Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix12.10.2018
ölçüsü0,56 Mb.
#73276
1   2   3   4   5   6   7   8

 

18

hesab edir, 17.8% isə - uşağın dodaqları ilə ancaq giləni tutub, marçıltı ilə əmməsini düzgün hesab 



edirlər, bunlardan 7-si sahə tibb bacısı, 7-si pediatr, 4-ü mama, 3-ü ginekoloq, 2-si tibb bacısıdır.  

 

Eksklüziv döşlə qidalandırmanın  əsas tərifi tibb işçilərinin yalnız 38 nəfəri (29.7%) tərəfindən 



düzgün cavablandırılmışdır, 19 nəfər (14.8%) bilməmiş, digər 71 nəfər tərəfindən isə (55.5%) 

müxtəlif mülahizələr söylənilmişdir.  



 

Cədvəl 8. Tibb işçiləri eksklüziv döşlə qidalandırmanı necə başa düşür 

14,80%

55,50%

29,70%

0%

10%



20%

30%


40%

50%


60%

6 aya kimi yalnız

döşlə qidalanma və

lazım olduqda ORS

və digər maye

dərmanlardan

istifadə  

bilmir

Müxtəlif mülahizələr

 

Buna baxmayaraq, tibb işçilərinin 84.5% hesab edir ki, 0-dan 6 aya kimi uşaqlar yalnız döşlə 



qidalanmalıdır, onlardan 60.6% təlimlər keçmiş tibb işçiləridir. 12.4 % tibb işçisi 0-dan 6 aya kimi 

uşaqların döşlə  və digər mayelərlə, 2.3% - döşlə  və  əlavə qida ilə qidalanmasını  məsləhət 

görmüşlər. 

 

Tibb işçilərinin fikrincə 6 aya kimi uşaqlar nə ilə qidalanmalıdırlar 

yalnız döşlə 

84.5% 

döşlə və digər mayelərlə  12.4 % 

döşlə və əlavə qida ilə 

2.3% 



 

Buna əlavə olaraq su, çay və ya heç bir başqa maye verilməməsi şərti ilə körpənin ilk 6 ayına kimi 

yalnız ana südü ilə qidalandırılması kifayət edərmi sualına 82.9% tibb işçisi - bəli, 16.3% - xeyr, 

0.8% - bilmirəm cavabını vermişlər. Müsbət cavab vermiş tibb işçilərinin 58.9% yenidoğulmuş və 

körpə uşaqların qidalanmasına aid təlimlər keçmişlər. 

 

Körpə uşağa ana südünə əlavə olaraq nə vaxt su, çay və digər maye verilməlidir sualına 69% tibb 



işçisi 6 ayından (bunlardan 64.8% təlim keçmiş tibb işçiləridir), 21.7 % tibb işçisi ehtiyac olduqda 


 

19

ilk günündən, 6.2% digər variantlar, 3.1% - 1 yaşdan cavabı söyləmişlər. 



 

Tibb işçilərinin fikrincə körpə uşağa ana südünə əlavə olaraq nə vaxt su, çay və digər maye 

verilməlidir 

6 ayından 

69% 

ehtiyac olduqda ilk günündən 

21.7 % 

Digər variantlar 

6.2% 

1 yaşdan 

3.1% 

 

Döşlə qidalandırmanı 2 yaşa qədər davam etmək lazım olduğunu 67 nəfər (52.3 %), 1 yaşa qədər - 



45 nəfər (35.2% ), ananın südü kəsilənə qədər – 9 nəfər (7%), 6 aya qədər -6 nəfər (4.7%), 3 yaşa 

qədər – 1 nəfər (0.8%) düşünür.  



Tibb işçiləri döşlə qidalandırmanı nə vaxta qədər davam etdirməyi məsləhət görür 

6 ayına kimi 

4.7% 

1 yaşa kimi 



35.2% 

2 yaşa kimi 

52.3% 

Ananın südü kəsilənə kimi 



7% 

Digər 0.8% 

 

0-dan 6 aya kimi uşaqlar gündə neçə dəfə döşlə qidalanmalıdır sualına tibb işçilərindən 62.8%  



uşaq nə vaxt istəsə, 26.4 % - 4-6 dəfə , 4.7 % - hər 3 saatdan bir, digər 6.2 % müxtəlif cavablar 

söyləmişdirlər.  

 

81.4 % tibb işçisi hesab edir ki, uşaq doğulandan dərhal və ya 1 saat ərzində döşə qoyulmalıdır, 



bunlardan 60% yenidoğulmuş və körpə uşaqların qidalanmasına aid təlim keçmiş tibb işçiləridir. 

Onların əksəriyyəti Bakı, Gəncə və Quba şəhərindəndirlər  (müvafiq olaraq 21%, 20%, 18%).   

 

Tibb işçilərinin 59.7 % hesab edir ki, gecələr uşağı döşlə qidalandırmaq lazımdır, 40.3% isə - 



(onlardan 44.2 % pediatr, 25% ginekoloq, 11.5% mama, 9.6% sahə tibb bacısı, 5.8 % tibb bacısı, 

3.8% neonatoloq) bunun lazım olmadığını deyiblər.  

 

 



 

20

Tibb işçilərinin fikrincə yenidoğulmuş uşaq nə zaman döşə qoyulmalıdır və gecələr döşlə 



əmizdirilməlidirmi 

Dərhal və ya 1 saat ərzində 

81.4 % 

 

Gecələr döşlə əmizdirmək lazımdır 



59.7 % 

Gecələr döşlə əmizdirmək lazım deyil 

40.3% 

 

Əgər ana 6 ayına qədər olan uşağa döş südü verə bilmirsə 80.6 % tibb işçisi hesab edir ki, bu 

zaman onlara süni qida, 1.6% - heyvan mənşəli süd verilməlidir, digərləri isə müxtəlif mülahizələr 

söyləmişlər. Tibb işçilərinin 70.6% hesab edir ki, bu qida uşaqlara əmzikli şüşə və/və ya plastik 

qabda verilməlidir, 17.1% tibb işçisi fincanda, qaşıqla və ya hər ikisi ilə verilməlidir demişlər.   

 

Tibb işçilərinin fikrincə ana 6 ayına qədər olan uşağa döş südü verə bilmirsə nə verməlidir 



və nə ilə verilməlidir 

süni qida 

80.6 % 

heyvan mənşəli süd 

1.6% 

əmzikli şüşə və/və ya plastik qabda 

70.6% 

fincanda, qaşıqla və ya hər ikisi ilə 

17.1% 

 

Ana südünün uşaq üçün yetərli olmadığını tibb işçilərinin 59% uşağın tez-tez ağlaması və/ və ya 

yeməkdən əvvəl və sonra uşağın çəkisinin az artması və uşağın arıq olması ilə təyin edirlər. 

 

Heç bir əks göstəriş olmadıqda əlavə qidanı uşağa 6 ayından sonra vermək lazımdır düşünən tibb 



işçiləri 82.9%, 6 ayına kimi düşünənlər - 11.6%, 7-8 ayından sonra düşünənlər – 3.1%, 1 yaşından 

düşünənlər – 1.6%, 9-11 ayından düşünənlər – 0.8% təşkil edir. Nə üçün belə düşündüklərini isə 

72.1% tibb işçisi ana südünün uşağın tələbatını ödəməməsi ilə izah ediblər. 

 

Tibb işçilərinin fikrincə əlavə qida uşağa nə vaxt verilməlidir 

6 ayından sonra 

82.9% 

6 ayına kimi 

11.6% 

7-8 ayından sonra  3.1% 

9-11 ayından 2.4% 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə