7
Bakı neft sənayeçilərinin mənafeyini qoruyur, hökumətin neft istehsalçılarına
sərfəli olmayan qərarlar çıxarmasına ciddi müqavimət göstərirdilər.
Neftin qiymətinin sənayeçilər tərəfindən süni sürətdə bahalaşdırılması ilə
əlaqədar olaraq, iri istehlakçılar hökumətə şikayət ərizələri yazıb göndərdilər.
1913-cü ildə neft məsələsi hətta Dövlət dumasında dəfələrlə müzakirə edildi. Neft
sənayesindən böyük qazanc götürən çar hökuməti neftli sahələrin tükəndiyini,
quyuların məhsuldarlığının aşağı düşdüyünü, neftə olan tələbatın durmadan
artdığını və başqa bəhanələr gətirərək, həmişə neft sənayeçilərinin tərəfini
saxlayırdı.
Azərbaycan neftindən xəzinənin orta illik gəliri 100 milyon manatdan çox
idi.
Birinci dünya müharibəsi illərində neft məhsullarına tələbat son dərəcə
artdı. Xaricdən daş kömür gətirməyin mümkün olmaması və Polşadakı kömür
mədənlərinin itirilməsi Rusiyanın yanacaq vəziyyətini daha da ağırlaşdırdı. Neft
məhsullarının xeyli hissəsinin hərbi sifarişlərin yerinə yetirilməsinə yönəldilməsi
qıtlığı xüsusilə kəskinləşdirdi. Yanacaq olmadığına görə ölkədə irili-xırdalı
yüzlərlə müəssisə bağlandı, minlərlə fəhlə küçəyə atıldı. Xaricə neft göndərilməsi
dayandırıldı.
Bununla belə, anbarlarda külli miqdarda neft məhsulu saxlanılırdı. 1916-cı
ildə Bakının anbarlarında 130 milyon puddan çox neft ehtiyatı vardı. Sənayeçilər
nefti satışa buraxmamaqla onun qiymətini daha da yüksəltməyə çalışırdılar.
Köhnə neftçıxarma rayonlarında hasilat azalmaqda davam edirdi. Yalnız
yeni istifadəyə verilən Suraxanı, Binəqədi, Svyatoy adası mədənlərinin hesabına
müharibəqabağı neft hasilatı səviyyəsi qismən saxlanılırdı.
Xam neftin təmizlənməsində başlıca maddə olan sulfat turşusu, kaustik
soda çatışmırdı. Bakı zavodlarında istehsal edilən sulfat turşusu partlayıcı maddələr
hazırlamaq üçün hərbi nazirliyin sərəncamına verilmişdi. Ona görə müharibə
illərində qiymətli neft məhsullarının - ağ neftin, yağların və sairin istehsal
səviyyəsi iki dəfəyə yaxın azalaraq ümumi məhsulun
1
/
4
hissəsini təşkil etmiş,
mazut başlıca hasilat növünə çevrilmişdi.
Müharibə illərində işləyən 15 kimyəvi zavod, əsasən, hərbi sifarişləri
yerinə yetirirdi.
Bu dövrdə Azərbaycan neft sənayesi çox borbad hala düşdü. Müharibənin
sonuna yaxın mədən-zavod avadanlığının yarısı sıradan çıxmışdı. Neft sənayesinə
900 milyon manata qədər zərər dəymişdi.
Neft sənayesində istehsalın təmərküzləĢməsinin qüvvətlənməsi.
Ġnhisarlar: 1901-ci ildə 146 neft şirkəti arasında təkcə üç ən iri şirkət (―Nobel
qardaşları‖, ―Xəzər-Qara dəniz birliyi‖ və ―A. İ. Mantaşov və K°‖) neftin 25
faizindən çoxunu, benzinin 40 faizini istehsal edirdi.
8
1903-cü ildə Tağıyev, Bünyadov, Aşurov və başqa gəmi sahiblərinin
təşkil etdikləri «Maye yanacaq daşıyan gəmilər ittifaqı» Xəzər dənizi vasitəsilə neft
məhsullarının xeyli hissəsini daşıyırdı.
1906-cı ildə 178 şirkətin hasil etdiyi neftin 44 faizi təkcə yeddi ən iri
şirkətin payına düşürdü. Müharibəqabağı illərdə 37 ən iri şirkət qalan 136 şirkətin
birlikdə çıxardıqları 69 milyon pud neftdən beş qat artıq - 350 milyon pud neft
hasil etmişdi.
Həmin dövrdə neftin emalı sahəsində də güclü təmərküzləşmə gedirdi.
Təqribən 50 neft emalı müəssisəsi içərisində 6 iri zavodun payına ümumi
məhsulun 65 faizi düşürdü.
İstehsalın
təmərküzləşməsi
ilə
yanaşı
fəhlə
qüvvəsinin
də
təmərküzləşməsi güclənirdi. 1915-ci ildə neft sənaye fəhlələrinin 64,5 faizi
işçilərinin sayı 500 nəfərdən çox olan iri və ən iri müəssisələrdə çalışırdı. Bu cür
müəssisələr isə bütün müəssisələrin yalnız 10,4 faizini təşkil edirdi.
Abşeron yarımadasında neftli torpaqlar da sürətlə təmərküzləşirdi. 1916-cı
ildə istismar olunan neftli torpaqların 480 desyatinə qədəri (43 faizi) təkcə 6 ən iri
şirkətin, yəni bütün şirkətlərin 4 faizinin payına düşürdü.
Neft sənayesinin səhmləşdirilməsi geniş miqyas aldı. Əgər 1901-ci ildə
əsas kapitalı 174 milyon manat olan 51 səhmdar cəmiyyəti (şirkət) vardısa, artıq
1916-cı ildə əsas kapitalı 380 milyon manata çatan 141 səhmdar cəmiyyəti
fəaliyyət göstərirdi.
Səhmdar cəmiyyətlərinin işində, ümumiyyətlə, kapitalist istehsalının
təşkilində banklar mühüm rol oynayırdılar.
XX əsrin əvvəllərində Azərbaycanın neft sənayesində Rusiya Dövlət
Bankının və 10-dan artıq rus səhmdar bankının şöbələri fəaliyyət göstərirdi.
1914-cü ilin aprelində H. Z. Tağıyev və Musa Nağıyev tərəfindən ilk milli
bank - Bakı tacir bankı təşkil edildi. Bu bank, ilk növbədə, neft sənayesinin
ehtiyaclarını ödəmək məqsədi güdürdü.
Banklar müəyyən faizlə sənaye müəssisələrinə borc pul verir, çox zaman
səhmdar şirkətlərin səhmlərinin bir hissəsini satın almaqla onların payçılarına
çevrilirdilər. Məsələn, 1914-cü ildə «Nobel qardaşları» şirkətinin 30 milyon manat
dəyərində səhmlərinin 68,5 faizi 23 banka məxsus idi.
Bəzən banklar ayrı-ayrı şirkətlərin səhmlərinin yarıdan çoxunu öz əlinə
keçirərək, əslində, onları nəzarət altına alırdılar. Təkcə Rusiya-Asiya səhmdar
bankı 18 iri neft şirkətinə nəzarət edirdi.
1917-ci ildə iri banklar 317,6 milyon manat (bütün səhmdar kapitalın 84
faizi qədər) səhmdar kapitalı olan 60 iri neft müəssisəsini öz nəzarəti altına
almışdı. İstismar edilən quyuların 76 faizə qədəri və ümumi neft hasilatının 94
faizdən çoxu səhmdar cəmiyyətlərin payına düşürdü.
Sənaye müəssisələrinin banklar tərəfindən maliyyələşdirilməsi onların
arasındakı əlaqələri daha da möhkəmləndirirdi.
Dostları ilə paylaş: |