Bu üsullar aşağıdakılardır:
Reqistrli ünvanlaşdırma.
Bilavasitə ünvanlaşdırma.
Birbaşa ünvanlaşdırma.
Dolayı reqistrli ünvanlaşdırma.
Baza- indeksli ünvanlaşdırma.
Reqistrli- nisbi ünvanlaşdırma.
Nisbi- bazalı- indeksli ünvanlaşdırma.
1.Reqistrli ünvanlaşdırma. Bu halda MOV əmri ilə bayt və ya söz məlumat mənbəyindən (reqistr və ya yaddaş oyuğu) ötürülür. Məsələn, MOV CX, DX əmri ilə DX- dəki söz CX- ə göndərilir. 80386-80486 Pentium MP- da ikiqat uzunluqlu sözlər mənbədən təyinata ötürülə bilər. Məsələn, MOV ECX. EDX əmri yerinə yetirilərkən EDX reqistrindəki ikiqat uzunluqlu sözü ECX reqistrinə göndərilir. 8086-Pentium MP- rın əmrlərində reqistrli ünvanlaşdırmazamanı aşağıdakı 8 və 16 mərtəbəli reqistrlərdən istifadə edilir: AH, AL, BH, BL, CH, CL, DH, DL; AX, BX, CX, DX, SP, BP, SI, DI. 80386-80486-Pentium arxitekturunda 32 mərtəbəli EAX, EBX, ECX, EDX, ESP, EBP, EDI, ESI reqistrləri və bəzi MOV, PUSH, POP əmrlərində 16 mərtəbəli CS, ES, DS, SS, FS, GS reqistrləri tətbiq edilir. Cədvəl 1-də MOV əmrinin müxtəlif variantları göstərilmişdir. Cədvəl 2- də bilavasitə ünvanlaşdırılmalı MOV əmrləri verilmişdir.
Dostları ilə paylaş: |