Azərbaycan Tibb Universiteti
Stomatologiya fakültəsi 717 A4 qrup tələbəsi Məmmədli Nərminin Terapevtik Stomatologiya fənnindən sərbəst işi.
MÖVZU: Kompozit plomb materialları
Kompozitlər- tərkibində bir neçə müxtəlifcinsli maddələri birləşdirən materiallardır. Kompozitlərin tərkibi 3 hissədən ibarət olur: - Üzvi polimer matrisa- plastikliyi, adgezivliyi, bioloji xassəni təyin edir.
- Qeyri-üzvi doldurucu- kompozitlərin bərkliyini artırır, sürtünməyə davamlılıq və estetik göstəriciləri yaxşılaşdırır.
- Silan qatı- kompozitləri daha hidrofob, estetik və möhkəm edir.
Üzvi polimer matrisanın əsasını bisfenol-qlisidil-meta-akrilat monomerləri (Bis-QMA) təşkil edir. Polimerləşmə ilə alınan zəncirlər qeyri-üzvi doldurucuların hissəciklərini əhatə edir. Üzvi matrisanın tərkibinə həm də polimerləşməyə həssas reagentlər, ingibitor, katalizatorlar daxildir. - Üzvi polimer matrisanın əsasını bisfenol-qlisidil-meta-akrilat monomerləri (Bis-QMA) təşkil edir. Polimerləşmə ilə alınan zəncirlər qeyri-üzvi doldurucuların hissəciklərini əhatə edir. Üzvi matrisanın tərkibinə həm də polimerləşməyə həssas reagentlər, ingibitor, katalizatorlar daxildir.
- Qeyri-üzvi doldurucu (dispers faza)- qismində kompozitlərin tərkibinə əridilmiş və ya kristallik kvars, alüminosilikat, borsilikat şüşə, silisium dioksidin müxtəlif modifikasiyaları və digər maddələr ola bilər. Hissəciklər nə qədər iri olarsa, material o qədər möhkəm olur.
- Silan qatı (rabitə yaradan, molekullararası faza)-silisiumla-üzvi birləşmələr olub, bipolyar rabitə yaradır. Polimerləşən zaman bir tərəfdən qeyri-üzvi doldurucu ilə, digər tərəfdən isə üzvi matrisa ilə kimyəvi rabitə yarada bilir.
Dostları ilə paylaş: |