Azərbaycan Resublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad universitetinin nəznində Qida Sənayesi kolleci



Yüklə 101,4 Kb.
səhifə2/7
tarix02.05.2022
ölçüsü101,4 Kb.
#86376
1   2   3   4   5   6   7
Nitq mədəniyyəti Sərbəst iş

    Bu səhifədəki naviqasiya:
  • Əlifba
Fonetika

Fonetika — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsidir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar və burun boşluğu. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]

Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.

Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.


Əlifba


Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır.  Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir. İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb, kiril və latın əlifbalarıdır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin, hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.

«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k' (k'yöok') Bəzən tələffüzdə [q] səsi [k'] səsinə çevrilir: [dok'quz]. Bəzən isə [k] səsi [x'] səsini yaradır: (ələx')




Yüklə 101,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə