Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

Maddə 83. 
Məhkumluq 
83.1. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni 
qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum 
olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə 
uyğun olaraq məhkumluq nəzərə alınır. 
83.2. Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir. 
KM 
83.3. Aşağıdakı hallarda: 
83.3.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda; 
83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər 
barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə
83.3.3. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan 
məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 
üç il keçdikdə; 
83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər 
barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; 
83.3.5. xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar 
cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 
83.4. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza 
çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə 
əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad 
edildiyi vaxtdan hesablanır. 
KM3 
83.5. Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut 
edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun 
üzərindən götürə bilər. 
83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi 
nəticələri ləğv edir. 
BEŞINCI BÖLMƏ 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN CİNAYƏT MƏSULİYYƏTİ 
14-cü fəsil 
YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BARƏSİNDƏ CİNAYƏT 
MƏSULİYYƏTİNİN VƏ CƏZASININ XÜSUSİYYƏTLƏRİ 
Maddə 84. 
Yetkinlik_yaşına_çatmayanlara_təyin_edilən_cəzanın_növləri'>Yetkinlik_yaşına_çatmayanların_cinayət_məsuliyyəti'>Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti 
84.1. Cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər 
yetkinlik yaşına çatmayanlar hesab olunur. 
84.2. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya 
tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 


Maddə 85. 
Yetkinlik yaşına çatmayanlara təyin edilən cəzanın növləri 
85.1. Yetkinlik yaşına çatmayanlara aşağıdakı cəza növləri təyin edilir: 
85.1.1. cərimə; 
85.1.2. ictimai işlər; 
85.1.3. islah işləri; 
85.1.4. müəyyən müddətə azadlıqdan məhrum etmə. 
85.2. Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı 
olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Cərimə altı yüz manatadək miqdarda 
təyin edilir. 
85.3. İctimai işlər qırx saatdan yüz altmış saatadək müddətə təyin olunur və yetkinlik yaşına 
çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə 
yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün 
gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola 
bilməz. 
85.4. Yetkinlik yaşına çatmayan məhkumlara islah işləri iki aydan bir ilədək müddətə təyin 
edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, 
beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur. 
85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan 
müddətə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə 
müəssisələrində çəkirlər: 
85.5.1. yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum 
olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində; 
85.5.2. əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan 
oğlanlar — möhkəm rejimli tərbiyə müəssisələrində. 
Maddə 86. 
Yetkinlik yaşına çatmayanlara cəza təyin edilməsi 
86.1. Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci 
maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə 
şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar 
şəxslərin ona təsirini nəzərə alır. 
86.2. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı 
yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. 
Maddə 87. 
Tərbiyəvi_xarakterli_məcburi_tədbirlərin_məzmunu'>Tərbiyəvi xarakterli məcburi tədbirlərin məzmunu 
87.1. Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu 
Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən 
ibarətdir. 
87.2. Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra 
hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun 
davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir. 


87.3. Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti 
və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur. 
87.4. Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi 
tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən 
formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün 
müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi 
olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin 
təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək 
vəzifəsi də müəyyən edilə bilər. Bu tədbirlərdən başqa asudə vaxtın məhdudlaşdırılması və 
yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması digər tədbirləri də 
nəzərdə tuta bilər. 
Maddə 88. 
Tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etmə 
88.1. Yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır 
cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması 
mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
88.2. Yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq 
edilə bilər: 
88.2.1. xəbərdarlıq; 
88.2.2. valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının 
nəzarətinə vermək; 
88.2.3. vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; 
88.2.4. yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə 
bağlı xüsusi tələblər müəyyən etmək. 
88.3. Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər 
tətbiq edilə bilər. Bu Məcəllənin 88.2.2 və 88.2.4-cü maddələrində nəzərdə tutulmuş tərbiyəvi 
xarakterli məcburi tədbirlərin tətbiqi müddəti bu tədbirləri təyin etmiş müvafiq dövlət orqanı 
tərəfindən müəyyən olunur. 
88.4. Yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq 
yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir 
və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün 
məhkəməyə göndərilir. 
Maddə 89. 
Yetkinlik yaşına çatmayanın cəzadan azad edilməsi 
89.1. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etməyə görə məhkum edilmiş 
yetkinlik yaşına çatmayan bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi 
xarakterli məcburi tədbirlər tətbiq edilməklə cəzadan azad oluna bilər. 
89.2. Məhkəmə az ağır cinayət törətməyə görə məhkum olunmuş yetkinlik yaşına çatmayanı 
yalnız belə şəxslər üçün nəzərdə tutulmuş qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində və 
ya tibbi-tərbiyə müəssisəsində yerləşdirməklə cəzanın məqsədinə nail olmağı mümkün hesab 
edərsə, həmin şəxsi cəzadan azad edə bilər. Bu halda yetkinlik yaşına çatmayan göstərilən 
müəssisədə on səkkiz yaşına çatana qədər, lakin üç ildən artıq olmamaq şərti ilə saxlanılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə