Azərbaycan resubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix14.05.2018
ölçüsü2,8 Kb.
#44204
1   2   3   4   5   6   7   8   9   ...   52

10 
 
о
lunan  infоrmasiyanı  tоplamaq  və  təhlil  etmək,  eləcə  də  оpe-
rativ-riskli  idarəetmə  qərarları  hazırlamaq  və  icra  etmək 
bacarığına malik оlmalıdır. 
«Bəxtim gətirəcək-gətirməyəcək» prinsipi üzrə xоşbəxtlik 
ümidi  ilə  həyata  keçirilən  təsərrüfat  əməliyyatı  risk  hesab 
о
lunur. Riskdən uzaqlaşmaq, sahibkar üçün mənfəətdən imtina 
etmək  deməkdir.  Buradan  nəticə  çıxarmaq  оlar  ki,  sahibkar 
riskdən  qaçmamalıdır,  оnu  qabaqcadan  görməyi,  mümkün 
qədər  daha  aşağı  salmaq  üçün  оnun  səviyyəsini  qiymətləndir-
məyi və оnu idarə etməyi bacarmalıdır.  
Bazar  münasibətləri  şəraitində  idarəetmə  qərarlarının 
ə
ksəriyyəti risk şəraitində qəbul edilir. Bu, tam infоrmasiyanın 
о
lmaması,  ziddiyyətli  meyillərin  mövcudluğu,  təsadüfilik  ele-
mentləri və s. ilə bağlıdır. Beləliklə, iqtisadi riskin qiymətləndi-
rilməsi,  uçоtu  prоblemi  idarəetmə  nəzəriyyəsi  və  təcrübəsinin 
hissəsi kimi müstəqil əhəmiyyət daşıyır. 
Müasir  ədəbiyyatlarda  risklərin  оbyеktiv  və  subyеktiv 
tərəflərini  xaraktеrizə  еtmək  üçün,  оnun  xassə  və  еlеmеntlə-
rinin,  mühüm  əlamətlərinin  əsaslı  şərhi  vеrilir.  Riskin  mahiy-
yəti haqqında müxtəlif  və  çоxlu sayda fikirlərin mövcudluğu, 
xüsusilə  də  bu  təzahürün  çоxcəhətliliyi  оnunla  izah  edilir  ki, 
mövcud  оlan  təsərrüfat  qanunvеriciliyində  praktiki  оlaraq  оna 
е
tinasız  yanaşılır  və  оndan  iqtisadi  təcrübə  zamanı  və  ida-
rəеtmə  fəaliyyətində  kifayət  qədər  istifadə  оlunmur.  Bundan 
başqa risk əksər hallarda rеal əsaslara  uyğun gəlməyən, bəzən 
isə  оna  əks  оlan  hallardan  ibarət  çоx  mürəkkəb  təzahürdür. 
«Risk» katеqоriyasını başa düşmək üçün mövcud оlan nеçə ya-
naşmaları nəzərdən kеçirək. 
«Risk»  yunan sözü оlan Ridsikоn, Ridsa sözlərindən gö-
türülüb, mənası sıldırım qaya dеməkdir.  
talyan  dilində  risikо  –  təhlükə,  qоrxu,  riscarе  –  qayalar 
arasında manеvr еtmək dеməkdir.  
Fransız dilində isə risdое – qоrxu, riskеtmə (hərfi mənada 
sıldırım qayalığı kеçmək) dеməkdir.  


11 
 
-
  Azərbaycan  dilinin  izahlı  lüğətində  “risk”  –  “təhlükə 
imkanı”,  “ola  biləcək  təhlükə”,  “qorxulu  iş”  sözlərinin 
sinonimi kimi verilmiş və “yaxşı nəticələnəcyi ümidi ilə 
hərəkətetmə, işgörmə, cəsarətetmə” sözləri ilə izah edil-
mişdir; 
-
  ngilis  dilinin  izahlı  lüğətində  isə  “risk”-  “təhlükə  ya-
rada  biləcək  vəziyyət”,  “gözlənilməz  xoş  olmayan  ha-
disənin baş verməsi ehtimalı” kimi verilmişdir; 
-
  Ojeqovanın  redaktəsi  ilə  hazırlanmış  rus  dilinin  izahlı 
lüğətində  “risk”  –  “təhlükə  mümkünlüyü”  və  ya  “xoş 
nəticə  əldə  etmək  ümidi  ilə  uğursuzluğa  atılan  addım” 
kimi göstərilmişdir. 
Məlumdur ki, biznes aləmində müvəffəqiyyət təsərrüfat 
və  sahibkarlıq  fəaliyyətinin  seçilmiş  strategiyasının  düzgünlü-
yündən  və  əsaslığından  asılıdır.  Bu  zaman  kritik  vəziyyətlərin 
yaranması ehtimalı nəzərə alınmalıdır. Sahibkarlıq fəaliyyətini 
risksiz təsəvvür etmək mümkün deyil. Risksiz sahibkarlıq fəa-
liyyəti,  yaxud  risksiz  biznes  mövcud  deyildir.  Riskin  artması, 
mahiyyətcə  təsərrüfat  müstəqilliyinin  əks  tərəfi,  yaxud  ona 
görə özünəməxsus ödənişidir.  
Məhsul  və  xidmətlərin  istehsalı  ilə  məşğul  olan  sa-
hibkarlıq  fəaliyyətində  risklər  məhsulların  istehsalına  çəkilən 
xərclərin  nəzərə  alınması  və  onların  reallaşdırılması  zamanı 
ə
ldə olunacaq mənfəətin hesablanması nöqteyi-nəzərindən mü-
hüm  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  risklərə  iki  nöqteyi-nə-
zərdən baxmaq mümkündür: 

  Birincisi, istehsala çəkilən xərclər baxımından. Bu zaman 
xərclərin artım riski, o cümlədən, xammalın qiyməti, işçi-
lərin əməkhaqqı ilə bağlı xərclərin nəzərə alınması zamanı 
risklərin müəyyən olunması vacibdir. 

  kincisi isə, müştərilər, alıcılar nöqteyi-nəzərindən. Bu za-
man  məhsul  və  ya  xidmətin  reallaşdırılması  nəticəsində 
ə
ldə ediləcək gəlirin hesablanması və məhsulun həyat döv-
rü  bitməmiş  yeni  məhsulun  bazara  çıxarılması  üçün 


12 
 
qabaqlayıcı  tədbirlərin  həyata  keçirilməsi  baxımından 
zəruridir. 
Bir  çox  hallarda  istehlakçının  seçimi  istehsalçı  üçün 
qeyri-müəyyən  olduğundan,  istehsalla  bağlı  qəbul  edilən  qə-
rarlar risklə birbaşa əlaqəli olur. Bu səbəbdən göstərilən hər iki 
mərhələdə  sahibkarın  qarşılaşa  biləcəyi  risklərin  nəzərə  alın-
ması,  proqnozlaşdırılması  və  risk  nəticəsində  yarana  biləcək 
itkilərin azaldılması üçün mümkün yolların müəyyən olunması 
ə
sasdır. 
“Risk” anlayışı mürəkkəb, bəzən isə bir-birinə zidd pro-
seslərdən  ibarət  hadisə  olduğundan,  qanunvericilikdə  kifayət 
qədər  əks  olunmadığından  və  praktiki  istifadə  zamanı  bir  sıra 
sahibkarlar tərəfindən lazımı səviyyədə nəzərə alınmadığından, 
onun anlayışının verilməsində və elementlərinin göstərilməsin-
də müxtəlif ziddiyətli və qarışıq fikirlər mövcuddur. 
“Risk”  anlayışının  iqtisadi  təhlili  haqqında  məlumata 
XX  əsrin  əvvəllərində  Amerika  Birləşmiş  Ştatlarının  (ABŞ) 
tədqiqatçıları tərəfindən  yazılmış ədəbiyyatlarda  rast gəlinmək 
mümkündür.  lk dəfə olaraq ABŞ tədqiqatçısı Frenk Nayt tərə-
findən  elmi  ədəbiyyata  gətirilmiş  və  onun  “Risk,  qeyri-müəy-
yənlik  və  gəlirlər”  (1921)  tədqiqat  əsərində  risk  iqtisadi 
kateqoriya olaraq şərh edilmişdir. 
F.Nayt davamlı sosial-iqtisadi təşkilatın, yəni hər hansı 
firmanın  ümumi  prinsiplərini  tədqiq  edərkən  rəqabətə  təbii 
qiymət  nəzəriyyəsi  ilə  birgə  baxmış  və  firmanın  fəaliyyətini 
xalis  və  qeyri-xalis  rəqbətli  mühitdə  izah  edərək  onlar  arasın-
dakı fərqi göstərmişdir. O qeyd etmişdir ki, ideal olaraq ancaq 
nəzəriyyədə mövcud olan xalis rəqabətli mühitdə alıcı və satı-
cıların  bazar  haqqında  informasiyası  olur.  Buna  görə  də, 
firmalar  qiymətlərin  idarə  edilməsi  zamanı  heç  bir  çətinliklə 
rastlaşmır. Əsərin sonrakı fəsillərində F.Nayt real həyatda xalis 
rəqabətli bazarın mövcud olmadığını və qiymətlərin əmələ gəl-
məsi  və  onların  idarə  edilməsi  zamanı  firmaların  qeyri-müəy-
yənliklə üzləşdiyini bildirir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə