Azərbaycan


yaradılması üçün əsas təşkil edə biləcəklər



Yüklə 451,87 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix05.04.2018
ölçüsü451,87 Kb.
#36014
1   ...   8   9   10   11   12   13   14   15   16

 

16 


yaradılması üçün əsas təşkil edə biləcəklər. Həmin Məcəllənin icrası nəzarət orqanı tərəfindən 

izlənilməli  və  təmin  edilməlidir.  Qoşma  II-də  İstehlakçı  Hüquqlarının  Müdafiəsi  Məcəlləsi  ilə 

ünvanlandırıla biləcək məsələlərin xülasəsi verilir. Əlavə olaraq, Məcəllə konkret məsələlər üzrə 

könüllü  məcəllələrlə  tamamlana  bilər.  Həmin  məcəllələrin  icrasını,  nəzarət  orqanı  da  müşahidə 

edə  bilər.  Misal  üçün,  banklarda  yoxlamaları  apararkən,  AMB,  həmçinin,  hər  bank  tərəfindən 

Davranış  Kodeksinin  və  ya  digər  işgüzar  qaydaların  yerinə  yetirilməsini  yoxlaya  bilər.      Digər 

nəzarət  orqanlar  sektorlarda  davranış  kodeksləri  ilə    bağlı  oxşar  yanaşmanı  qəbul  etməlidirlər. 

Əlavə olaraq, müştərilərə davranış kodekslər ilə tanış olmaq üçün nəşr olunmalı və əldə edilməsi 

üçün geniş imkanlar yaradılmalıdır, və onlar, misal üçün, bank filiallarında təqdim edilməli və ya 

bankların  internet  saytlarında  yerləşdirilməlidir.  QHT-lər  və  digər  istehlakçı  birlikləri  bankın 

rəhbərliyini  banklar  tərəfindən  Məcəllənin  şərtlərinin  pozulması  halları  haqqında 

məlumatlandırmalı və mümkün olduqda,  Məcəlləyə riayət olunmasının təkmilləşdirilməsi üçün 

bank tərəfindən görülə biləcək tədbirləri təklif etməlidir.  

 

Mikromaliyyə  və  digər  bank  olmayan  kredit  təşkilatları  üçün  fərqli  yanaşma  tətbiq 



olunmalıdır.  AMA-nın  gücləndirilməsini  nəzərə  alaraq,  AMB  mikromaliyyə  təşkilatları 

sahəsində aparıcı rolun AMA-ya verilməsini tövsiyə etmək olarn.  Qoşma III-də AMA tərəfindən 

mikromaliyyə  təşkilatları  üzrə  qəbul  oluna  biləcək  ətraflı  İstehlakçı  Hüquqlarının  Müdafiəsi 

Məcəlləsi  təqdim  olunur.  Ondan  sonra,  AMA-nın  üzvü  olan  hər  mikromaliyyə  təşkilatı  etika 

məcəlləsinə  oxşar  və  təşkilatın  tələblərinə  uyğun  olan  müştərilərlə  əlaqələrin  tərzini  müəyyən 

edəcək  istehlakçı  hüquqlarının  müdafiəsi  məcəlləsini  hazırlamalıdır..Bank  Olmayan  Kredit 

Təşkilatları haqqında yeni Qanunun qəbul edilməsi ilə AMB mikromaliyyə təşkilatlarına nəzarət 

üzrə rəsmi cavabdehlik daşıyacaq. Nəzarət prosesi çərçivəsində, AMB hər mikromaliyyə təşkilatı 

tərəfindən hazırlanmış məcəlləni nəzərdən keçirməli və təşkilatın öz məcəlləsinə riayət etməsini 

təmin  etməlidir.  AMB,  İstehlakçı  Hüquqlarının  Müdafiəsi  Məcəlləsinin  bank  sektoru  ilə 

müqayisədə  mikromaliyyə  sektorunda  daha  az  icra  edilməsi  halında  tənzimləmə  arbitrajının 

yaradılması imkanlarını qiymətləndirməlidir.  

 

İstehlakçı  assosiasiyaları  istehlakçıların  təhsili  və  məlumatlandırılması  sahəsində  daha 

böyük  rol  oynamalıdırlar.  QHT-lər  istehlakçıların  hüquq  və  öhdəlikləri  haqqında 

məlumatlandırılmasında  daha  böyük  rol  oynaya  bilmələri  üçün  istehlakçı  assosiasiyaları  (misal 

üçün,  Müstəqil  İstehlakçılar  Birliyi)  kimi  gücləndirilməlidir.  Bu  cür  gücləndirmənin  dövlət 

büdcəsindən və ya donor təşkilatlarından vəsaitindən ayrılması tələb edilə bilər.  

 

Müştərilər üçün Məlumat və Açıqlamalar 

 

İstehlakçılar  üçün  açıqlamalar  Aİ-nin  İstehlak  Krediti  üzrə  Direktivinin  icrası  vasitəsilə 

təkmilləşdirilməlidir.  Aİ-nin  əvvəlki  Direktivi  (87/102/EC)  tələb  edir  ki,  maliyyə  təşkilatları 

qüvvədə  olan  faiz  dərəcələrini,  yəni  “illik  faiz  dərəcələrini  (İFD)”

12

  və  digər  əsas  şərtləri 



açıqlasınlar. Aİ-nin yenidən baxılmış Direktivi (2008/48/EC) daha təfsilatlıdır və bu cür xidmət 

haqları və ödənişlər kreditin İFD-nə daxil edilməsi məqsədilə istehlak krediti üzrə bütün xidmət 

haqları və ödənişlərin dəqiq bildirilməsini tələb edir.

13

  2008-ci  ilin  aprel  ayında  təsdiq  olunmuş 



yenidən baxılmış Direktiv kreditorlar və kredit vasitəçiləri tərəfindən hər müştəriyə təklif olunan 

məhsullar  çeşidində  onun  ehtiyaclarına  və  maliyyə  vəziyyətinə  daha  uyğun  olan  kredit 

müqaviləsini seçmək üçün lazımi yardım göstərməsini tələb edir. Bundan əlavə, yenidən baxılmış 

                                                 

12

Yenilənməyən  kreditlər  üzrə  illik  faiz  dərəcəsi  və  kreditin  müddəti  ərzində  ödənişlər  axının  riyazi 



baxımdan onun cari dəyərinə bərabərləşdirilməsi üçün istifadə edilən illik faiz dərəcəsi kimi ifadə olunan 

maliyyə  haqqıdır.  Maliyyə  haqqı  kredit  üzrə  məsrəflərin  dəyərini  əks  etdirir  və  faiz  və  yaranma  haqları, 

güzəştlər və özəl girovun sığortası kimi digər məsrəfləri daxil edir.  

13

  Avropa  Parlamenti  tərəfindən  2008-ci  ildə  qəbul  olunmuş  Direktivin  surətini  aşağıdakı  ünvandan  əldə 



etmək olar 

http://www.responsible-credit.net/index.php?id=1980&viewid=40939

  



 

17 


Direktiv  €200  və  €75,000  arasında  maliyyə  xidmətlərini  əhatə  edir.  Bu,  cari  Direktivdən  daha 

genişdir və “SMS kreditlərini”, yəni mobil telefonlara mətn mesajlarının göndərilməsi vasitəsilə 

satılan kreditləri əhatə etmək niyyətindədir.  

 

Əsas məlumatların açıqlanması 



 

 

Nəzarət  orqanları  maliyyə  təşkilatlarından  müştərilərə  dəqiq  məlumatların  verilməsini 



tələb etməlidir. Banklardan – və bütün maliyyə təşkilatlarından – hər hansı hesabın açılmasından 

və  ya  hər  hansı  maliyyə  xidmətlərindən  alınmasından  əvvəl  müştərilərə  şərtlərin  sadə  dildə 

təqdim  edilməsi  tələb  olunmalıdır.  Bunun  səmərəli  yollarından  biri  müqavilənin  bağlanması 

mərhələsində “Əsas Faktların Hesabatı” və ya hər hansı digər standartlaşdırılmış hesabatın tələb 

edilməsindən  ibarətdir.  Maliyyə  xidmətlərinin,  xüsusilə  mürəkkəb  maliyyə  məhsullarının 

təchizatçılarından müştərilərə yalnız İFD-nin deyil, həmçinin, aşağıdakıların təmin edilməsi tələb 

olunmalıdır:  (1)  kreditin  ümumi  dəyəri,  (2)  aylıq  ödənişlərin  məbləği,  (3)  kreditin  və  ya 

investisiyanın  yekun  ödəniş  tarixi;  (4)  ödəniləcək  vəsaitin  ümumi  məbləği,  (5)  bütün  mümkün 

haqlar – xüsusilə avans ödənişlər və vaxtı keçmüş ödənişlərə görə cərimə - və digər ödənişlər, (6) 

tələb  olunan  hər  hansı  depozitlər  və  ya  avans  ödənişlər,  (7)  faiz  dərəcəsi  dəyişkəndirsə, 

hesablamanın  əsası,  və  (8)  kreditin  təmin  edilməsi  üçün  hər  hansı  əlavə  sığortanın  (misal  üçün 

şəxsi girovun sığortalanması) tələb olunması. Kreditin istehlak mallarının, misal üçün televizorun 

və  ya  paltaryuyan  maşının  alınması  üçün  istifadə  edilməsi  halında,  istehlakçı  maliyyələşdirmə 

haqları  çıxmaqla  məhsulun  nağd  qiyməti  haqqında  məlumatlandırılmalıdır.  İstehlakçılar  üçün 

açıqlamalara, həmçinin, borcalanın və investorın hansı şikayətvermə mexanizmindən istifadə edə 

bilməsi haqqında məlumat  daxil olmalıdır. Əsas faktların açıqlanması üçün format istehlakçılara 

maliyyə  məhsullarının  şərtlərini  tez  və  asanlıqla  anlamağa  imkan  verməlidir.  Sadə  maliyyə 

məhsulları  və  xidmətləri  üçün  standart  müqavilələr  (və  ya  ən  azı  müqavilələr  üçün  standart 

maddələr)  maliyyə  xidmətləri istehlakçılarının  müdafiəsinin təkmilləşdirilməsinə  kömək  edərdi. 

Standart  müqavilələr,o  cümlədən  Əsas  Faktlara  dair  Bəyənatların  formatı  da  peşəkar 

assosiasiyalarla məsləhətləşməklə maliyyə nəzarəti təşkilatları tərəfindən hazırlanmalıdır. 

 

Həmçinin,  nəzarət  orqanı  tərəfindən  maliyyə  təşkilatlarından  verdikləri  ictimai  elanlarda 



onların  nəzarət  orqanının  göstərilməsinin  tələb  edilməsi  məqsədəuyğun  olardı.  Bu  cür 

bəyanat  misal  üçün  aşağıdakı  formada  ola  bilər:  “XYZ  Bankına  Azərbaycan  Mərkəzi  Bankı 

nəzarət edir”. 

 

    



Xüsusi məlumatların açıqlanması 

 

 

Xüsusi risklər, həmçinin, istehlakçılara açıqlanmalıdır. İpoteka kreditləri və daşınmaz əmlakla 

(misal  üçün  şəxsi  ev  və  ya  mənzil  ilə)  təmin  edilən  bütün  digər  kreditlər  üçün  mütləq 

açıqlanmalıdır  ki,  kreditin  ödənilməməsi  halında  kreditor  əmlakı  müsadirə  edə  bilər.  Bundan 

əlavə, xarici valyutada (misal üçün, Yaponiya  yeni, İsveçrə frankı və hətta avro) ifadə olunmuş 

kreditlər üçün, mütləq açıqlanmalı əsas faktlara valyuta məzənnələrində dəyişikliklər nəticəsində 

daxili valyutaya çevrilməklə borcun ümumi dəyərinin arta bilməsi haqqında xəbərdarlıq daxil ola 

bilər.  


 

İnvestisiya  məhsulları  üçün  əlavə  xüsusi  açıqlama  tələb  oluna  bilər.  İnvestisiya  məhsulları 

üçün 


istehlakçı, 

həmçinin, 

hər 

məhsuldan 



alınan 

faiz 


komissiyası 

haqqında 

məlumatlandırılmalıdır.  Prospektləri  və  pay  investisiya  fondlarının  sadələşdirilmiş  prospektləri, 

xüsusilə daşınmaz əmlak fondlarının xalis aktiv dəyərinin hesablanması üçün açıqlama tələblərini 

ətraflı  qaydada  müəyyən  edən  təlimatlar  dərc  olunmalıdır.  Təlimatlarda,  həmçinin,  broker 

hesabları  və  kollektiv  investisiya  fondları  üçün  hesabların  açılması  ilə  bağlı  açıqlamalar 

standartlaşdırılmalıdır.  

 



Yüklə 451,87 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə