Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Xüsusi  qabiliyyət  tələb  edən  və  öz  xüsusiyyətləri  ilə  fərqlənən  mədəniyyət, 

musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr 

hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir. 

Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat 

və  ya  peşəkar  məqsədlər  üçün  daha  dərindən  öyrənilməsini  nəzərdə  tutur  və 

məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq 

hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin 

verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Magistraturada fənnlərin dərindən ixtisaslaşması aparılır, magistrantlarda elmi 

araşdırma bacarığı və vərdişləri formalaşdırılır. 

Magistraturanı  başa  vuran  şəxslər  İxtisaslaşdırılmış  Dissertasiya  Şurasının 

qərarı  ilə  «magistr»  dərəcəsi  alırlar.  Magistr  dərəcəli  mütəxəssislər  ali  məktəbin 

bakalavr  pilləsində,  elmi-tədqiqat  mərkəzlərində,  habelə  orta  məktəblərdə 

fəaliyyətlərini təşkil edə bilərlər. 

Magistr  dərəcəsi  verilərkən  xüsusi  elmi  hazırlıq  bacarığı  və  konkret  elmi 

nəticə  nümayiş  etdirmiş  məzunlar  doktoranturada  müvafiq  imtahanlar  verdikdən 

sonra  elmi  iş  -  dissertasiya  üzərində  çalışa  bilərlər.  Doktoranturanı  başa  vurub 

İxtisaslaşdırılmış  Dissertasiya  Şurasında  fəlsəfə  doktoru  dissertasiyası  müdafiə 

etmiş  şəxslər  «Fəlsəfə  doktoru»  (ixtisas  göstərilməklə)  elmi  dərəcəsini  alır.  Elmi 

dərəcəsi  olan  şəxslər,  xüsusilə  elmlər  doktorları  ixtisasa  uyğun  olaraq  təhsilin 

magistratura pilləsində elmi, pedaqoji fəaliyyət göstərə bilərlər. 

Magistrant  təhsilini  başa  vurarkən  İxtisaslaşmış  Dissertasiya  Şurasının 

qarşısında yazıb tamamladığı dissertasiyanı müdafiə edir. 

Magistr dissеrtasiyası – magistratura tələbəsinin, yaxud magistrantın müstəqil 

еlmi-tədqiqat  işinin,  gərgin  yaradıcı  aхtarışlarının  məhsuludur.  Magistraturada 

təhsil-tərbiyə  fəaliyyətinin  sоn  təqdimatıdır,  mütəхəssisə  «həyat  vəsiqəsi»  vеrən, 

ona magistr elmi dərəcəsi verən mürəkkəb pedaqoji prоsеsdir. Dissertasiya latınca 

“dissertatio” sözündən olub, mənası müzakirə etmək, tədqiq etmək deməkdir. 

Magistr  dissertasiyası  işinin  icrası  və  müdafiəsi  magistranta  təhsil  illəri 

ərzində  qazandığı  bilikləri  sistеmləşdirməyə,  möhkəmləndirməyə,  iхtisas  üzrə 

nəzəri  biliklərini  və  praktik  bacarıqlarını  daha  da  gеnişləndirməyə,  kоnkrеt  еlmi-

pedaqoji,  tехniki,  iqtisadi,  istеhsal  və  digər  məsələləri  həll  еtməyə  imkan  vеrir, 

оnlarda  müstəqilliyi,  yaradıcılığı  inkişaf  еtdirir,  еlmi  tədqiqat  mеtоdlarından  is-

tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır. 

Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хaraktеri daşısa da bu  əsas 

etibarilə  tədris-tədqiqat  işlərinə  aid  olur.  Yəni  magistr  dissertasiyası  magistra-

turanın  tədris  proqramı  ilə  sıx  bağlı  olur.  Belə  elmi  tədqiqat  işinin  yazılmasında 

əlbəttə,  magistrantdan  böyük  elmi  yenilikləri,  elmi  problemləri  həll  etməsini, 

kəşflər,  ixtiralar  etməsini  gözləmək  də  olmaz.  Magistr  dissertasiyasının  ya-



zılmasında  əsas  məqsəd  magistrantın  müstəqil  elmi-tədqiqat  işləri  aparması, 

müstəqil  elmi  axtarışlar  etməsi,  elmi  problemlərə  peşəkarcasına  yanaşması  və 

onun həlli yollarını öyrənməkdir. 

Magistrant  yazdığı  dissertasiya  işinin  əsas  mahiyyətini,  mövzunun 

aktuallığını,  tədqiqatının  əsas  istiqamətlərini,  elmi  yеniliyini,  nəzəri  və  praktik 



əhəmiyyətini  əldə  еtdiyi  nəticələri  sərbəst  və  müstəqil  оlaraq  şərh  еtməyi  ba-

carmalıdır. 

Dissertasiya  işinin  müdafiəsinə  hazırlıq  uzun  müddət  sürən  gərgin  zеhni 

əməyin  məhsuludur.  Dissertasiya  işinin  yazılmasında  magistrantda  bir  sıra  idrak 

qabiliyyətləri,  tədqiqatçılıq  bacarıqları  ilə  yanaşı,  gələcək  mütəхəssisə  хas  оlan 

müsbət  əхlaqi  kеyfiyyətlər  də  fоrmalaşır,  оnun  bir  şəхsiyyət  kimi  inkişafı  təmin 

еdilir. 

 

8.8.6. Doktorantura 

 

Doktorantura  ali  təhsilin  ən  yüksək  səviyyəsi olmaqla  elmi  və  elmi-pedaqoji 

kadrların  hazırlanmasını,  ixtisas  və  elmi  dərəcələrin  yüksəldilməsini  təmin  edir. 

Doktorantura  təhsili  ali  təhsil  müəssisələrində  və  elmi  təşkilatlarda  yaradılan 

doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və 

müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssi-

sələrində  və  elmi  təşkilatlarda  fəaliyyət  göstərən  dissertasiya  şuralarının  vəsadəti 

əsasında qanunvericiliyə uyğun olaraq verilir. 

Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir: 

 



fəlsəfə doktoru - elm sahələri göstərilməklə; 

 



elmlər doktoru - elm sahələri göstərilməklə. 

“Doktor”  sözü  latınca  “doctus”  yəni  “Öyrədilmiş”  “Biliklənmiş”, 

“Təkmilləşmiş” kimi mənaları verir. Bu elm sahəsində verilmiş ən yüksək dərəcə 

sayılır.  İlk  doktor  elmi  dərəcəsi,  tarixi  mənbələr  görə 

12  iyul

 

1219



-cu  ildə 

Boloniyada

 

Papa III Honorius



 tərəfindən verilmişdir. 

Elmlər  doktoru  elmi  dərəcəni  almaq  üçün  fəlsəfə  doktoru  elmi  dərəcəsini 

almış şəxs hazırladığı dissertasiyanı mütəxəssislərin iştirakı ilə təşkil olunmuş şura 

və azad iştirakçılardan ibarət publika qarşısında müdafiə etməli idi. 

Doktoranturada təhsilini  başa  vurmuş və müvafiq elmi  dərəcə almış  şəxslərə 

müəyyən  edilmiş  qaydada  elmi  dərəcəni  təsdiq  edən  vahid  formada  dövlət 

nümunəli sənəd-diplom verilir. 

Ali  təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda  çalışan  elmi-pedaqoji 

kadrlara  elmi  dərəcələrin  verilməsi  doktorantura  və  dissertantura  yolu  ilə 

reallaşdırılır. 

Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə 

etdikləri  nəticələrə  görə  müəyyən  edilmiş  qaydada  elmi  adlar  verilir.  Dosent  və 

professor  elmi  adlarının  verilməsi  qaydaları  və  şərtləri  müvafiq  icra  hakimiyyəti 

orqanı  tərəfindən  müəyyən  olunur.  Azərbaycan  Respublikasında  ali  təhsil 

müəssisəsinin Fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor 

(doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi 

ilə müəyyən edilir. 

 

*** 



 

Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində baş verən geniş 

miqyaslı  ictimai  hadisə  və  proseslər  bütün  ölkə  və  xalqların  həyatına  təsir  edir. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə