Azərbaycan ssr elmlər akademiyasi tariX İnstitutu şAHİn fəRZƏLİyev


“Əhsənüt-təvarix”in ilk məxəzləri və ondan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/46
tarix14.10.2017
ölçüsü2,8 Kb.
#4596
1   ...   5   6   7   8   9   10   11   12   ...   46

19 
 
“Əhsənüt-təvarix”in ilk məxəzləri və ondan 
            istifadə edən orta əsr tarixçiləri 
 
Tariximizin  iki  əsr  hadisələrini  əhatə  edən  ―Əhsənüt-təvarix‖  əsərinin 
yazılışı  zamanı  Həsən  bəy  Rumlu  onlarca  tarixi  mənbədən  faydalanmışdır. 
Tədqiqatçılardan  Ç.N.  Seddon,  F.  Sümer  və  Ə.  Nəvayi  vaxtilə  Həsən  bəy 
Rumlunun müraciət etdiyi bəzi tarixi mənbələrin adını qeyd etmişlər [120, 309 – 
311; 56, XIII; 66, 24]. Ç.N. Seddon fikrinin sübutu üçün salnamədən götürdüyü bir 
parçanı  ―Həbibüs-siyər‖  və  ―Həşt  behişt‖  əsərlərindəki  müvafiq  cümlələrlə 
müqayisə etmişdir [120, 309 - 310]. 
Əsərini  yazarkən  Həsən  bəy  Rumlunun  istifadə  etdiyi  məxəzlər  özünün 
qeyd  etdiyinə  görə  bunlardır:  ―Tarix-i  torki-yi  rumi‖  yaxud  ―Tarix-i  torki‖, 
―Mətləüs-sədeyn  və  məcməül-bəhreyn‖,  ―Rövzətüs-səfa‖,  ―Tarix-i  Dövlətşahi‖, 
―Tarix-i Həsən padşah‖, ―Həbibüs-siyər‖, ―Tarix-i aləmara‖. 
Salnamədə  yeri  gəldikcə  adı  çəkilən  bu  mənbələrdən  Həsən  bəy 
Rumlunun necə faydalandığına diqqət yetirək: 
1.
 
―Tarix-i  torkiyi  rumi‖  yaxud  ―Tarix-i  torki‖.  Həsən  bəy  Rumlu 
tərəfindən  belə  adlandırılan  mənbəyə  ―Əhsənüt-təvarix‖  əsərində  yalnız  türk 
sultanları ilə əlaqədar hadisələrin izahı zamanı müraciət edilir. Müəllif cəlayirilər 
dövlətinin  4-cü  hökmdarı  olan  Sultan  Əhmədin  (hakimiyyət  illəri:  1382  –  1410) 
öldürülməsi ilə əlaqədar onun tərcümeyi-halını şərh edir və Teymurun (hakimiyyət 
illəri:  1370-  1405)  təqibindən  qaçıb  sultan  Bəyazidə  (hakimiyyət  illəri:  1389  – 
1402)  sığınan  cəlayiri  şahının  bəzi  xüsusiyyətlərinin  təsvirində  bu  əsərə 
əsaslanmışdır  [66,  74].  II  sultan  Məhəmmədin  (hakimiyyət  illəri:  1444  –  1481) 
fəthlərindən  danışarkən  də  ―Tarix-i  torki-yi  rumi‖  ―Əhsənüt-təvarix‖in  əsas 
mənbəyi olmuşdur [66, 320]. 
Türk  sultanları  ilə  bilavasitə  əlaqəsi  olan  məsələlərin  birində  Həsən  bəy 
Rumlu  yenidən, əsaslandığı mənbənin  ―Tarix-i  torki‖  olduğunu  bildirir  [66,  542]. 
877 (1472/73)-ci il ağqoyunlu-osmanlı müharibəsi zamanı Uzun Həsənin II Sultan 
Məhəmməd tərəfindən məğlub edilməsi səbəblərindən biri məhz ―Tarix-i torki‖-yə 
əsasən izah edilmişdir [66, 542]. 
Ehtimal  ki,  yuxarıda  adları  çəkilən  ―Tarix-i  torki-yi  rumi‖  və  ―Tarix-i 
torki‖ eyni əsərlər olmuş və ―Əhsənüt-təvarix‖də iki ad altında getmişdir. Bunu da 
qeyd  etmək  lazımdır  ki,  Ç.N.  Seddon  və  Ə.  Nəvayi  türklərlə  əlaqədar hadisələrin 
təsviri  zamanı  Həsən  bəy  Rumlunun  müraciət  etdiyi  mənbənin  ―Həşt  behişt‖ 
olduğunu  göstərmişlər  [120.  310;  65,  31].  Fikrimizcə,  ―Tarix-i  torki‖  və  ―Tarix-i 
torki-yi rumi‖ Həkiməddin İdris ibn Hüsaməddin Məhəmməd Əli Bidlisinin ―Həşt 
behişt‖  əsəridir.  SSRİ,  Türkiyə,  İran  və  başqa  ölkələrdə  həmin  əsərin  onlarca 
əlyazma  nüsxəsi  mövcuddur.  Osmanlı  sultanlarının  həyat  və  fəaliyyətindən  bəhs 
edən  ―Həşt  behişt‖  kitabı  908  (1502/03)  –  ci  ildə  tamamlanmışdır  [43,  1257  - 
1260]. 


20 
 
Göstərməliyik  ki,  Həsən  bəy  Rumlu  ―Həşt  behişt‖-dən  istifadə  edərkən, 
oradan  əxz  etdiyi  hadisələrin  təsvirini  yığcam  verməyə  çalışmışdır.  Sübut  üçün 
aşağıdakı iki parçanın müqayisəsi kifayətdir: 
―Əhsənüt-təvarix‖ : ―Nədimi ona dedi: Biz ki, rum padşahının ölüsündən 
(qorxub) belə qaçırıq, əgər onun özü gəlsəydi, vəziyyətimiz necə olacaqdı?‖ 
―Həşt  behişt‖  :  ―Belə  nəql  edilir  ki,  zarafat  etmək  və  lətifə  danışmaqda 
cəsarətli  olan  onun  bir  nədimi  Bursadan  sürətlə  geri  qayıdan  vaxt  yolüstü 
Məhəmməd  bəyə  demişdir:  ―Ey  şücaətli  şəhriyar,  sən  ki  al-e  osmanın  bir 
ölüsündən belə qaçırsan, əgər həmin xanədanın diri bir üzvü gəlsəydi neylərdin?‖
7
 
2.
 
―Mətləüs-sədeyn 
və 
məcməül-bəhreyn‖. 
Qaraqoyunlu, 
Ağqoyunlu  və  Xorasan dövlətlərinin  siyasi  tarixinin  əks  etdirilməsində  bu  əsərin 
Həsən  bəy  Rumluya  müəyyən  köməyi  olmuşdur.  Şirvanşah  I  İbrahimin  Təbrizə 
girməyi  (808/1406-may  ayı),  onun  şəhəri  tərk  etməyi  (həmin  ilin  iyun  ayı),  Qara 
Yusifin Təbrizi ələ keçirməyi (yenə də həmin ilin iyunu), onun teymuri Əbubəkrlə 
döyüşü  (809/1406/07),  Sultan  Əhməd  Cəlayirinin  öldürlməsi  (813/1410), 
qaraqoyunlu Cahanşahın siyasi fəaliyyəti, onun öz oğlanları Pirbudaq və Həsənəli 
ilə düşmənçiliyi, Sultan Əbu Səid (hakimiyyət illəri: 1451 – 1468) və Uzun Həsən 
arasındakı  döyüş  (872/1468)  hadisələri  hər  iki  əsərdə  təxminən  eyni  cür  təsvir 
edilmişdir;  lakin  ―Əhsənüt-təvarix‖də  faktlar  daha  boldur.  Deməli,  Həsən  bəy 
Rumlu  bu  hadisələrin  təsviri  vaxtı  başqa  mənbələrdən  də  faydalanmış  və  yalnız 
Əbdürrəzzaq  Səmərqəndinin  qeydləri  ilə  kifayətlənməmişdir.  Fikrimizin  sübutu 
üçün göstərməliyik ki, ―Mətləüs-sədeyn...‖ əsərində Qara Yusif və Sultan Əhməd 
Cəlayiri arasında 813, (1410)-cü ildə baş verən müharibə çox qısa təsvir edilmişdir. 
Cahanşahı  Qara  Yusifin  böyük  oğlu  kimi  göstərən  Əbdürrəzzaq  Səmərqəndinin 
məlumatı  [80,  269a]  Həsən  bəy  Rumlu  və  başqa  müəlliflər  tərəfindən  təkzib 
olunmuşdur  [64,  245b;  98,  119a;  30,  32].  Əksər  mənbədə  Qara  Yusifin  böyük 
oğlunun  Pirbudaq  olduğu  göstərilməsi  Əbdürrəzzaq  Səmərqəndinin  bu  səhvini 
aşkara  çıxarır.  873  (1468/69)cü  ildə  Uzun  Həsənin əsir aldığı  Sultan  Əbu  Səidin 
məhz  Şirvan  qazisinin  təhriki  ilə  öldürülməsi  barədə  olan  məlum  fakt  ―Mətləüs-
sədeyn...‖də  yoxdur  [80,  322a],  lakin  Həsən  bəy  Rumlu  bu  məsələnin  qabarıq 
şəkildə nəzərə çatdırır [64, 163a]. 
Bunlara  baxmayaraq,  ―Mətləüs-sədeyn...‖in  bizim  müəllifə  böyük  təsiri 
olduğundan o, bəzən həmin əsərdən götürdüyü məlumatları ya eyni ilə, yaxud da 
cüzi dəyişikliklə öz salnaməsində vermişdir. Məsələn: 
―Əhsənüt-təvarix‖  :  [64,  164a]  ―O  vaxt  Şirvan  padşahı  Fərruz  Yasar, 
rəcəbin 4-də düşmənçiliyə başlayıb, gəmiləri öz tərəfinə çəkdi və cığatay qoşunun 
böyük bir dəstəsini qarət etdi‖ 
―Mətləüs-sədeyn...‖  :  ―Bu  vaxt,  rəcəbin  4-də  şirvanşah  düşmən  oldu  və 
gəmiləri o biri tərəfə çəkib, həmin qalib qoşunun çoxlu adamını qarət etdi‖. 
                                                             
7
 Misal Ç.N. Seddonun məqaləsindən götürülmüşdür [Bax: 120]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə