Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitəsinin iclasının protokolu



Yüklə 254,18 Kb.
səhifə5/7
tarix08.12.2017
ölçüsü254,18 Kb.
#14637
növüQaydalar
1   2   3   4   5   6   7

1. ÜMUMI MÜDDƏALAR



1.1.Bu “Daxili intizam qaydaları” (bundan sonra “Qaydalar” adlanacaq) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təşkil olunmuş və fəaliyyət göstərən və Azərbaycan Respublikası, Bakı şəhəri, Qədirli küçəsi 5/44, AZ 1065 hüquqi ünvanında yerləşən “Azərbaycan Skautlar Assosiasiyası” İctimai Birliyin (bundan sonra “İşəgötürən”) daxili normativ sənədidir və İşçilərin (bundan sonra ayrı ayrılıqda və ya birlikdə müvafiq olaraq “İşçi” və ya “İşçilər” adlanacaq) işə qəbul edilməsi və işdən azad edilməsi qaydalarını habelə əmək müqaviləsi üzrə tərəflərin əsas hüquqlarını, öhdəliklərini və məsuliyyətini, iş rejimini, istirahət vaxtını, İşçilərə tətbiq olunan həvəsləndirmə və tənbeh tədbirlərini, həmçinin təşkilatda əmək münasibətlərinə aid digər məsələləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra “Əmək Məcəlləsi”) və digər qanunvericilik aktlarına uyğun olaraq tənzimləyir.
1.2. Bu qaydalarla bağlı yaranan hər hansı suallar İşəgötürənin rəhbərliyi ilə ona verilmiş səlahiyyətlər çərçivəsində həll olunur. Qaydalarda öz əksini tapmayan hər hansı suallar Azərbaycan Respublikasının (bundan sonra “AR”) əmək qanunvericiliyinə müvafiq olaraq həll olunacaqdır.

1.3. İşçi bu qaydalarla (İşəgötürənin digər prosedur və qaydaları daxil olmaqla) ilk dəfə tanış olduqdan sonra bu faktı təsdiq etmək üçün Qaydalarla tanışlığa dair qeydiyyat kitabşasına imza edir.

1.4. İşəgötürən Qaydaların yeni versiyaları ilə İşçini tanış edir. İşçi qaydaların yeni versiyaları ilə tanış olmaq öhdəliyini daşıyır.

1.5. İşçilər hazırkı Qaydalara ciddi şəkildə əməl etməlidirlər.

2. İŞƏ QƏBUL QAYDALARI


2.1.İşçilərin işə qəbulu müsabiqə əsasında aparılır.
2.2.İşə qəbul etmə zamanı İşçi aşağıdakı sənədləri İşə götürənə təqdim etməlidir:

2.2.1.Pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd;
2.2.2. Əmək kitabşası;
2.2.3 Dövlət Sosial Sığorta Şəhadətnaməsi;
2.2.4 Xüsusi bilik və bacarıqlar tələb edən işi qəbul edərkən müvafiq biliyi, təcrübəni təsdiq edən təhsil və ya ixtisaslaşma şəhadətnaməsi və ya hər hansı digər sənəd.
2.3. İşçinin ilk iş yeri olduqda isə İşçiyə əmək kitabçası açılır və Dövlət Sosial Sığorta Şəhadətnaməsi hazırlanır.

2.4. İşə qəbul etmə zamanı İşə götürən namizədin biliklərini təqdim olunan sənədlərin təhlili, müsahibə, müxtəlif testlər, əvvəlki işəgötürənlərdən tövsiyyə məktubları, sınaq müddəti və s. əsasında yoxlamaq hüququna malikdir.
2.5. Əmək müqaviləsi bağlanarkən hər bir işçi üçün Əmək Məcəlləsinin 52-ci maddəsində sadalanan hallar istisna olmaqla sınaq müddəti müəyyən olunmalıdır.


    1. Sınaq müddəti üç ay müəyyən olunur.



2.7.İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
2.8.Sınaq müddəti ərzində/başa çatdıqda İşçinin göstərdiyi nəticələr İşə götürən tərəfindən qiymətləndirilir.

2.9. Əgər sınaq müddəti bitərsə və İşçi işləməyi davam etdirərsə İşçi sınaq müddətini keçmiş hesab edilir və daha sonra əmək müqaviləsinə AR-ın qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq yalnız ümumi şərtlər əsasında xitam verilə bilər.


3.ƏMƏK MÜQAVİLƏSININ BAĞLANMASI VƏ XITAM VERİLMƏSİ

3.1. İşçi Əmək müqaviləsinə uyğun olaraq qeyri-müəyyən müddətə eləcə də qanunvericilikdə müəyyən edilən hallarda qeyd olunan müddətə işə qəbul edilir.
3.2. Əmək Müqaviləsi yazılı şəkildə, hər tərəfə (İşə götürən və İşçi) bir nüsxə olmaqla, iki nüsxədə tərtib olunur. Hər iki nüsxə İşçi və İşə götürən tərəfindən imzalanmalıdır.
3.3. Əmək müqaviləsi, əgər müqavilədə digər hallar müəyyən edilməyibsə İşəgötürən və İşçi tərəfindən imzalandığı tarixdən qüvvəyə minir.
3.4. İşçi Əmək müqaviləsində müəyyən edilən tarixdən işə başlamalıdır.
3.5. Əgər Əmək müqaviləsində işə başlanma tarixi müəyyənləşdirilməyibsə, İşçi müqavilənin qüvvəyə mindiyi gündən sonrakı tarixdə işə başlamalıdır.

3.6. Əgər İşçi Əmək müqaviləsində müəyyən edilən tarixdən sonra 1 (bir) həftə ərzində üzrlü səbəb olmadan işə başlamazsa, bu halda əmək müqaviləsi qüvvədən düşür.
3.7. Əmək Məcəlləsinə İşə götürənin və ya İşçinin istəyi ilə və ya Əmək müqaviləsində müəyyən edilən hər hansı digər hallarda xitam verilə bilər.



4.İŞÇİLƏRİN HÜQUQLARI



4.1 İşçi həmçinin aşağıdakı hüquqlara malikdir:
4.1.1. Əmək Məcəlləsində müəyyənləşdirilmiş prosedurlara və şərtlərə uyğun olaraq müqavilənin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi;
4.1.2. Əmək müqaviləsində qeyd olunan iş ilə təmin edilmək;
4.1.3. Vaxtaşırı və tam həcmdə əmək haqqının ödənilməsi;
4.1.4. Qanunvericiliklə qadağan edilməyən bütün üsulları istifadə etməklə əmək hüququnun, azadlığının, qanunu maraqlarının müdafiəsi.




5.İŞÇİLƏRİN ÖHDƏLİKLƏRİ



5.1. İşçi həmçinin aşağıdakı öhdəliklərə malikdir:
5.1.1.Əmək öhdəliklərini vicdanla yerinə yetirmək;
5.1.2. Bu qaydalara, habelə İşəgötürənin digər prosedur və qaydalarına əməl etmək;
5.1.3. Əmək intizamına riayət etmək;
5.1.4.Kommersiya sirrini və İşəgötürənin digər məxfi məlumatını açıqlamamaq;
5.1.5. İşəgötürənin işçilərlə bağlı “Müstəqillik Siyasəti”nə əməl etmək və bütün aidiyyatı Prosedurları, o cümlədən, “Müstəqillik siyasəti” ilə tanışlıq üzrə təlim və testləri, Müstəqillik bəyannamələrinin illik prosedurunu və Müstəqilliyin Qlobal Monitorinqi Sisteminə qeydiyyatı yerinə yetirmək, həmçinin


  • İşə başladıqda və daha sonra İşəgötürənin qaydalarına uyğun olaraq vaxtaşırı lazımi müstəqil elektron təlim proramında iştirak etmək və keçmək;




  • İşəgötürənin müstəqillik qaydaları ilə bağlı illik bəyannaməni Müstəqillik Direktoruna təqdim etmək;




  • Tələb olunduqda, (hal-hazırda menecerlər və daha yuxarı səviyyə) bütün maliyyə maraqlarını İşəgötürənin Qlobal Monitorinq sistemində qeydiyyata almaq və bu informasiyanı təkmil və əhatəli formada saxlamaq.


5.1.6. Vaxtaşırı İşəgötürənin yoxlama və testinq prosesini keçmək və İşəgötürənin yoxlama və testinq prosedurları aparmaq səlahiyyətinə malik olan işçiləri ilə əməkdaşlıq etmək.

5.1.7. İşə götürənin və digər İşçilərin əmlakını qoruyub saxlamaq;
5.1.8. İş günü ərzində işlə bağlı öhdəlikləri yerinə yetirmək və işin nəticələrini müəyyənləşdirilmiş vaxtda təhvil vermək.
5.1.9. İnsanların həyatına və səhhətinə təhlükə törədən halın yaranması, İşə götürənin əmlakının saxlanılması haqqında dərhal İşəgötürənə məlumat vermək.
6.İŞƏGÖTÜRƏNIN HÜQUQLARI
6.1.İşəgötürən həmçinin aşağıdakı hüquqlara malikdir:
6.1.1. Əmək Məcəlləsində və digər qanunverici aktlarda müəyyənləşdirilmiş prosedurlara və şərtlərə uyğun olaraq İşçilərlə fərdi əmək müqavilələri bağlamaq, dəyişikliklər etmək və xitam vermək;
6.1.2. İşçilərdən əmək öhdəliklərini yerinə yetirməyi və İşə götürənin və digər İşçilərin əmlakını qoruyub saxlamağı, bu qaydalara əməl etməyi tələb etmək;

6.1.3. İşçiləri effektiv əmək fəaliyyətinə görə mükafatlandırmaq;


Yüklə 254,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə