Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   49   50   51   52   53   54   55   56   57

ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, 
işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər 
xərclərin məcmusu başa düşülməlidir. (
4
)
Maddə 301. Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları 
1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə 
tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.
2.   Məhkəmənin   fərdi   əmək   mübahisəsinin   həlli   barədə   çıxardığı   qərar   cavabdeh   tərəfindən   icra 
edilmədikdə,  yaxud icraya  müvafiq vəzifəli  şəxs və digər fiziki  şəxs tərəfindən  mane olunduqda 
bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət 
Məcəlləsinin   müvafiq   maddəsi   ilə   cinayət   işi  başlanması   üçün   hakim   tərəfindən   tədbirlər  
görülməlidir. (
18
)
Maddə 302. Fərdi əmək mübahisələri üzrə icrada dönüşün məhdudlaşdırılması 
1. Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi 
icra   edildiyi   gündən   6   ay   keçdikdən   sonra   nəzarət   icraatı   qaydasında   işçinin   zərərinə   ləğv   edilə 
bilməz.
2. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə bu qərar yalnız işçinin, işəgötürənin, 
şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta sənədlərə əsaslanaraq qəbul edildiyi 
hallarda yol verilə bilər.
Qeyd:  «İcrada   dönüş»   dedikdə,   məhkəmə   qətnaməsinin,   qərarının   icraya   yönəldilməməsi,   icraya 
yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya icra edilmiş qətnamənin, qərarın ləğv 
edilərək tərəflərin münasibətlərinin, maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə 
əlaqədar iddia verilən andakı vəziyyətə qaytarılması başa düşülməlidir.
Maddə 303. Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları şamil 
edilməyən şəxslər 
Bu   Məcəllə   ilə   müəyyən   edilmiş   fərdi   əmək   mübahisələrinin   həlli   qaydaları   Azərbaycan 
Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə təyin edilən və Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan şəxslərə şamil edilmir.
XII bölmə. İşçilərin sosial sığortası
Qırx altıncı fəsil. İşçilərin sosial sığorta olunmasının tənzimlənməsi
Maddə 304. İşçilərin sosial sığorta olunması 
1.   Sosial   sığorta   —   müvafiq   normativ   hüquqi   aktlarda   nəzərdə   tutulan   hallarda   işçilərin   əmək 
münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa 
ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, 
habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
2.   İşəgötürən   hər   bir   işçini   onunla   əmək   müqaviləsi   bağladığı   zaman   qanunvericiliklə   müəyyən 
olunmuş   qaydada   məcburi   sığortalanmasını   təmin   etməlidir.   Əmək   müqaviləsində   işçinin 
sığortalanması,   o   cümlədən   onun   əlavə   sığorta   olunub-olunmaması   barədə   müvafiq   məlumatlar 
hökmən göstərilməlidir.


Maddə 305. Sosial sığortanın kollektiv müqavilələrlə tənzimlənməsi 
Kollektiv müqavilələrdə müəssisənin əmək kollektivinin üzvlərinin qanunvericilikdə nəzərdə tutulan 
sığortalanma şərtlərindən daha üstün sosial sığorta olunmasının əlavə formaları, qaydaları, sığorta 
məbləğləri, sığorta mənbələri müəyyən edilə bilər.
Maddə 306. İşçilərin sosial sığorta formaları 
1. İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması 
və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.
2.   İşçilərin   məcburi   dövlət   sığortası   işəgötürənlər   tərəfindən   qanunvericilikdə   nəzərdə   tutulmuş 
qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
3.   İşçilər   öz   vəsaitləri   hesabına   müəyyən   olunmuş   qaydada   sosial   sığorta   müqavilələri   əsasında 
könüllü sığorta oluna bilərlər.
4.   İşəgötürənlər,   həmçinin   onların   birlikləri   işçilərin   mənafelərinin   təmin   olunması   və   əmək 
funksiyasının   yüksək   səviyyədə   yerinə   yetirilməsinə   maraqlarının   artırılması,   onların   və   ailə 
üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı 
üzvlərini   qanunvericilikdə   nəzərdə   tutulmuş   sığorta   formalarından   daha   üstün   sosial   sığorta 
olunmasını həyata keçirə bilərlər.
Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi 
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, 
sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi 
dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, 
könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər 
bu Məcəllə ilə, «Sosial sığorta haqqında» və «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında»  
Azərbaycan   Respublikasının   qanunları   və   onların  əsasında   qəbul   edilmiş   başqa   normativ   hüquqi 
aktlarla tənzimlənir.
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan 
əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə 
müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər.
3.   Sığorta   olunmuş   işçiyə   qanunvericilikdə   nəzərdə   tutulan   qaydada   tərtib   edilmiş   sığorta 
şəhadətnaməsi (polisi) və dövlət sosial sığorta şəhadətnaməsi verilir.
4.   İşçilərin   sosial   sığorta   hüquqlarını   məhdudlaşdıran   və   ya   pozan   hər   hansı   fiziki   şəxs 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. (
13
)
XIII bölmə. Yekun normaları
Qırx yeddinci fəsil. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət. Əmək 
qanunvericiliyinin pozulmasına görə məsuliyyət
Maddə 308. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət 
İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən bu Məcəllənin, 
eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə