8
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
Xorxe Luis Borxes
Qum kitabı
(hekayə-pritça)
“Sənin qum kanatın...”
Corc Herbert
Xətt saysız-hesabsız nöqtələrdən ibarətdir: külli-miqdarda xəttlərdən müstəvi, sonsuz
müstəvilərdən fəza yaranıb, kainat isə nəhayətsiz fəzalar toplusudur...
Xeyr, hekayəmi başlamaq üçün bu, şübhəsiz ki, heç də ən yaxşı – geometrik – vasitə deyil. Hər
hansı bir uydurulmuş hadisə belə duruşların ədalətliliyini sübut edə bilər. Mənim indicə
danışdıqlarım isə heç də uydurma deyil...
Buenos-Ayresin Belqrano küçəsindəki binaların birinin dördüncü mərtəbəsində mənzil
kirayələyib tək yaşayıram. Bir neçə ay bundan öncə axşamdan azca keçmiş qapının döyüldüyünü
eşitdim. Qapını açdım və astanada tanımadığım bir adam gördüm. Bu, ucaboylu üzünün çizgiləri
ilə başqalarından seçilməyən bir adam idi – amma, ola bilsin ki, mən yaxını pis görürdüm deyə,
onun simasındakı cizgiləri qarışdırdım. Əlində boz çamadan, əynində boz rəngli paltar geyinmiş
bu adam çox təvazökar görsənirdi. Beləcə, mən o dəqiqə başa düşdüm ki, qarşımdakı əcnəbidir.
Əvvəlcə naməlum şəxs mənim gözümə qoca görsəndi: lakin bir qədər sonra onun az-az rast
gəlinən, lap skandinaviyalılar kimi parıldayan işıqlı simasına və saçlarına aldandığımı başa
düşdüm. Bir saatdan da az çəkən söhbətimiz əsnasında özüm üçün aydınlaşdırdım ki, onun əsli
Orkney adlarındandır.
Mən yad adamı içəri çağırıb oturmağa stol təklif etdim. Danışmazdan əvvəl o, nəyə görəsə
bir qədər susdu. Nədənsə çox kədərli görünürdü: indi mən də elə o vəziyyətdəyəm.
- Mən “Bibliya” satıram, - qəfildən o dilləndi.
- Bu evdə, Con Viklif tərəfindən ilk dəfə nəşr edilən də daxil olmaqla, bir neçə ingilisdilli
“Bibliya” var, – həddindən artıq vasvasılıqla qeyd etdim, - mən hələ Kiprianno de Valerin bədii
nöqteyi-nəzərdən ən pisi sayılan Lüteran və Vulqatın Latınca “Bibliya”larını demirəm.
Göründüyü kimi, mənim siz düşündüyünüz qədər də, “Bibliya”ya ehtiyacım yoxdur.
Bir qədər susandan sonra dedi:
- Mən, sadəcə, “Bibliya” satmıram. Sizə Bikaner ətrafında əlimə düşən müqəddəs bir kitabı da
göstərə bilərəm. Çox güman ki, həmin kitab sizin marağınıza səbəb olar.
9
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
O, çamadanından kitabı çıxardı və masanın üstünə qoydu. Bu, kətan üz-qabıqlı inoktavonun
hansısa bir cildi idi. Şübhə etməyə dəyməzdi ki, bu kitabın çoxsaylı sahibi olmuş və o, əldən-ələ
keçmişdi.
Kitabın üz-qabığında bu sözlər həkk edilmişdi:
“Müqəddəs yazılar” və bir qədər aşağıda isə qeyd olunmuşdu: “Bombey”
- Yəqin XIX əsrə aiddir, - soruşdum.
- Bilmirəm, - o, cavab verdi, - düzü, heç özüm də müəyyənləşdirməmişəm.
Mən sadəcə maraq xatirinə kitabı açdım. Səhifələrdəki hərflər gözümə çox qəribə görsəndi.
Lap “Bibliya”dakı kimi, köhnəlmiş səhifələrdə səliqəsiz yığılmış şiriftlər iki cərgə aşağı gedirdi:
kiçik hərflər qısa sətirlərə düzülmüşdü. Mən müşahidə edib gördüm ki, sol səhifənin nömrəsi,
tutalım, 40514 qeyd edilmişdirsə, əks tərəfdə yəni sağ səhifənin nömrəsi 999 göstərilmişdi. Tez
səhifəni çevirdim – burada artıq səkkiz rəqəmli nömrə gözə dəyirdi.
Burada, həmçinin, lüğətlərdəki rəsmləri xatırladan, sanki hansısa məktəblinin yöndəmsiz əl
işinə oxşar – pero və mürəkkəblə çəkilmiş kobud bir lövbər şəkli də var idi.
Bu zaman yad adam dilləndi:
- Şəkilə diqqətlə baxın. Siz onu bir də heç vaxt görməyəcəksiz.
Səhifənin nömrəsini yadımda saxlayaraq kitabı bağladım və dərhal onu təzədən açdım. Lövbər
şəklini tapmaq məqsədilə mənasız yerə səhifəni səhifənin arxasınca çevirdim.
- Görünür bu Müqəddəs Yazıların hind dilinin ləhcələrinin birinə edilmiş tərcüməsidir, elə
deyilmi? – özümü itirdiyimi gizlətməyə çalışaraq soruşdum.
- Xeyr, - kişi cavab verdi. Sonra sanki hansısa dəhşətli bir sirri mənə açmaq istəyirmiş kimi,
səsini alçaldaraq əlavə etdi: - Uzaqlarda yerləşən şəhərcikdə bir ətək rupi və təptəzə “Bibliya”ya
dəyişərək bu kitabı əldə etmişəm. Kitabın yiyəsi oxumağı bacarmırdı. Güman edirəm ki, həmin
adam bu Kitablar Kitabını cadu hesab edirdi. O, aşağı kastadan çıxmışdı və məhz buna görə də
yuxarı sinfin toxunulmazları özlərini ləkələməkdən qorxmadan onun kölgəsini tapdalaya
bilərdilər. Mənə dedi ki, onun kitabı Qum Kitabı adlanır, çünki kitabın da, qumun da, nə
başlanğıcı, nə də ki, sonu var...
Naməlum qonaq məndən xaiş etdi ki, kitabın ilk səhifəsini tapım.
Sol əlimi cildin üz-qabığına qoydum və baş barmağımla titul səhifəsini sıxaraq kitabı açdım.
Sonra bir də çalışdım. Ancaq bütün cəhdlərim boşa çıxırdı. Hər dəfə üz-qabıqla barmağım
arasında bir neçə vərəq peyda olurdu: sanki onlar kitabdan yenicə yaranırdılar.
- İndi isə sonuncu səhifəni tapın.
Mən yenə də uğursuzluğa düçar oldum.
“Bu, ola bilməz”, - özüm də öz səsimi tanımadan mızıldandım.