Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   9   10   11   12   13   14   15   16   ...   129

34 
 
"Mövcudatın mərtəbələri" adlı növbəti fəlsəfi əsərində Bəhmənyar dünya, 
onun  qanunlarını,  yaranma  və  inkişafetmə  səbəblərini  araşdırmış,  insanın  bu 
dünyada  tutduğu  yeri  və  oynadığı  rolu  nəzərdən  keçirmişdir.  O,  idrakda  hiss  və 
rasional məqamların əlaqəsini vermişdir. Bəhmənyarın "Təhsil kitabı" adlı əsəri də 
əhatəliliyinə, məzmun dərinliyinə görə onun yaradıcılığında xüsusi yer tutur. 
Bəhmənyar  fəlsəfi  əsərlərində  bildirir  ki,  hər  şeyin  əsasını  on  ümumi 
mənada  varlıq  təşkil  edir.  Varlıq,  onun  fikrincə,  iki  formada  olur:  vacib  varlıq  və 
mümkün  varlıq.  Vacib  varlıq  zəruridir,  mütləq  mövcuddur,  səbəbsizdir,  heç  kim 
tərəfindən  yaradılmayıb,  əbədidir,  mümkün  varlığı  yaradandır.  Mümkün  varlıq 
qeyri-mövcud  və  mövcud  fərz  ediləndir,  onun  varlığı  və  yoxluğu  birsəbəblidir, 
daha  doğrusu,  o,  nəticədir.  Bəhmənyar  yazırdı  ki,  Allah  məxluqatdan  zamanca 
qabaqdır.  Onun  fikrincə,  nəticənin  dərk  olunması  ilk  səbəbin  dərk  olunmasına 
aparıb  çıxarır.  Bəhmənyarın  bu  fikirləri  müsəlman  alimləri  tərəfindən  müsbət 
qarşılansa  da,  mütəkəllimlər  (ortodoksal  filosoflar)  onun  "səbəbin  varlığından 
nəticənin  varlığının  hasili  vacibdir",  habelə  "ilk  səbəb  zaman  etibarilə  nəticəyə 
bərabərdir" fikirlərini qəbul etmirdilər. 
Bəhmənyarın  etik  baxışları  toplandığı  "Gözəllik  və  səadət  kitabı", 
həmçinin bir çox təzkirələri də bizə qədər gəlib çatmışdır. "Musiqi kitabı" adlı əsəri 
etik-fəlsəfi xarakter daşıyır. Bəhmənyarın hal-hazırda Sankt-Peterburq və Daşkənd 
arxivlərində  saxlanılan  İbn  Sina  ilə  fəlsəfi  yazışması  onun  bir  filosof  kimi  necə 
püxtələşməsini, kamilləşməsini öyrənməyə imkan verir. 
Maraqlıdır  ki,  hələ  sağlığında  Bəhmənyarın  əsərləri  Şərq  filosofları 
tərəfindən  dərindən  öyrənilmiş,  onlar  üzü  köçürülərək  çoxaldılmışdır.  Avropa 
Bəhmənyarın əsərləri ilə XIX əsrdə tanış olmuş və onların bir qismi Almaniyanın 
Leypsiq şəhərində çap edilmişdir. Onun XX əsrdə də aktuallığını itirməyən fəlsəfi 
əsərləri Tehranda və Qahirədə nəşr olunmuşdur. 
Şərqin görkəmli alim və  mütəfəkkirləri Əbül  Abbas  Ləvkəri,  Əfzələddin 
Xünəci, Nəsirəddin Tusi, Siracəddin Urməvi fəlsəfə elmində özlərini Bəhmənyarın 
davamçıları hesab etmişlər. 
İbn Sinanın şagirdi və davamçısı, Azərbaycan filosofu Bəhmənyarın orta 
əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında böyük rolu olmuşdur. 
Bəhmənyar  ibn  Mərzban  1066-cı  ildə  Cənubi  Azərbaycanda  vəfat 
etmişdir. 
 
 
 
 
 
 


35 
 
Ərəb 
xilafətinin 
süqutu 
nəticəsində  Azərbaycanda    başlayan  
siyasi  dirçəliş  elm  və  mədəniyyətin 
inkişafında  da  özünü  büruzə  verdi. Bu 
dövrdə  Azərbaycan  “Müsəlman  İntibahı” 
adlanan  mühüm  mərkəzlərindən biri idi.  
Azərbaycan  intibah  mədəniyyətinin    ilk 
böyük  şairlərindən  biri,  Şərqdə  tanınan  
ilk Azərbaycan şairi Qətran  Təbrizi idi. 
Azərbaycan  tarixinə  Qətran    Təbrizi  
dövrün  hadisələrini  əsərlərində  tərənnüm  
edən  istedadlı  şir,  ilk  izahlı  lüğət  tərtib 
etmiş  filoloq  alim  və  mütəfəkkir    kimi 
daxil olmuşdur.
 
Qətran Təbrizi 
(1012-1080) 
Ərəb xilafətinin süqutu nəticəsində Azərbaycanda başlayan siyasi dirçəliş, 
müstəqil dövlətlərin  meydana gəlməsi elm  və  mədəniyyətin inkişafında  da  özünü 
büruzə verdi. Bəhs edilən dövrdə Azərbaycan "Müsəlman intibahı" adlanan məşhur 
mədəni oyanışın ən mühüm mərkəzlərindən biri idi. Bəhmənyar ibn Mərzban kimi 
filosof,  Xətib  Təbrizi  kimi  filosof  və  ədəbiyyatşünas,  Eynəlqüzzat  Miyanəçi  kimi 
şair və filosof, Əbu Miyaz Əbdai Xoylu kimi həkim, Əbu Bəkr Məhəmməd Şirvani 
və Fazil Fəriddin Şirvani kimi astronom, Yusif ibn Tahir Xoylu və Ömər Gəncəyi 
kimi ədəbiyyatşünas, Nizaməddin Əbül-üla Gəncəvi, Fələki Şirvani, Əmir İzzəddin 
Şirvani, Mücirəddin Beyləqani, Qivami Gəncəvi kimi şair, Məhsəti Gəncəvi kimi 
şairə  yetişdirən  Azərbaycan  mədəni  mühiti  sonda  "Müsəlman  İntibahı"na  Xaqani 
Şirvani və Nizami Gəncəvi kimi dahilər bəxş etdi. 
Qətran  Təbrizi  (Əbu  Mansur  Qətran  Cili  Təbrizi  Azərbaycani)  1012-cı 
ildə  Təbriz  yaxınlığında  Şadiabad  adlanan  xırda  şəhərcikdə  anadan  olmuşdur. 
Həmin  şəhərcikdə  məktəbi  bitirən  Qətran  sonradan  Təbrizə  köçmüş  və  burada 
mədrəsədə  təhsilini  davam  etdirmişdir.  Artıq  mədrəsədə  oxuyarkən  o,  ilk 
qəsidələrini yazmışdır. 
O  dövrdə  Azərbaycanda  feodal  pərakəndəliyi  hökm  sürürdü.  Burada  bir 
neçə  müstəqil  dövlət  vardı.  Cənubi  Azərbaycan  paytaxtı  Təbriz  şəhəri  olan 
Rəvvadilər  dövlətinin  tərkibində  idi.  1028-ci  ildə  Orta  Asiya  ərazisindən 
Azərbaycana  oğuz  türk  tayfaları  gəlir.  Rəvvadilər  dövlətinin  hökmdarı  Əbu 
Mənsur  Vəhsudan  onların  azərbaycanlılarla  qohum  olmasını  nəzərə  alaraq  bu 


36 
 
oğuzlara  dövlətin  ərazilərində  məskunlaşmağa  icazə  verir,  sonra  isə  onları  öz 
ordusuna  yazır.  Azərbaycanı  ikinci  vətənləri kimi qəbul edən oğuzlar canla-başla 
Bizansa  qarşı vuruşurlar. Mədrəsədə  təhsilini bitirdikdən sonra  şairlik istedadı ilə 
seçilən  Qətran  Təbrizi  Gəncəyə  köçür.  Bu  dövrdə  Gəncə  Azərbaycan  Şəddadilər 
dövlətinin paytaxtı idi. Əsasən Şimali Azərbaycanın qərb ərazilərində yerləşən bu 
dövlət  cənub-qərbdən  Bizansın,  qərbdən  isə  onun  müttəfiqi  olan  gürcü 
feodallarının təcavüzü ilə üzləşmişdi. Tiflis müsəlman əmirliyini (bu dövlət VIII - 
XII əsrlərdə mövcud olmuş, ərəbmənşəli Cəfərilər sülaləsi tərəfindən idarə olunsa 
da, əhalinin əksəriyyətini türklər təşkil edirdi) daim dəstəkləyən Şəddadilər dövləti 
hərbi  baxımdan  güclü  dövlət  olmuş,  lazım  gəldikdə  Rəvvadilərə  də  köməklik 
göstərmişdir.  Məhz  bu  dövlətin  qoşunları  Azərbaycanın  digər  feodal  dövləti  - 
Şirvanşahlar  dövlətinə  şimaldan  edilən  təcavüzlərə  qarşı  mübarizə  aparmağa 
köməklik edirdi. 
Güclü  istehkamlarla  qorunan  Gəncə  müsəlman  dünyasının  Şərq 
hüdudlarının  mədəni  mərkəzi  sayılırdı.  Burada  məktəblər,  mədrəsələr,  şəxsi  və 
şəhər kitabxanaları, rəsədxana, tibb ocaqları, çoxsaylı sənətkarlıq emalatxanaları və 
tacir dükanları fəaliyyət göstərirdi. 
Gəncədə  dərs  deməyə  başlayan  Qətran  Təbrizinin  şairlik  istedadı 
barəsində  söhbətlər  Şəddadilər  dövlətinin  başçısı  Əbdül  Həsən  Ləşkəriyə  çatanda 
o, şairi çağırtdırıb dinləmiş və onu sarayına dəvət etmişdir. Lirik şeirlərində insana 
məhəbbət, təbiətə vurğunluğu tərənnüm edən şair bu təklifi qəbul etmişdir. 
Həmin vaxtdan etibarən saray şairi Qətran Təbrizinin əksər şeirləri siyasi 
və  hərbi-siyasi  hadisələrin  tərənnümünə,  dövlət  başçısı  və  onun  köməkçilərinin 
vəsfinə  həsr  olunmuşdur.  Maraqlıdır  ki,  bizim  günlərdə  onun  bu  şeirləri  mühüm 
tarixi  mənbə  kimi  tədqiqatçılar  tərəfindən  qiymətləndirilir.  Belə  ki,  şair  1036  - 
I037-ci  illərdə  Əbu  Mənsur  Vəhsudanın  Gəncəyə  səfərini  təsvir  edir,  onun  Əbdül 
Həsən  Ləşkəri  ilə  apardıqları  danışıqlardan  xəbər  verir.  Həmçinin  onun  oğuzların 
Azərbaycana  gəlişi,  onların  yerli  əhali  ilə  qayrıayıb-qarışması  haqqında  verdiyi 
məlumatları  maraq  doğurur.  Məlumdur  ki,  oğuzların  bir  qismi  Şəddadilər  dövləti 
ərazisinə köçdükdə burada yaxşı qarşılanmış və Gəncə ətrafında məskunlaşmışlar. 
Hökmdar onları Şəddadi qoşunlarına daxil etmişdir. 1037 və 1038-ci illərdə Bizans 
və  gürcü  qoşunlarının  Şəddadilər  dövlətinə  hücumlarının  dəf  edilməsində, 
düşmənlərin məğlubiyyətə uğradılmasında oğuzların böyük rolu olmuşdur. 
Qətran  Təbrizinin  ən  məşhur  əsərləri  "Qövsnamə",  "Quşnamə",  "Vamiq 
və Əzra" və "Divan"dır ki, o da əsasən qəsidələr toplusundan ibarətdir. 
Şairin qəsidələrindəki məlumatlar çox vaxt obyektiv xarakter daşıdığından 
bir çox feodallar ona qarşı çıxır, onu hökmdarın gözündən salmağa çalışırdılar. Bu 
dövrdə ona qarşı olan kəskin münasibət şairin şeirlərində öz əksini tapmışdır. 
Şair həqiqəti yazmaq əvəzinə məddahlıqla məşğul olmağı qəbul etmirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə