Azərbaycan Texniki Universiteti Tələbə: Mehdiyev Nicat Fənn: Texnoloji komplekslərdə mexaniki emal texnologiyası Müəllim: Mirzəyev Asim



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
tarix08.04.2023
ölçüsü1,08 Mb.
#104719
mn1



Azərbaycan Texniki Universiteti
Tələbə: Mehdiyev Nicat
Fənn: Texnoloji komplekslərdə mexaniki emal texnologiyası
Müəllim: Mirzəyev Asim
Mövzu: Rəqəmli proqramla idarə olunan dəzgahlarda detalların
istehsal texnologiyası


RPİ
dəzgahlarında
pəstahların
mexaniki
emal
texnoloji
proseslərinin
layihələndirilməsində həll olunan kompleks məsələləri iki qrupa aid etmək olar.
I qrupa adi dəzgahlarda emal üçün həll olunan və II qrupa isə RPİ dəzgahlarının
xüsusiyyətləri ilə əlaqədar həll olunan məsələlər daxildir.


I qrupa aşağıdakı məsələlərin həlli daxil edilir: 
-
bazalaşdırma sxeminin və yerləşdirmə tərtibatının təyini; 
-
səthlərin emal ardıcıllığının müəyyən edilməsi; 
-
keçidlərin təyini; 
-
dəzgah modelinin və alətlərin tip və ölçülərinin seçilməsi
-
emal paylarının hesabı; 
-
vaxt normalarının hesabı. 


II qrup xüsusi məsələlərə aid edilir:
-
dayaq nöqtələrinin hesabı və kəsici alətin hərəkət trayektoriyasının qurulması;
-
hesablama-əməliyyat xəritəsinin tərtibi;
-
sazlama xəritəsinin tərtibi;
-
proqramlaşdırma və idarəetmə xəritələrinin tərtibi.


RPİ torna dəzgahlarında ən geniş yayılmış yerləşdirmə sxemi mərkəzlərdə və patronda
yerləşdirmə hesab edilir. Yüksək yerləşdirmə dəqiqliyi və dəyanətlilik təmin etmək üçün
RPİ dəzgahlarında dayaq səthi kifayət qədər böyük olmalıdır. Ən kiçik yerləşdirmə
uzunluğu normativlər əsasında məhdudlaşdırılır. RPİ torna dəzgahında texnoloq tərəfindən
həll edilən mürəkkəb məsələlərdən biri də kəsici alətin hərəkət trayektoriyasının
qurulmasıdır.


RPİ dəzgahlarının idarəetmə proqramına daxil edilən detallar konstuktor sxemləri
əsasında hazırlanmış detalların səthlərinin həndəsi ölçülərinə nəzərən seçilir. Əgər
detalların həndəsi modellərini texnoloji baza əsasında qurmaq mümkün olarsa, onda artıq
əvvəlcədən detalların konstruktor və texnoloji bazalarını eyniləşdirməklə yol veriləcək
xətaları aradan qaldırmaq olar.


RPİ dəzgahları robotlaşdırılmış kompleks üçün xarakterik olan iki həlqəvari strukturlar
əmələ gətirir. Dəzgahlara xidmət həlqəvari strukturların xarici tərəfindən aparıldığından
xətti təhlükəsiz edir. Pəstahların birinci xətt zonasından ikincisinə verilməsi, həmçinin
hazır hissələrin hərəkəti kiçik konveyerlərlə həyata keçirilir.


Maşınqayırma müəssisələrinin seriyalı istehsalda renovasiyası RPİ dəzgahlarından,
həmçinin çoxməqsədli dəzgahlardan, emal mərkəzlərindən və çevik istehsal modullarından
geniş istifadə edilməsini tələb edir. Yeni şəraitdə hissələrin hazırlanmasının
əməktutumunun təyin edilməsi üçün mövcud texnologiya ilə hissələrin hazırlanmasının
dəzgahtutumu haqqında məlumatlardan istifadə etmək lazım gəlir.


Məhsuldar avadanlıqlarda emal olunan hissələrin əməktutumunu korrektə etmək tələb
olunur. Bunun üçün mövcud texnologiya üzrə əməktutumunun cəmini əməliyyatların
yerinə yetirən avadanlıqlardan, məsələn: universal dəzgahlardan (torna, frezləmə,
pardaqlama və s.), avtomatlardan və yarımavtomatlardan, RPİ dəzgahlarından,
çoxmövqeli dəzgahlardan, çevik istehsal komplekslərindən asılı olaraq qəbul etmək
lazımdır.


RPİ torna dəzgahında texnoloq tərəfindən həll edilən mürəkkəb məsələlərdən biri də kəsici
alətin hərəkət trayektoriyasının qurulmasıdır. Ən böyük buraxılan kəsmə dərinliyi [t] emal
payından az olarsa emal payını keçidlər arasında səmərəli bölmək lazım gəlir. Bu halda
hərəkət trayektoriyasının optimal həlli lazım gəlir.


RPİ çoxməqsədli dəzgahlarında səmərəliliyin artırılması ehtiyatı şpindelin ümumi
fırlanma tezliyində pəstahın səthlərinin emalının rasional uyğunlaşdırılmasıdır. Amma
təcrübə göstərir ki, RPİ çoxməqsədli dəzgahlarının istismarı zamanı müxtəlif supportlarda
alətlərin yerləşdirilməsinə baxmayaraq ikialətli ikisupportlu emal əsas etibarı ilə
keçidlərin ardıcıl yerinə yetirilməsi ilə müşahidə olunur.


Aparılmış araşdırma göstərmişdir ki, müasir RPİ çoxməqsədli dəzgahların böyük
texnoloji imkanlarından real istifadə səviyyəsi emal dəqiqliyi üzrə 11-13 kvalitetləri
aşmır. Amma sazlama və texnoloji təchizatın, kəsmə rejimlərinin düzgün seçilməsi
nəticəsində dəqiqlik 6-9-cu kvalitetə qədər yüksəldilə bilər.


Kəsmə rejimlərinin təyin edilməsi minimum emal xərclərinin mövcud texniki
məhdudiyyət daxilində təmin olunması istiqamətində həll olunan kompleks texniki iqtisadi
məsələdir. Kəsmə rejimi elementlərinin təyin edilməsi metodikası adi dəzgahlarda olduğu
kimi yerinə yetirilir. Əsas fərq ondadır ki, RPİ dəzgahlarında texnoloji prosesin
stabilliyinin təmin olunması əsas və həlledici şərt kimi ödənilməlidir.


RPİ çoxməqsədli dəzgahlarında çoxalətli emalın tətbiqi ilə əlaqədar sazlamada eyni
zamanda işləyən alətlərin qarşılıqlı təsirini nəzərə almaqla texnoloji sistemin bəndlərinin
elastiki yerdəyişmələrinin modelləşdirilməsi əsasında verişlərin hesabi müəyyən edilməsi
metodikası yolu ilə çoxalətli emalın dəqiqliyinin və məhsuldarlığının yüksəldilməsi
məsələsi aktualdır və həm elmi, həm də praktik əhəmiyyətə malikdir.


DİQQ
Ə
TİNİZ ÜÇÜN T
Ə
Ş
Ə
KKÜRL
Ə
R!

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə