Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

21
isə  biçində  istifadə  edilmişdir.Toxuculuq  və  saxsı  qablar  istehsalı  ilə  bağlı
sahələrin meydana gəlməsi əc-dadlarımızın həyatında mühüm rol oynamışdır.Saxsı 
qablar  istehsalı  ərzaq  məhsullarının  saxlanılmasını  asanlaşdırmış,məişətin  bütün 
sahələrində əsaslı dəyişikliklərə şərait yaratmışdır.Saxsı qablar 133№-li Gəncəçay 
düşərgəsində,Təbriz  yaxın-lığındakı  Yanıqtəpə  və  Urmiya  gölü  yaxınlığındakı 
Firuztəpə abidələrinin müvafiq təbəqələrindən daha çox məlumdur.”
                                                          
        Ekranda Nəsir Rzayev peyda olur və deyir:
        “Qobustanın  yeni  Daş  dövrünə  aid  petroqliflərində  düz  xətlərə  çox  tez-tez 
rast gəlinir.”
                                                          
        Ekranda  Böyükdaşın  aşağı  mərtəbəsindəki  2№-li  daşın  üzərindəki  petroqlif 
görünür.Kadr arxasından alimin səsi eşidilir:
       “ Misal üçün Böyükdaşın aşağı mərtəbəsindəki 2№-li daşda cızılmış gizləncək 
təsvirində bu xüsusiyyətləri görürük.Bu sxematik,şərti şəkildə verilmiş rəsmdə giz-
ləncəyin gövdəsi və başı düz xətlərlə  və onların birləşməsindən yaradılmış bucaq-
larla  bəzədilmişdir.Rəsmdən  göründüyü  kimi,bu  gizləncək-yalançı  heyvan  fiquru 
əvvəllər  rast  gəldiyimiz  müqəvvalardan  həm  həcmi,kiçikliyi,həm  də  vəzifəsi  ilə 
fərqlənir.Bu petroqlif eramızdan əvvəl  7-ci minilliyə aiddir.”
                                                          
       Ekrandakı təsviri Böyükdaşın yuxarı mərtəbəsindəki 104 №-li daşın üzərində-
ki təsvir əvəz edir.Alimin səsi kadr arxasından deyir:
       “Bu dövrə aid balıq təsvirinə Böyükdaşın yuxarı mərtəbəsində,104 №-li daşda 
rast gəlrik.Bu petroqlifdə balıq siluet şəklində,realistik səpgidə işlənmişdir.”
                                                          
        Ekrandakı təsvir itir və onun yeinə yenidən görüntüyə gələn Nəsir Rzayev de-
yir:
        “Bu  təsvir  Neolit  dövründə  Azərbaycan  ərazisində  balıqçılığın  inkişafından, 
yeni bir təsərrüfat sahəsinin yaranmasından xəbər verməkdədir.”
                                                         
         Filmin başında gedən epizod-Soltan Hacıbəyovun “Karvan”simfonik suitası-
nın müşayiəti altında hərəkət edən dəvə karvanını əks etdirən epizod növbəti dəfə 
təkrarlanır.
                                                          
         Ekranda  Eneolt  dövrü abidələrindən  tapılmış  nümunələr  və  o  dövrün  gil-
möhrə evlərinin qrafik təsvirləri nümayiş etdirilir.
         Diktor mətni:
         “Eramızdan əvvəl 6-cı minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü 


22
Eneolit,yəni  Mis-Daş  dövrü  əvəz  etdi.Eneolit  dövrü  istehsal  təsərrüfatının  əsaslı 
surətdə formalaşması  və sürətli inkişafı ilə xarakterizə olunur.Bu dövrü tarixin əv-
vəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə
daş məmulatları ilə yanaşı,metaldan istifadə olunmağa başlanmasıdır.”
                                                          
        Ekranda arxeoloq Rəşid Göyüşov  peyda  olur.Ekranın alt tərəfində onun  adı, 
soy adı və elmi dərəcəsi yazılır.O deyir:
        “Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü
eranızdan  əvvəl  6-4-cü  minillikləri  əhatə  edir.Mis yumşaq  metal olduğundan daş 
alətləri bütünlüklə sıradan  çıxara bilmədiyi üçün sözügedən dövrə Mis-Daş dövrü
deyilir.
       İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövr 
–də  cəmiyyətin  ictimai  inkişafında  xüsusi  irəliləyiş  müşahidə  olunur.Əkinçilik  və 
maldarlıq daha da inkişaf edir,tayfalararası əlaqələr genişlənir,sinifli cəmiyyətlər 
üçün  zəmin  yaranır.Misdən  ilk  dövrlərdə  soyuq  döymə  üsulu  ilə  xırda  alətlər:bı-
çaqlar,iynələr,bizlər və sairə,həmçinin bəzək əşyaları hazırlanmışdır.İnsanlar mis 
külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar.Bu külçələrin daşdan fərqləndiyi 
onlara  yalnız  6-cı  minilliyin  sonlarında  məlum  olmuşdur.Misin  yüksək  istidə  əri-
məsi,müxtəlif  formaya  düşməsi,soyuyarkən  yenidən  bərkiməsi  və  sairə  daşdan 
fərqləndirilməsinə əsas vermiş,ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə 
imkan yaratmışdır.”
                                                        
        Ekranda  Eneolit  dövrünə  aid  gil  qadın  heykəllərinin,möhrə  evlərin  və  toxa-
ların qrafik təsvirləri canlanır.
        Diktor mətni:
        “Alimlər bütövlükdə  Eneolit  dövrünün  5  xarakterik  xüsusiyyətini  qeyd  edir-
lər:1.Təsərrüfatın digər sahələrinə nisbətən toxa əkinçiliyinin Eneolit dövründə da-
ha  da  üstünlük  təşkil  etməsi;  2.Çaxmaqdaşıdan  hazırlanmış  alətlərlə  yanaşı,mis 
alətlərin də meydana gəlməsi; 3.Möhrədən tikilmiş qəbilə evlərinin mövcud olma-
sı; 4 Ana nəsli üçün xarakterik olan gil qadın heykəllərinin yaranması; 5.Fırça ilə
naxışlanmış gil qabların hazırlanması. 
        Bütün bu  əlamətləri  Azərbaycanın  Eneolit  dövrü abidələrində tam təfərrüatı 
ilə izləmək mümkündür.”
                                                      
        Ekranda  Tarix  Muzeyinin  öncə  xaricdən,sonra  isə  daxildən  görünüşü  təsvir 
edilir.Muzeyin əməkdaşı deyir:
        “İndiyədək Azərbaycanda Eneolit dövrünə aid oturaq əkinçi tayfalara məxsus 
60-dan çox yaşayış məskəni aşkar olunmuşdur.Bunlardan Naxçıvan ərazisindəki 1-
ci  Kültəpə abidəsi,Mil-Qarabağdakı  İlanlıtəpə, Çalağantəpə, Qaraköpəktəpə,
Zərgər-təpə, Meynətəpə,Çalırtəpə,Şəkəryalı,Muğan  düzündəki  Əlikömək  təpəsi,
Sulutəpə, Üçtəpə,Mişarçay,Qurudərə,Kür  çayının  sağ  sahilində,Qazax  rayonu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə