Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   ...   17   18   19   20   21   22   23   24   25

 

71 


Hazır  məhsul  üzrə  norma  anbarda  olan  və  alıcılara  yola  salınan  mallar 

(sənədləri rəsmiləşmədə olan) üçün ayrı müəyyən edilir. Yola salınmış mallar üçün 

norma hesablaşma formasına və yükün nəqliyyatın hansı növü ilə (dəmiryolu, su 

yolu, avtomobil nəqliyyatı) yolu salınmış mallar üçün normaya hesab sənədlərinin 

rəsmiləşdirilməsi və banka verilməsi üçün tələb olunan vaxt daxildir. 

Bitməmiş istehsal xərcləri 2 yerə ayrılır: 

1.

 

Birdəfəlik xərclər; 



2.

 

Artan xərclər. 



Birdəfəlik xərclərə daxildir: xammal, material və alınmış yarımfabrikatlar. 

Qalan  xərclər  isə  artan  xərclər  adlanır.  Bura  daxildir:  amortizasiya,  əmək  haqqı, 

enerji xərci və s. 

Xərclərin  artma  əmsalı  bitməmiş  istehsalın  orta  dəyərinə  və  hazır  məhsulun 

tam maya dəyərinə əsasən hesablanılır. 

Bitməmiş  istehsal  üzrə  dövriyyə  vəsaitinin  normasına  (ehtiyat  norması)  = 

istehsal tskilinin uzunluğu, xərclərin artma əmsalı daxildir. 

İstehsal tskilinin uzunluğu 3 gündür. Bitməmiş istehsal xərclərini hesablamaq: 

1)

 

Xərclərin artma əmsalı – 0,69. 



69

,

0



1600

500


600

2

/







Б



А

Б

А

 

2)



 

istehsal maya dəyəri – 1600 man. 

3)

 

Bir günlük xərc 1600:90 + 16,6 man. 



 

N = 


3680

90

69



,

0

3



1600



man 


Birinci gün 

1600


600

1600


600

 



İkinci gün 

1600


1100

1600


500

600


 



Üçüncü gün 

1

1600



1600

1600


500

500


600



 



Xərclərin artma əmsalı sıfır ilə bir arasında olmalıdır. 

Beləliklə, N

 = 16,6 x 3 x 0,69 = 3680 man. 




 

72 


Bitməmiş istehsal üzrə normativ müəssisənin rnitmik işini təmin etməlidir ki, 

ambara hazır məhsul ritmik daxil olsun. 



Müəssisədə istehsal tskilinin uzunluğuna (ehtiyat norması) daxildir: 

- texnoloji ehtiyat (məlumatın işlənilməsi);\ 

- nəqliyyat ehtiyatı (məmulatın bir iş yerindən başqasına verilmək üçün vaxt); 

- dövriyyə ehtiyatı (məlumatın ayrı-ayrı əməliyyatlarda işlənilməsi üçün vaxt). 

Hazır məhsul – dövriyyə vəsaitinin istehsal sferasından tədavül sferasına daxil 

olmasını göstərir. 

Tədavül sferasında ancaq hazır məhsul normalaşdırılır. 

Hazar məhsul üzrə dövriyyə vəsaitinin norması iki hissədən ibarətdir: 

1.Anbarda olan hazır məhsuldan; 

2. Yola salınmış mallardan. 



Hazır məhsulun ambarda olan hissəsi üçün norma aşağıdakılardan ibarətdir: 

- malların qablaşdırılması və komplekləşdirilməsi üçün vaxt

- malların yola salınana qədər saxlanılma vaxtı; 

- malların yola salınma stansiyasına çatdırılması və yüklənməsi üçün vaxt. 



Yola  salınan,  lakin  sənədləri  hələ  banka  verilməyən  mallar  üçün  norma 

aşağıdakı kimi müəyyən edilir: 

- yola salınacaq mallar üçün hesab sənədlərini hazırlamaq və banka vermək (2 

və ya 3 iş günü) üçün vaxt; 

- satıcının hesabına pulun köçürülməsi üçün vaxt. 

Bazar iqtisadiyyatı şəraitində satış, qiymət və s. şəraitindən asılı olaraq hazır 

məhsul  üzrə  normativ  köklü  surətdə  artırılır.  Əgər  müəssisə  mövsümü  satış 

şəraitindədirsə,  o  zaman  o  uzun  müddət  ambar  üçün  işləyir.  Belə  halda  hazır 

məhsul  üzrə  normativ  ay  və  rub  üzrə  (keçən  dövrlərin  təcrübəsinə  əsasən) 

differensiallaşdırıla bilər. 

Yolda olan mallar üçün hesablaşma nağd və nağdsız ola bilər

Nağd  hesablaşma  daimi  xarakter  daşımır.  Yəni,  burada  əvvəlcədən  ödəmə 

prosesi baş verir. Belə halda yola salınmış mallar üçün normativ müəyyən edilmir, 

çünki malın ödənilməsi onun yola salınması ilə bir vaxtda baş verir. 



 

73 


Normativ o halda hesablanılır ki, mal yola salınıb, ödəniş hələ baş verməyib. 

Beləliklə,  dövriyyə  vəsaitinin  ayrı-ayrı  elementləri  üzrə  fərdi  normativ 

hesablandıqdan sonra, onların toplanması ilə ümumi normativ hesablanılır. 

Ümumi  normativ  müəssisənin  plan  ilində  xüsusi  dövriyyə  vəsaitinə  olan 

ümumi tələbatının həcmini göstərir. 

Sonra,  plan  ilinin  normativi  keçən  ilin  normativi  ilə  müqayisə  edilir  və 

normativin  artması  və  azalması  müəyyən  olunur.  Əgər  müəssisənin  plan  ilində 

hesabat  ili  ilə  müqayisədə  istehsal  və  satış  planı  artarsa  deməli,  xüsusi  dövriyyə 

vəsaitinin normativ idə (tələbat) artacaq və əksinə. 

Fərq hissə müəssisənin maliyyə planında əks olunur. 

Əgər  normativ  (plan)  faktiki  normativə  görə  az  olarsa,  deməli,  dövriyyədən 

vəsait azad olacaq və həmin vəsaitlər ya yığım fonduna və ya ehtiyat fonduna daxil 

olacaq və ya keçən illərin zərərlərinin ödənilməsinə yönəldiləcəkdir. 

Əgər  plan  ilinin  normativi  hesabat  ilinə  nisbətən  çoxdursa,  deməli,  xüsusi 

dövriyyə  vəsaitinin  normativi  artmış  və  artan  hissə  üçün  mütləq  maliyyələşmə 

mənbələri müəyyən edilməlidir, özü də müəssisənin öz xüsusi vəsaiti hesabına. 

Müəssisənin normativ həcmində vəsaitə tələbatı onun xüsusi vəsaiti hesabına 

örtülür. 

Dövriyyə  vəsaitinə  normativdən  artıq  tələbat  (normativdən  yuxarı  mal 

ehtiyatlarının  təşkili  üçün)  qısa  müddətli  kredit  hesabına  ödənilir.  Plan  ilində 

normativin  artan  hissəsi  maliyyələşməzsə,  o  zaman  dövriyyə  vəsaitində 

çatışmamazlıq yaranır və həmin mənbə maliyyə planında göstərilməlidir. 

 

 



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə