdir.  Respublikada  din  dövlətdən  ayrıdır.  Prezi-



dent  bu  dövlətin  və  respublikanın  bütün  əhalisinin  baĢçısıdır.  Onun  vəzifəsi 

ölkənin bütün vətəndaĢlarına - həm dindarlara, həm də ateistlərə qayğı göstər-

məkdir.  Fikrimcə,  bütün  cəmiyyət  üçün  xeyirlidir  ki,  Azərbaycan  Prezidenti 

müasir cəmiyyətdə dini və ənənəvi dəyərlərin rolunu nəzərə alır. Dövlət baĢçısı 

bilir  ki,  əsl  din  təkcə  ayrı-ayrı  Ģəxslərə  kömək  etməklə  yanaĢı,  həm  də  bütün 

cəmiyyətin inkiĢafına öz müsbət töhfəsini verir. Ölkədə elə Ģərait yaradılmıĢdır 

ki, dini icmalar öz fəaliyyətlərini maneəsiz həyata keçirir, dindarlar isə ehtiyac 

duyduqları  mənəvi  dəstəyi  ala  bilirlər.  Ölkəmizdə  katoliklər  üçün  də  münbit 

Ģərait yaradılmıĢdır. Mən milliyyətcə slovakam. Bir neçə ildir ki, Azərbaycanda 

yaĢayıram  və  iĢləyirəm.  Buna  görə  də  Azərbaycandakı  ümumi  və  dinlərarası 

münasibətlər barədə rəy bildirə bilərəm. 

Vladimir Fekete, 

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol  

prefekturasının ordinarisi 

 

Tolerantlıq  –  dözümlülük  və  multikulturalizm  –  çoxmədəniyyətlilik  haq-



qında Azərbaycan modeli bütün dünyaya örnək və nümunədir. Sözügedən sahə-

lərdə  çox  dərin  məna,  məzmun  və  mündəricə  kəsb  edən,  kəlam  xarakterli, 

mahiyyətli  bu  fikirlər  Azərbaycan  xalqının  dünya  Ģöhrətli  ictimai,  siyasi  və 

dövlət xadimləri olan Ulu Öndərimiz Heydər Əliyevin və dövlətimizin baĢçısı, 

möhtərəm Prezidentimiz Ġlham Əliyevin çoxcəhətli, çoxĢaxəli, titanik fəaliyyət-

lərində mühüm yer tutmuĢ və bu gün də tutmaqdadır. 



Mixail Zabelin, 

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  



Himayəçilik Şurasının üzvü, millət vəkili 


A z ə r b a y c a n d a   m u l t i k u l t u r a l i z m  

16 


 

Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuĢ-

duğu, sülh və əmin-amanlıq Ģəraitində yaĢadığı bir məkandır. Azərbaycan xalqı-

nın  digər  din  və  mədəniyyətlərə  dözümlü  münasibət  bəsləməsinin  bir  çox 

səbəbləri  var.  Bu  yanaĢma  Azərbaycan  xalqının  təbiətindən,  insanpərvərliyin-

dən və xoĢ məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxla-

nılır,  respublikada  sinaqoq  və  kilsələr  məscidlərlə  yanaĢı  fəaliyyət  göstərir, 

insanlar  dini  ayinlərini  sərbəst  yerinə  yetirirlər.  Odlar  yurdunda  bu  gün  azəri 

türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talıĢlar, kürdlər, molokanlar, saxurlar, 

avarlar,  ləzgilər,  qrızlar,  udilər  kimi  etnik  qruplar  yaĢayır.  Mən  udi  xalqının 

nümayəndəsiyəm. Azərbaycanda tarixən bərqərar olmuĢ tolerant cəmiyyət, milli 

və  dini  ayrı-seçkiliyə  yol  verilməməsi  burada  məskunlaĢmıĢ  azsaylı  xalq  və 

etnik  qruplara,  o  cümlədən  udilərə  öz  varlığını  qoruyub  saxlamağa  əlveriĢli 

mühit  yaradılıb.  Udi  xalqı  Azərbaycanın  köklü,  aborigen  azsaylı  xalqlarından 

biridir.  Bu  etnos  qədim  Qafqaz  Albaniyasının  Uti  əyalətində,  XIX  əsrdə  isə 

Nuxa (indiki ġəki rayonu) bölgəsinin bir neçə yaĢayıĢ məskənində məskunlaĢıb. 

Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda udi 

xalqının minə yaxın nümayəndəsi yaĢayır.  



       Robert Mobili, 

Alban-udi xristian icmasının sədri

 

 



TalıĢlar  ad  günlərini,  toyları,  bayramları  öz  ana  dillərində,  doğma  musiqi 

sədaları altında keçirir. Toylarda Azərbaycan türkləri və digər xalqlar məmnu-

niyyətlə  talıĢ  musiqisinin  sədaları  altında  oynayır.  Ləzgi  və  digər  xalqların 

toyları da eynilə. 

Amma dövlətin ölkədə yaĢayan etnosların mədəniyyətinin və dilinin inkiĢa-

fında  rolu  vacibdir.  Etnik  münasibətlər  dövlətin  onurğasıdır.  2000-ci  illərin 

əvvəllərində  etnik  məsələlərə  özbaĢına  buraxıldı.  Ötən  ay  Kamal  Abdullanın 

rəhbərliyi  altında  Azərbaycan  Prezidenti  yanında  millətlərarası  münasibətlər, 

multikulturalizm və din üzrə müĢavir institutunun bərpa olunması  böyük ümid-

lər  yaratdı.  Əvvəl  etnik  məsələdən  bir  qorxu  vardı.  K.Abdulla  isə  məsələnin 

üstünə  cəsarətlə  gedir.  Məsələn,  Kamal  müəllim  “Cənub”  TV-də  talıĢ  dilində 

veriliĢlərin olmasını dəstəkləyib. 



Mehdibəy Səfərov, 

Azəri-talış ictimai birliyinin sədri 

 

 

 

 


Yüklə 6,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə