"AZƏrbaycan xəZƏr dəNİz gəMİÇİLİYİ" qsc a zərbaycan döVLƏt dəNİz akademiyasi "GƏMİ SÜRÜCÜLÜYÜ



Yüklə 2,78 Mb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü2,78 Mb.
#81125
1   2   3   4   5
Təcrübə hesabatı Asiman

H E S A B A T I
“Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə “Sabit Orucov” gəmisində təcrübə keçmişəm.

Təcrübə müddətində “Sabit Orucov” gəmisində ixtisasıma uyğun müəyyən bilik və bacarıqları mənimsəmişəm.

Təcrübə zamanı gəmi heyyətindən olan Böyük köməkçi ilə birgə yaranan nasazlıqların aradan qaldırılmasında, gəminin üzüşünün təşkil edilməsində müəyyən bilik və bacarıqlara yiyələnmişəm. Gəmi elektrik avadanlıqlarının texniki istismarının qaydaları ilə tanış olmuşam.

İlk öncə qəza xəbərdarlıq siqnalizasiya simvol və nişanələri ilə tanış oldum. Bu qəza xəbardarlıq siqnal və işarələri aşağıdakılardan ibarətdir:






  1. Oksigensiz mühitdə nəfəs almaq üçün vasitə .

Bu cihaz 20 dəqiqə ərzində insanı hava ilə təmin

etməlidir .




  1. B u cihaz yanğınsöndürənin ləvazimatlarına daxil

olan nəfəs aparatıdır. İnsanı 30 dəqiqə oksigenlə

təmin etməlidir.







  1. Xilasedici dairə . Sabit Orucov gəmisində ümumi 12 ədəd xilasedici dairə mövcuddur.



  1. T üstü və işıqla təchiz edilmiş

xilasedici dairə .





  1. Bu hidrokostyumdur. Hidrokostyum, geyinən insanı C temperaturda 1 saat, C temperaturda isə 6 saat sağ qala bilər.





  1. Yanğın xəbardaredici cihaz. Bu cihaz havanın temperaturunun, tüstünün və alovun təsirindən işə düşür.





  1. Toplanma yeri. “ Sabit Orucov” gəmisində toplanma yeri var və kapitan körpüsünün arxa hissəsində yerləşir.



  1. Xilasedici qayıq. Gəmidə 4 ədəd xilasedici qayıq mövcuddur. Qayıqların 2 – si 66 nəfərlik, 2-si 100 nəfərlikdir. Qayıqların ölçüləri 66 nəfərlik – 8,40x3,40x1,30 və 100 nəfərlik 10,00x3,40x1,30 -dir.



  1. X ilasedici sal. “Sabit Orucov” gəmisində 16 ədəd

20 nəfərli xilasedici sal yerləşir.





  1. Minik üçün ştormtrap.





  1. Xilasedici canlıq. “Sabit Orucov” gəmisində 518 ədəd xilasedici canlıq mövcuddur.



  1. Ç ıxış yolu. Gəmidə 6 ədəd çıxış yolu mövcudur.

1 4) Hidrokombinizon.



  1. Siqnal raketi. Gəmidə 12 ədəd siqnal raketi yerləşir.







  1. Qəza ehtiyyat çıxış yolu.



  1. Karbon qazı ilə yanğın söndürmə balonu.



  1. Qəza siqnalizasiya düyməsi. Gəmidə bütün yanğın zonalarında yerləşir.



  • Aşağıdaki xüsusi hallar zamanı hansı tədbirlərin görülməli olduğu haqqında məlumatlandırıldım:

  • İnsan bortdan xaricə yıxıldığı zaman kapitan körpüsünü və yaxud növbətçi köməkçinin bu haqda məlumatlandırmalıyam. İlk öncə əgər gəmi hərəkətdədirsə ipsiz, əgər gəmi hərəkətdə deyilsə ipli xilas edici dairəni suya düşən insanın üzərinə düşməyəcək bir şəkildə atmalı və bundan sonra yüksək səslə “suda adam” deməli və ya siqnalizasiya düyməsini işə salmalıyam. Bir əlimlə sudaki adamı, bir əlimlə kapitan körpüsünü

göstərərək şəxsi gözdən itirməməliyəm.

  • Yanğın və tüstü müşahidə olunduqda siqnalizasiya vasitəsi ilə heyyəti xəbərdar etməli və onlara dəqiq yeri bildirməliyəm.Əgər yanğın kiçik çaplıdırsa yanğın əleyhinə vasitələrdən, xüsusi yanğın əleyhinə ədyallardan,sudan və s. istifadə edərək yanğının qarşısını almalıyıq.



  • Yanğın və gəmini tərk et həyəcan siqnalı verildikdə özümlə xilasedici canlığı, isti paltar və bir az yemək götürərək toplantı yerinə getməli və bundan sonra komandir heyyətini təlimatlarına qulaq asmalı, əmirlərini yerinə yetirməliyəm.



  • Gəmidə ümumi 6 ədəd qəza çıxışı vardır. Bunlar;

  • Biri şlyupka göyərtəsində,

  • Üçü baş göyərtədə,

  • İkisi orta göyərtədə yerləşir.

Gəmidə 1 ədəd kapitan körpüsünün arxasında toplanış məntəqəsi vardır.

  • G əmidə 518 ədəd xilasedici canlıq yerləşir. Bunlar:

  • Üçü kapitan körpüsündə,

  • On ikisi şlyupka göyərtəsində,

  • Səksəni baş göyərtədə,

  • Dörd yüz iyirmisi orta göyərtədə

  • Üçü maşın şobəsində yerləşir

Xilasedici canlıq 1 dəqiqə ərzində geyinilməli və suyun üzərində insanın ağzı ilə su arasındaki məsafə 12 sm olmalıdır. 4.5m-dən suya tullanılan zaman registrin tələbinə əsasən zədələnməməlidir.

Sərt xilasedici canlıqlar gəmidə;



  • Körpələr üçün boyu 100 sm-ə qədər, çəki 15 kg-a qədər,

  • Uşaqlar üçün boyu 155 sm-ə qədər, çəki 43 kg-a qədər,

  • Böyüklər üçün boyu 155 sm-dən artıq, çəkisi 43 kg-dan artıq olan şəxslər üçün təyin edilib.

Xilasedici canlığın üzərində aşağıdakı siqnal vasitələri olur;

  • Fit,

  • Tüstü şaşkası

  • Zolaq.



  • Gəmidə hər hansı bir təhlükəli şərait müşahidə olunduqda, təhlükəni görən şəxs səs və yaxud da siqnal vasitələrindən istifadə edərək heyyət üzvlərini həmin təhlükəli şərait haqqında xəbərdar etməlidir.

Yanğın zamanı daşınan yanğın söndürənlərin istifadə qaydasını öyrəndin əvvəlcə yanğın sinifinə (A,B,C,D) uyğun olaraq daşınan yanğın söndürmə vasitəsini seçirik, sonra onun üzərindəki kurçoku çəkərək onu işlək vəziyyətə gətiririk.

  • Gəmidə bədbəxt hadisə baş veridyi zaman, heyyət üzvlərinə xəbər verməmişdən qabaq aşağıdakı ilkin yardımları göstərməyi öyrəndim;

  • Tüstü şəraitində zərərgörmüş şəxsi təmiz havaya çıxarmalı,

  • Qanaxma zamanı: arterial qanaxma olarsa zədələnmiş yerdən yuxarıdan, venoz qanaxma olarsa aşağıdan təmiz parça ilə bağlamaq lazımdır. Əgər qanaxma bədən nahiyəsində olarsa parça ilə üzərindən sıxmaq lazımdır.

  • Hər hansı bir sümüyün zədələnməsi halında zərərçəkəni mümkün qədər tərpətməmək lazımdır.

Baş göyərtədə 2 ədəd dərman qutusu və 2 ədəd göz yuma dəsti yerləşir. Lazım gələrsə istifadə etmək üçün heyyət üzvlərinə məlumat vermək lazımdır.

  • Gəmidə hər hansı bir təhlükəli hadisə baş verdikdə həyəcan siqnalı işə salınır. Həyəcan siqnalı verildikdə gəmi heyyətinin üzvləri həyəcan cədvəlinə uyğun olaraq öz vəzifələrini icra edirlər.

Gəmidə 3 cür həyəcan siqnalı mövcuddur;

  • “Ümumgəmi həyəcan” siqnalı,

  • “Suda adam” həyəcan siqnalı,

  • “Qayıq” həyəcan siqnalı.

“Ümumgəmi” həyəcan siqnalı 7 qısa 1 uzun yüksək səsli səs siqnalından ibarətdir.

“Suda adam” həyəcan siqnalı 3 uzun yüksək səsli səs siqnalından ibarətdir.

“Qayıq” həyəcan siqnalı 7 qısa 1 uzun yüksək səsli səs siqnalından ibarət olub, bir neçə dəfə təkrarlanır.


  • Gəmidə yanğın siqnalizasiya sistemi tüstünün, istiliyin və işığın təsirindən işə düşür. “Sabit Orucov” gəmisində əsas tüstünün və istiliyin təsirindən işə düşən siqnalizasiya sistemi mövcuddur. Siqnalizasiya sistemi işə düşən kimi ümumgəmi həyəcan siqnalı verilir və buna əsasən gəmidə yanğının yeri aşkar edilir, onun sinfinə uyğun olaraq yanğın əleyhinə yanğın söndürmə vasitəsindən istifadə olunur.



  • Qəza və yanğın əleyhinə ləvazimatlar “Sabit Orucov” gəmisində baş göyərtədə 1 və orta göyərtədə 1 ədəd olmaqla ümumi 2 ədəd yanğın postunda yerləşir. Qəza qurutma nasosu 1 ədəd ikinci dibdə, qurutma nasosu 2 ədəd ikinci dibdə, od söndürən ədyal 1 ədəd baş göyərtədə yanğın postunda və 1 ədəd ikinci dibdə yerləşir. Yanğın postunda həmçinin qum, balta, lom və bel yerləşir.



  • Bütün gəmilərdə olduğu kimi “Sabit Orucov” gəmisində də əsas yanğın söndürmə sistemi su ilə ( püskürtmə və yaxud sırnaq) yanğın söndürmə sistemidir. Bundan əlavə gəmidə daşınan yanğınsöndürmə sistemlərindən karbon qazlı köpük və kimyəvi tozlu balonlar mövcuddur.Bunlardan karbon qazlı yanğın söndürmə balonundan A və B yanğın siniflərini, köpükdən A sinif, kimyəvi tozlu balondan isə bütün növ yanğın siniflərində istifadə olunur. “Sabit Orucov”s/g-də 51 ədəd yanğın əleyhinə balon yerləşir. Bunlardan 18-i karbon qazlı , 30-u kimyəvi tozlu, 3-ü isə köpüklüdür



  • Xilasetme vasitələri fərdi və kollektiv olmaqla 2 hissəyə ayrılır:

Fərdi: - xilasedici canlıq

-xilasedici dairə

-hidrokostyum

-istilik qoruyucu vasitə.

X ilasedici canlıq suya düşmüş insanın su üzərinə çıxmasını və onu bu vəziyyətdə saxlamasını elə təmin etməlidir ki, sifət su səthinin üzərində olsun. Xilasedici canlıq insanı 5 saniyə ərzində üzü üstə çevirməlidir. Xilasedici canlığa aşağıdaki tələblər qoyulur;


  1. Fit verən və işıqla təmin olunmalıdır.

  2. Bu lampanın işığı 8 saat yanmalıdır.

  3. 2 saniyə ərzində oda davamlı olmalıdır.

  4. 1 dəqiqə ərzində insan köməksiz bir şəkildə geyinməlidir.

Buradakı işıq 8 saat ərzində işləməli və dəqiqədə 50-70 dəfə yanıb sönməsi mümkün olmalıdır. Gəmidə 518 ədəd xilasedici canlıq mövcuddur.

  • “ Sabit Orucov” gəmisində ümumi 12 ədəd xilasedici dairə mövcuddur. Bunlardan

4-ü sadə xilasedici dairə,

2-si kəndirli xilasedici dairə,

4-ü işıqlanan buy ilə xilasedici dairə

2-si tüstü şaşkası və işıq ilə xilasedici dairədir.

2 ədəd kəndirli xilasedici dairə gəmi dayanan zaman suya atılaraq insan həyatını xilas etmək üçün istifadə olunur. Bu dairələrə bərkidilən ipin uzunluğu 35m-ə bərabər olur. Normalda dairəyə bərkidilən ipin uzunluğu 30m və quraşdırıldığı yerdən suya qədər məsafənin iki mislinə bərabər olur. Leyer ipinin qalınlığı 9.5mm-ə bərabərdir.

Xilasedici dairənin üzərində olan işığın yanma müddəti 2 saat, tüstü şaşkasının tüstü vermə müddəti 15 dəqiqəyə bərabərdir. Çəkisi 5.48kg və istifadə müddəti 4 ildir.

2 ədəd ipli xilasedici dairə kapitan körpüsünün yanında, digərləri isə bortlar üzrə bölüşdürülmüşdür.

H idrokostyum gəmidə 28 ədəd yerləşir.Bunlardan:

3-ü kapitan körpüsündə

12-si şlyupka göyərtəsində

14-ü baş göyərtədə yerləşir.

Hidrokostyum soyuq suda insan sifəti istisna olmaqla bədən temperaturasını aşağı düşməsini azaltmaq və soyuğun təsirindən qorunmaq üçün nəzərdə tutulur. Onun üzərində:



  • Fit

  • İşıq qaytarıcı

  • Lampa

  • Batereya

Mövcud olmalıdır.Hidrokostyum oda davamlığı 2 saniyə olmalıdır. 4.5m hündürlükdən suya tullandığınız zaman xarab olmamalıdır.Bu xilas edici vasitə kənardan kömək olmadan 2 dəqiqə ərzində geyinilməlidir.Hidrokostyum suyun temperaturu 0-2C olduğu zaman 6 saat ərzində insanın bədən temperaturunu 2C-dən aşağı salmamalıdır.

“Sabit Orucov” s/g 2 cür hidrokostyum mövcuddur:



  • Uşaq hidrokostyumu 150sm boya, 50kg-a qədər çəki üçün

  • Böyük ümumi hidrokostyum 190sm boyu və 150kg-a qədər çəki üçün hesablanmışdır.

İstilik qoruyucu vasitə bədən istiliyinin itkisinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Bu vasitədə insanın üzü istisna olmaqla bütün bədənini örtməlidir. Kənardan kömək olmadan xilasedici qayıqda salda və ya növbətçi qayıqda onu açmaq və asanlıqla geyinmək mümkün olmalıdır. İstilik qoruyucu vasitə aşağıdakı tələblərə cavab vermlidir:

  • -30-120C-ə kimi temperaturda öz funksiyalarını yerinə yetirməlidir.

  • Bütün qayıq və salların təchizatına daxil olub, heyyətin ümumi sayının 10%-i qədər olmalıdır.Minimum 2 ədəd olmalıdır. ”Sabit Orucov” s/g-də daxili rabitə üçün sivyaz, xarici gəmilərdə rabitə üçün isə fruno radiotelefon, fruno radoireceiver kimi aparatla istifadə olunur. Radioreceiver vasitəsi ilə məlumatlar qəbul, radiotelefon vasitəsi ilə ötürülür. Fruno naftex gəmidə hər hansı bir təhlükəli üzmə şəraitində və hava haqqında olan məlumatları qəbul edib yazılı xəbər verən cihazdır.



  • Gəmidə pirotexniki siqnal vasitələrindən fişəng vardır.”Sabit Orucov” s/g-də 12 ədəd kapitan körpüsündə fişəng mövcuddur.



  • Həmçinin burada 2 ədəd radiolokasiya əks etdiricisi yerləşir. İş prinsipi gəmi tər olunan zaman vəzifəsinə uyğun olaraq heyyət üzvlərindən biri kapitan körpüsündən götürərək qayığa minib bundan sonra ipini çəkərək düymısinə basırıq. Bu vasitə gəmi tərk olunan zaman istifadə olunur və gəminin qəzalı vəziyyətdə olduğunu digər gəmilərə siqnal vasitəsi ilə ötürülür.



  • Gəmidə iki cür xilasedici kollektiv vasitə mövcuddur:



  • Xilasedici qayıq

  • Xilasedici sal

“Sabit Orucov” s/g-də 4 ədəd xilasedici qayıq mövcuddur. Bunlardan 2-si üstü açıq, 2-si isə üstü bağlıdır.Üstübağlı qayıqlar 100 nəfər, üstüaçıq qayıqlar isə 66 nəfərlik tutuma malikdirlər. Ölçüləri:

Üstü bağlı-10,0x3,40x1,30

Üstü açıq-8,40x3,40x1,30

Xilasedici qayıqlar 2 cür suya salınır



  • Trosla endirilən

  • Sərbəstdüşmə metodu ilə endirilən xilasedici qayıqlar

Qayıq suya düşərkən və ona çırpılarkən içində insanlar qısamüddətli yüklənməyə məruz qalırlar. Sərbəstdüşmə metodu ilə qayığın endirilməsi müəyyən üstünlüklərə malikdir.

Xilasedici salın və xilasedici qayığın təchizatına salın və qayığın istismar vasitələri həyati təminedici vasitələr siqnalizasiya və diqqət cəlbedici vasitələr daxildir.Xilasedici qayıqda insanların yaşaması üçün quru yeməklər mövcuddur ki, insanların sayına görə hər adam başına energetik qiyməti azı 10000 kcl(2400 k kal) hesabı ilə ərzaq payı 1.5l (salda) və 3.0l (qayıqda) işməli su ehtiyyatı var.Həmçinin qayıqda daxil edilən dəniz xəstəliyi əleyhinə həblər mövcuddur.




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə