90
Mühazirə 29.
Nəqliyyat və ətraf mühit
NV-nin ətraf mühitə mənfi təsiri. Nəqliyyatın ekoloji problemləri.
Hazırda dünya ictimaiyyətini narahat edən, yer üzündə sülhü qoruyub saxlamaq qədər
zəruri olan problemlərdən biri də ətraf mühitin mühafizəsi məsələsidir. Bu problem inkişaf etmiş
sənaye ölkələri üçün silahların istehsalının azaldılması problemindən sonra bir nömrəli
problemdir. Bununla əlaqədar olaraq hələ 1971-ci ildə 23 ölkədən 2200 alimin bütün dünya
əhalisinə müraciətində göstərilmişdir ki, bəşəriyyəti ekoloji tarazlığın pozulması təhlükəsindən
qurtarmaq barədə ciddi düşünmək lazımdır.
Planetimizin atmosferi sənayenin sürətli inkişafı nəticəsində havaya buraxılan zəhərli
qazlar və tullantılar hesabına çirklənir. Bunun bir səbəbi müxtəlif istehsal sahələrində mütərəqqi
və optimal texnoloji proseslərin tətbiq edilməməsidirsə, digər səbəbi avtomobil nəqliyyatıdır.
Belə ki, avtomobil nəqliyyatının işinin nəticəsi olaraq ətraf mühit normadan dəfələrlə çox zəhərli
maddələrlə çirklənir. Kifayətdir desək ki, avtomobil nəqliyyatı işlənmiş qazların tərkibində
havaya bir ildə 300 mln tona yaxın ancaq dəm qazı buraxır.
Avtomobil parkının böyük sürətlə artması göstərilən rəqəmi daha da yüksəldir. Alimlərin
verdikləri proqnoza görə əsrimizin birinci kvartalında dünya avtomobil parkının sayı 1,4 mlyd
ədədə çatdırılacaqdır. Buna baxmayaraq göstərmək lazımdır ki, avtomobil ekologiya baxımından
sərfəli nəqliyyat növü deyil. Elmi proqnozlara görə hələ 40...50 il müddətində avtomobili həm
iqtisadi, həm də ekoloji cəhətdən əvəz edə biləcək nəqliyyat növünün yaradılması gözlənilmir.
Bu isə müasir dövrdə «avtomobil və ətraf mühit» probleminin təxirəsalınmaz bir vəzifə
olduğunu göstərir. Əhali sıxlığı yüksək olan şəhərlər üçün bu məsələnin həlli xüsusi əhəmiyyət
kəsb edir.
Hazırda bu istiqamətdə yerinə yetirilən elmi-tədqiqat işlərindən əsas məqsəd işlənmiş
qazların tərkibində ətraf mühitə buraxılan zəhərli komponentlərin miqdarının azaldılması
(minimuma endirilməsi) yollarını (üsullarını) öyrənməkdir.
Nəqliyyatın ətraf mühitə mənfi təsiri, onunla mübarizə tədbirləri
Müasir avtomobillərdə işlədilən daxili yanma mühərrikləri işlənmiş qazların tərkibində
ətraf mühitə böyük miqdarda zəhərli birləşmələr (dəm qazı - CO, azot oksidləri - NOx,
karbohidrogenlər - CH və s.) buraxır. Bu zərərli birləşmələrin nəinki təbiət, hətta cəmiyyət üçün
də böyük təhlükəsi var. Atmosferə atılan zəhərli maddələrin gündəlik miqdarı (mütləq qiyməti)
dövlət standartı ilə aşağıdakı hədlərdə normalaşdırılmışdır: CO - 1 mq./
3
m
, NOx - 0,085 mq/
3
m
, CH - 0,035 mq/
3
m
. Onkoloqların apardıqları elmi-tədqiqat işləri göstərir ki, xərçəng
xəstəliyinin yayılmasında avtomobil nəqliyyatı tərəfindən atmosferə buraxılan zəhərli
birləşmələrin rolu kifayət qədərdir /23, 32/.
İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarının çox olması ilk növbədə
mühərrikin konstruktiv xüsusiyyətləri, işlədilən istismar materiallarının keyfiyyəti, qida və
alışdırma sistemlərində nizamlama işlərinin vaxtında və keyfiyyətlə aparılmaması, yanma
prosesinin səlis getməməsi, mühərrikin texniki vəziyyəti və s. amillər ilə izah edilir. Bu
baxımdan ətraf mühitin qorunması üçün konstruktiv-texnoloji və istismar amilləri bir-birləri ilə
sıx əlaqədə öyrənilməlidir ki, bu da avtomobil sənayesi və nəqliyyatı işçiləri tərəfindən nəzərə
alınmalıdır.
Atmosferə
buraxılan işlənmiş qazların tərkibi daxili yanma mühərrikinin
konstruksiyasından asılı olaraq dəyişir. Zəhərli komponentlərin əsasını təşkil edən dəm qazı, azot
oksidləri və karbohidrogenlərin miqdarı benzin və dizel mühərrikləri üçün aşağıdakı qiymətlərə
qədər dəyişirlər (%-lə):
CO NOx CH
Benzin mühərrikləri üçün 8 0,8 2
Dizel mühərrikləri üçün 0,5 0,4 0,1
91
Bu göstərilən zəhərli maddələr insan orqanizminə daxil olaraq başgicəllənmə, qıcolma,
təngnəfəslik, ürək bulanma və s. bu kimi qeyri-normal hallar əmələ gətirir.
Avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirinin ikinci əlaməti onun işinin səslə
əlaqədar olmasıdır. Belə ki, avtomobil işlədikdə sakitliyi pozan (təsir edici dərəcədə) səs əmələ
gətirir. Səsin də sürəti 300 m/san. olduğu üçün ətrafı tez bürüyür. Səsin yayılma sürətini qrafiki
şəkildə sinusoid kimi təsəvvür etmək olar ki, onun da amplitudası səsin gücünü (səviyyəsini),
dalğanın uzunluğu isə onun yüksəkliyini (tonunu) göstərmiş olur. Bildiyimiz kimi səsin gücünün
ölçü vahidi desibeldir (dB - 1000 hers tezlikli səsin gücü). Təcrübə məqsədi ilə aparılan tədqiqat
işləri göstərir ki, istehsal sahəsində səsin gücü artdıqca orada işçinin qalma müddəti və buna
mütənasib olaraq işləmə qabiliyyəti azalır. Məsələn, səsin gücü 90 dB oları yerdə insan normal
olaraq 8 saat qala bilər. Səsin gücünün hər 5 dB artımında (90 dB-dən sonra) insanın həmin
sahədə qalma müddəti 2 dəfə qısalır /2, 16/. Bunları nəzərə alaraq səsin gücü normalaşdırılır.
Avtomobilin ətraf mühitə mənfi təsirinin üçüncü əlaməti onun işinin yol-nəqliyyat
hadisələrinin (qəzalarının) törəməsinə səbəb olmasıdır. Yol-nəqliyyat hadisələrinin analizi
göstərir ki, bütün ağır təsirli qəzaların 4...7%-i texniki cəhətdən saz olmayan avtomobillərin
üzərinə düşür.
Mübarizə tədbirləri. Avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirini azaltmaq üçün
müxtəlif səpgili (xarakterli) mübarizə tədbirləri aparılır. Bunların içərisində əsasən
ikiistiqamətdə aparılan mübarizə tədbirləri daha çox təşəkkül tapmışdır: hüquq baxımından və
elmi-texniki cəhətdən. Hüquq baxımından bu məsələni nizama salmaq üçün daxili yanma
mühərriklərinin atmosferə buraxdıqları zərərli birləşmələrin miqdarı dövlət tərəfindən
normalaşdırılmışdır.
Axırıncı standarta görə (1 yanvar 1997-ci ildən qüvvədədir) zəhərli maddələrin miqdarı
mühərrikin iki boş işləmə rejimində təyin edilir: a) dirsəkli valın minimum dövrlər sayında; b)
dirsəkli valın yüksəldilmiş fırlanma tezliyində. Yoxlamanın bu rejimlərdə aparılması onunla izah
olunur ki, zərərli maddələr ətraf mühitə ancaq bu dövrlər sayında daha çox atılır.
İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarını azaltmaq üçün böyük sayda
elmi-texniki araşdırmalar aparılır. Bu sahədə yerinə yetirilən bütün nəzəri və təcrübəvi işlər
əsasən üç istiqamətdə davam etdirilir:
1. Daxili yanma mühərriklərində işçi proseslərin təkmilləşdirilməsi.
2. İşlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarının azaldılması.
3. Yeni yanacaq növləri ilə (hidrogen, sintetik spirtlər, qazlar və s.) işləyəcək yeni konstruksiyalı
mühərriklərin işlənməsi (layihə edilməsi).
Benzin mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını kompleks şəkildə
qiymətləndirmək üçün sınaqların vahid metodika əsasında aparılması haqqında Avropa ölkələri
tərəfındən müvafıq qərar qəbul edilmişdir. Bu məqsədlə, avtomobilin real istismar
xüsusiyyətlərini maksimum dərəcədə özündə əks etdirən işçi tsiklləri tərtib edilmişdir.
Sınaqlar laboratoriya şəraitində qaçış barabanları olan stendlərdə boş işləmə, sürətlənmə, sabit
sürət və yavaşıma rejimlərində I, II və III pillələr üçün aparılır.
Dizel mühərriklərinə gəldikdə isə bunlarda tüstülənmə dərəcəsi iki rejimdə yoxlanılır:
a) sərbəst sürətlənmə və b) dirsəkli valın maksimum fırlanma tezliyində (boş gedişlərdə).
Tüstülənmə dərəcəsi birinci rejimdə 60%, ikinci rejimdə isə 15%-dən çox olmamalıdır /11, 21/.
İşləmə zamanı avtomobildə əmələ gələn səsin gücünü azaltmaq üçün əsasən texniki
tədbirlər görülür. Belə ki, daxili yanma mühərriklərinin və kuzovun konstruksiyaları
təkmilləşdirilir, yaşayış binalarının optimal layihə edilmə üsüllarından istifadə edilir və s.
Bunlarla yanaşı hüquq baxımından da məsələ müəyyən qədər nizama salınır. Belə ki, normadan
yüksək səs əmələ gətirən avtomobillərin istismarı qadağan olunur, yaşayış yerlərində müəyyən
saatlardan sonra hərəkət tərkibinin işlədilməsinə yol verilmir, səs siqnalının istifadə edilməsi
məhdudlaşdırılır və s.
Avtomobil nəqliyyatı tərəfindən yaranan səsin gücünü məhdudlaşdırmaq üçün (sanitar
normalarına müvafiq) Dövlət standartı (QOST 12.1.003 - 74) işlənilib hazırlanmışdır. Bu