Azərbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ” qsc azərbaycan döVLƏt dəNİz akademiyasi gəmi energetik qurğuları


Maşının iş prinsipi aşağıdakı kimidir



Yüklə 0,78 Mb.
səhifə6/9
tarix14.03.2022
ölçüsü0,78 Mb.
#84479
1   2   3   4   5   6   7   8   9
A.Rəvan GSQ lab 1

Maşının iş prinsipi aşağıdakı kimidir:

Kompressor freon buxarlarını buxarlandırıcıdan (hava soyuducusundan) (4) sorur, sıxıb kondensatorun (2) içərisindəki borulararası fəzaya vurur. Kompressorun sorma və vurma borularında buxarın təzyiqi manometrlərlə (7) ölçülür. Kondensatorun içindəki borularda axan suyun hesabına soyuyan freon buxarları kondensatlaşır və kondensatorun aşağı hissəsinə yığılır, burada freon bir qədər əlavə soyuyur, sonra da maye freon çənə (ressiverə) (6) yığılır, hansında ki həmişə ehtiyat freon vardır. Çəndən çıxan maye freon quruducu-süzgəcə (8) ötürülür. Burada o, mexaniki çirklənmələrdən və nəmlikdən təmizlənir. Sonra təmizlənmiş və qurudulmuş freon tənzimləyici drossel (3) ventilinə verilir. Maye freon tənzimləyici ventilin kiçik deşiyindən keçərək drossellənir, təzyiq və temperatur kəskin düşür. Maye halındakı freon hava soyuducusuna (4) verilir. İşçi agentin temperaturu (buxarlandırıcıda) soyudulan şkafın içərisindəki temperaturdan xeyli aşağı olduğundan şkafın içərisindəki havanın istiliyi freona verilir və soyuducu agent istiliyi alaraq tamamilə buxarlanır və müəyyən qədər qızışır. Soyuducu agentin qaynama və kondensatlaşma temperaturlarnı ölçmək üçün (kompressordan əvvəl və sonra) manometr-termometrdən (7) istifadə olunur.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə