Azərbaycan respublikasinin prezidenti yaninda döVLƏT İdarəÇİLİk akademiyasi



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix19.12.2023
ölçüsü0,58 Mb.
#150489
1   2   3   4   5   6
AR Konstitusiyasinin mezmunu. (1) (1)

4.
 
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər və əlavələr 
edilmə qaydaları. 
Dövlətin əsas qanunu kimi Konstitusiyanın məzmunu cari qanunların 
məzmunundan bununla fərqlənir ki, onda əsas, ən sabit ictimai münasibətlər, uzun 
müddət üçün nəzərdə tutulan başlıca prinsipial müddəalar təsbit olunmuşdur. Adətən 
yeni Konstitusiyanın qəbul olunması cəmiyyətin həyatında baş verən əsaslı 
dəyişikliklərlə əlaqədar olur. Konstitusiyanın məzmununda ayrı-ayrı dəyişikliklərin 
edilməsi də ciddi əsaslandırılır. Məhz, bu baxımdan bir çox ölkələrdə dəyişiklərin 
edilməsi mürəkkəb qaydada həyata keçirilir. 
Keçmiş Azərbaycan sovet dövlətinin konstitusiyaları, əsas qanunda 
dəyişikliklərin edilməsini olduqca sadələşdirmişdir. Məsələn, 1978-ci il Azərbaycan 
Respublikasının Konstitusiyasına görə əsas qanunda dəyişikliklər etmək barədə 
qərar, respublika Ali Sovetin bütün deputatların ən azı üçdə iki hissəsindən ibarət 
çoxluğu tərəfindən qəbul olunurdu. Konstitusiyada bu cür sadə qaydada 
dəyişikliklərin edilməsi digər siyasi faktorlarla birgə Konstitusiyanın sabitliyinə 
mənfi təsir göstərirdi. Dəyişikliklər, əlavə düzəlişlər edilmə qaydasına görə, 
Azərbaycan Respublikasının Konstitusiyası sabit konstitusiyadır. Müstəqil 
dövlətimizin ilk Konstitusiyası Azərbaycan Respublikasının vətəndaşları tərəfindən 
referendum yolu ilə qəbul edilib və Konstitusiyanın mətnində dəyişikliklər yalnız 
referendumla qəbul edilə bilər.
Beləliklə, xalqımızın iradəsini ifadə edən Azərbaycan Respublikası 
Konstitusiyasının mətnində dəyişikliklər yalnız xalq tərəfindən referendumla qəbul 


11 
edilə bilər (1.mad.152). Azərbaycan Respublikasının Konstitusiyasının mətnində 
dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan 
Respublikası Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin rəyi alınır. Azərbaycan 
Respublikasının Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan 
Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. 
Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya 
onların ləğv edilməsi haqqında, 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş 
hüquq və azadlıqlarının ləğv və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq 
müqavilələrdə 
nəzərdə 
tutulduğundan daha artıq dərəcədə 
məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz (1.mad.155). 
Azərbaycan 
Respublikası 
Konstitusiyasına 
əlavələr 
Azərbaycan 
Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində 
qəbul edilir. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında 
Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə 
qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Azərbaycan 
Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm 
birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün nəzərdə 
tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün təqdim 
olunur. 
Azərbaycan 
Respublikasının Konstitusiyasına əlavələr haqqında 
Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci 
səsvermədən sonra imzalandıqda qüvvəyə minir (1.mad.156). Konstitusiyanın 
müsbət cəhəti onunla izah olunur ki, burada hansı subyektlərin əsas qanunda 
əlavələrin təklif edilməsi təşəbbüsünə malik olması dəqiq müəyyən olunub. 
Azərbaycan 
Respublikası Konstitusiyasının 157-ci maddəsində deyilir: 
«Azərbaycan 
Respublikasının 
Konstitusiyasına 
əlavələri 
Azərbaycan 
Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Milli Məclisinin azı 63 
deputatı təklif edə bilərlər.


12 
Nəticə 
Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın 
dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətin də əsas qanunudur. 
Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin 
ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş 
cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir. 
Konstitusiyanı cəmiyyətin mikromodeli, hüquqi nişanı kimi təsəvvür etmək olar. 
Məhz onun hüdudlarında və əsasında dövlət hakimiyyəti mexanizmi fəaliyyət 
göstərir, vətəndaşların hüquq və azadlıqları müdafiə olunur, ictimai inkişafın 
sahələri qabaqcadan müəyyənləşdirilir. 
Onu qeyd etmək lazımdır ki, Konstitusiya tənzimlənməsi vektoru kimi hər 
halda ictimai həyata deyil, dövlət həyatı istiqamətində daha çox meyllidir. Çünki 
cəmiyyətin həyat fəaliyyətinin əsaslarını, iqtisadi, sosial, mədəni həyatın bütün 
davranış normalarını Konstitusiya tənzimlənməsi ilə əhatə etmək çətindir. 


13 

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə