Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   20   21   22   23   24   25   26   27   28

1078-23.12.  Mərkəzi  depozitar  üç  iş  günü  ərzində  bildirişi  qeydə  alır,  girov  qoyulmuş 

qiymətli kağızlarla əməliyyatları dayandırır və bu barədə girov saxlayana məlumat verir. 

1078-23.13.  Girov  predmetinə  tutmanın  yönəldilməsi  məhkəmədən  kənar  qaydada  həyata 

keçirildikdə, girov predmeti girov qoyanla girov saxlayanın razılaşması əsasında fond birjasında 

satışa çıxarılır. 

1078-23.14. Məhkəmə girov predmetinin satışı barədə qərar qəbul etdikdə, girov predmeti 

məhkəmə  icraçılarının  tapşırığı  əsasında  girov  müqaviləsində  göstərildiyi  qiymətə  fond 

birjasında satışa çıxarılır. 

1078-23.15.  Girov  müqaviləsi  ilə  girov  predmetinin  qiyməti  müəyyən  edilmədikdə, 

qiymətli kağızlar nominal dəyər ilə satışa çıxarılır. 

1078-23.16.  Girov  predmeti  fond  birjasında  satılmadıqda,  girov  predmetini  təşkil  edən 

qiymətli kağızlar girov saxlayana təklif olunur. 

1078-23.17.  Qiymətli  kağızların  girovunun  qeydiyyatı,  ona  xitam  verilməsi  və  girov 

predmetinə tutmanın yönəldilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. 

1078-23.18.  Girov  müqaviləsi  tənzimlənən  bazarlarda  maliyyə  öhdəliklərinin  yerinə 

yetirilməsi məqsədilə bağlanıldıqda və həmin müqavilədə girov predmeti pul və ya tənzimlənən 

bazarda ticarət olunan qiymətli kağızlar və ya törəmə maliyyə alətləri olduqda və girov saxlayan 

və ya girov qoyan Azərbaycan Respublikasının Mərkəzi Bankı, mərkəzi depozitar, bank, sığorta 

şirkəti və ya investisiya şirkəti olduqda və girovla təmin edilmiş borc yalnız tənzimlənən bazarda 

alğı-satqı  əməliyyatlarının  keçirilməsi  üçün  istifadə  olunduqda  bu  cür  girov  maliyyə  girovu 

hesab olunur. 

1078-23.19.  Girov  saxlayanla  girov  qoyan  arasında  bağlanılan  girov  müqaviləsində 

nəzərdə tutulduğu halda maliyyə girovu üzrə öhdəliklər borclu tərəfindən icra edilmədikdə, girov 

predmeti məhkəmədənkənar qaydada girov saxlayanın mülkiyyətinə keçir. Bu  maddədə nəzərdə 

tutulmuş müqavilənin notariat qaydada təsdiq edilməsi tələb olunmur.

civ[501]

 

  



Maddə  1078-24.  Xarici  emitentlərin  qiymətli  kağızlarının  Azərbaycan 

Respublikasında tədavülə buraxılması qaydaları 

  

Xarici  emitentlərin  qiymətli  kağızlarının  Azərbaycan  Respublikasında  tədavülə 



buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  


Maddə 1078-25. Xarici investorlar tərəfindən qiymətli kağızların əldə edilməsi 

  

Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının xarici investorlar 



tərəfindən  əldə  edilməsi,  qanunla  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 

məhdudlaşdırılmır. 



  

Maddə  1078-26.  Qiymətli  kağızların  birləşdirilməsi,  xırdalanması  (bölünməsi) 

və konvertasiyası 

  

1078-26.1.  Qiymətli  kağızların  birləşdirilməsi  bir  növdən  olan  bütün  qiymətli 



kağızların  bir  buraxılış  daxilində  bütün  mülkiyyətçilərdə  olan  qiymətli  kağızların 

sayının  mütənasib  azaldılması  yolu  ilə  dəyişdirilməsidir.  Qiymətli  kağızların  nominal 

dəyəri  olduqda,  onların  birləşdirilməsi  nominal  dəyərin  mütənasib  artırılması  ilə 

müşayiət olunur. 

1078-26.2.  Qiymətli  kağızların  xırdalanması  (bölünməsi)  bir  qiymətli  kağızın 

nominal  dəyərinin  mütənasib  bölünməsi  yolu  ilə  eyni  növlü  bir  neçə  qiymətli  kağıza 

çevrilməsidir. 

1078-26.3.  Qiymətli  kağızların  konvertasiyası  bir  emitentin  bir  növ  investisiya 

qiymətli  kağızların  digər  növlü  investisiya  qiymətli  kağızlara  və  ya  digər  emitentin 

qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir 

(səhmin  istiqraza  dəyişdirilməsi  istisna  olmaqla).  Bu  zaman  dəyişdirilmiş  qiymətli 

kağızlar ləğv olunur. 

1078-26.4.  Qiymətli  kağızların  birləşdirilməsi,  xırdalanması  (bölünməsi)  və 

konvertasiyası  həmin  qiymətli  kağızların  yerləşdirilməsi  zamanı  emitent  tərəfindən 

cəlb  edilmiş  vəsaitlərin  miqdarının  dəyişdirilməsinə  gətirmir,  qiymətli  kağızlar 

mülkiyyətçilərindən  geri  alınan  qiymətli  kağızların  dəyərinin  qaytarılması  üçün  əsas 

deyil  və  qiymətli  kağızlar  mülkiyyətçiləri  tərəfindən  əlavə  xərclər  edilmədən  həyata 

keçirilir.

cv[502]

 

1078-26.5.  Emitentin  yerləşdirilmiş  qiymətli  kağızlarının  birləşdirilməsi, 



xırdalanması  (bölünməsi)  və  konvertasiyası  haqqında  qərarı  müvafiq  icra  hakimiyyəti 

orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır. 

1078-26.6.  Qiymətli  kağızların  birləşdirilməsi,  xırdalanması  (bölünməsi)  və 

konvertasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 




1078-26.7.  Qiymətli  kağızların  birləşdirilməsi,  xırdalanması  (bölünməsi)  və 

konvertasiyası  və  ödənilməsi  bu  qiymətli  kağızların  əvvəlki  sertifikatlarının  ləğv 

olunması ilə müşayiət olunur. 

  

Maddə  1078-27.  Qiymətli  kağızların  dövriyyədən  çıxarılması  və  ləğv 

edilməsi

cvi[503]

 

  



1078-27.1. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi aşağıdakı 

hallarda həyata keçirilir: 

1078-27.1.1. səhmlər barəsində səhmdarların ümumi yığıncağının qərarı ilə;

cvii[504]

 

1078-27.1.2.  qiymətli  kağızların  emissiyasının  baş  tutmamış  hesab  edildiyi  halda 



müvafiq icra hakimiyyəti orqanının qərarı ilə; 

1078-27.1.3.  qiymətli  kağızların  buraxılışı  məhkəmə  tərəfindən  etibarsız  hesab 

edildikdə; 

1078-27.1.4.  emitentin  fəaliyyətinə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

xitam verildikdə; 

1078-27.1.4-1. tədavül müddəti bitdikdən sonra qiymətli kağızlar ödənildikdə;

cviii[505]

 

1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 



1078-27.2. Dövlət qeydiyyatına alınmış qiymətli kağızlar dövriyyədən çıxarıldıqda və 

ya  ləğv  edildikdə,  müvafiq  icra  hakimiyyəti  orqanı  qiymətli  kağızların  dövlət 

reyestrində müvafiq qeydlər etməlidir.

cix[506]

 

1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması  və ləğv edilməsi haqqında 



məlumat  (ödəniş  nəticəsində  tədavüldən  çıxarılması  istisna  olmaqla)  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  qiymətli  kağızların  dövlət  reyestrində  müvafiq  qeydlər 

edildiyi  gündən  yeddi  iş  günü  müddətində  rəsmi  kütləvi  informasiya  vasitələrində 

dərc olunmalıdır. 

1078-27.4.  Qiymətli  kağızların  dövriyyədən  çıxarılması  və  ləğv  edilməsi  barədə 

məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc 

edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir. 

1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi bu barədə 

müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə