8
də artım tempi 2,0%-dən 1,5%-dək, İEOÖ
üzrə isə 6,0%-dən 5,6%-dək azalacaqdır.
Azalma əsasən Аvrozona ilə əlaqədardır. BVF-
nin proqnozlarına əsasən Avrozonada artım
2013-cü ildə 0.7% olacaqdır. ABŞ-da iqtisadi
artımın 2,3%, Almaniyada Avrozona üzrə orta
göstəricidən yüksək olaraq 1,4%, Çində isə
8,5% təşkil edəcəyi ehtimal edilir.
2012-ci ilin əvvəlində Avropa Mərkəzi Bankı
tərəfindən həyata keçirilən likvidliyin artırılması
tədbirləri bankların aktivlərinə təzyiqi azaltsa
da, bu təzyiq sonradan artmağa başladı və
bazarın fraqmentasiyası ilə müşayiət olundu.
Tədqiqatlar göstərir ki, qısa müddət ərzində
etibarı bərpa etmək, kapital axınının qarşısını
almaq və Avrozonanı reinteqrasiya etmək
məqsədilə kompleks siyasət tədbirlərini tətbiq
etmək lazımdır.
Cari ilin sentyabr ayında Avropa Komissiyası
Avrozonada vahid bankçılıq ilə bağlı planlarını
bəyan etdi. Bu plana əsasən qısa müddət
ərzində, yəni 2013-cü ilin yanvarına qədər
Vahid Nəzarət Mexanizminin tətbiqi və 2013-
cü ilin iyul ayına qədər sistem əhəmiyyətli
maliyyə institutlarının, 2014-cü ilin yanvar
ayına kimi isə bütün bankların Avropa mərkəzi
bankının nəzarəti altına keçməsi nəzərdə tutulur.
Avropa Komissiyası cari ilin sonuna kimi milli
prudensial tənzimləmə, bank qərarlarının və
depozitlərin sığortalanması sistemlərinin Avropa
Birliyi qanunvericiliyinə uyğunlaşdıraraq vahid
bank qərarları çərçivəsi altında birləşdirilməsini
nəzərdə tutur. Burada həmçinin milli bankçılıq
orqanları üzərində Avropa Bankçılıq Orqanının
“məcburi vasitəçilik” səlahiyyətlərinin Avropa
Mərkəzi Bankına verilməsi nəzərdə tutulur.
Maliyyə sisteminin etibarlılığını artırmaq
məqsədilə tənzimləmə sahəsində bir çox
islahatlar həyata keçirilsə də, prosesin ilkin
mərhələdə olması bu sahədə olan inkişafı
məhdudlaşdırır. Habelə, bir sıra ölkələrin hələ
də valyuta bazarına müdaxilə edilməsi maliyyə
sisteminin yeni etibarlı iş rejimində işləməsini
ləngidir. Bu baxımdan əvvəllər olduğu kimi
hazırda da, sistem riski yaradan maliyyə
seqmentlərinə diqqət yetirmək lazımdır. Bazel
III-ə əsaslanaraq likvidlik və kapital buferinin
yüksək səviyyədə saxlanılması bankların
şoklara qarşı dayanıqlığının artmasına köməklik
göstərəcəkdir.
Eyni zamanda BVF faiz dərəcələrinin
səviyyəsini diqqət mərkəzində saxlamağı
tövsiyə edir. Belə ki, aşağı faiz dərəcələri hazırda
çox mühüm olsa da, gələcəkdə yeni kövrəklik
amillərinin meydana çıxmasına səbəb ola bilər.
Bir sıra islahat proqramlarının reallaşmasında
irəliləyişlər əldə olunsa da, aşağıdakı sahələrdə
həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinə
ehtiyac var:
•
banklar üçün bəzi fəaliyyət növlərinə
məhdudiyyətlərin qoyulmasının üstünlükləri
və çatışmamazlıqlarının qlobal səviyyədə
müzakirəsi;
•
zəruri olduğu halda “kölgə bank sekto-
ru” çərçivəsində sistem riski yaradan bank
olmayan maliyyə təşkilatları üçün prudensial
normativlər sisteminin yaradılması və
monitorinqi;
•
daha sadə məhsulların və sadə təşkilati
strukturların tətbiqinin təşviqi metodlarının
təhlili;
•
maliyyə çətinlikləri yaşayan iri
təşkilatların problemlərinin həlli yollarının
təkmilləşdirilməsi.
Həmçinin daha yaxşı iqtisadi nəticə verə
biləcək tənzimləmə və maliyyə siyasətinin digər
istiqamətləri ilə bağlı tövsiyələrə aşağıdakılar
daxil edilir:
Bank sektorunun fəaliyyət göstərdiyi mühit
Mənbə: BVF, Global Financial Stability Report, October 2012
9
•
iqtisadi
artımı
stimullaşdıran
kreditləşmənin rolunu azaltmamaq şərti ilə
kapitalın və likvid aktivlərin kifayətliliyi;
•
beynəlxalq səviyyədə sağlam maliyyə
fəaliyyətinin təmin edilməsi üçün bankların səmə-
rəli idarə edilməsi və nəzarət mexanizminin tətbiqi;
•
ölkələrarası kapital axınında volatilliyin
aşağı salınması üçün transsərhəd kredit
əməliyyatları aparan və ödəmə qabiliyyətini
itirən bankların problemlərinin həlli üçün təsirli
mexanizmlərin tətbiqi.
2012-ci ilin aprel ayından etibarən Avropa
siyasətçiləri Avrozonada maliyyə bazarlarının
fraqmentasiyası və İqtisadi və Monetar Birliyin
arxitekturasını möhkəmləndirən gələcək
siyasət tədbirlərini elan etmişdir. Bu tədbirlərin
həyata keçirilməsindən maksimum səmərəlilik
əldə etmək üçün ilk növbədə gələcəkdə tam
inteqrasiya edilməsi şərti ilə tədbirlərin milli
səviyyədə həyata keçirilməsi tövsiyə edilir.
1.2. Azərbaycan iqtisadiyyatında vəziyyət
2012-ci ilin 9 ayında bank sistemi ölkənin
xarici mövqeyinin güclənməsi və qeyri-neft
sektorunda iqtisadi aktivliyin yüksəlməsi,
makroiqtisadi sabitliyin qorunması şəraitində
fəaliyyət göstərmişdir.
Dövr ərzində qlobal iqtisadiyyat kövrək də
olsa, artımın davam etməsi və yüksək enerji
qiymətləri şəraitində ölkənin xarici mövqeyi
əlverişli olaraq qalmışdır. Dövlət Gömrük
Komitəsinin (DGK) məlumatlarına əsasən,
2012-ci ilin 9 ayında xarici ticarət dövriyyəsi
24.6 mlrd. dollar təşkil etmişdir ki, bunun da
17.8 mlrd. dolları ixracın, 6.8 mlrd. dolları isə
idxalın payına düşmüşdür. Cari ilin yanvar-
sentyabr aylarında xarici ticarət balansının
profisiti 11 mlrd. ABŞ dolları olmuşdur.
İxracdan əlavə, xaricdən pul baratlarının və
kapital axınlarının dinamikası da ölkəyə valyuta
Bank sektorunun fəaliyyət göstərdiyi mühit
“Kölgə” bank sistemi leverec formalaşdıran,
likvidlik transformasiyasında iştirak edən qeyri-bank
maliyyə institutlarıdır. Dünya təcrübəsi göstərir ki,
iqtisadi tsiklin ekspansiya fazasında kölgə bank
sistemi sürətlə böyüyür və tənzimləmə çərçivəsindən
kənarda qaldıqda enmə fazasında bank sistemi və
iqtisadiyyat üçün əhəmiyyətli risklər formalaşdırır.
Bu risklər sırasına ümumi maliyyə sabitliyinin
pozulması, real sektorun kreditləşməsində fasilələrin
yaranması və s. aid etmək olar. Hazırda kölgə
bank sistemi barədə dəqiq və müfəssəl statistika
yoxdur. Maliyyə Sabitliyi Şurasının
3
“digər maliyyə
vasitəçiləri” klassifikasiyasına uyğun olaraq inkişaf
etmiş ölkələrdə əgər 2002-ci ildə kölgə bank
sisteminin aktivləri 23 trln. $ təşkil edirdisə, 2007-
ci ildə bu rəqəm 50 trln. $-a çatmışdır. Başqa ifadə
ilə kölgə bank sisteminin ümumi maliyyə sisteminin
aktivlərində payı 23%-dən 27%-ə yüksəlmişdir.
Ümumi kölgə bank sistemi içində pul bazarı fondları
xüsusi əhəmiyyətə və paya malikdir. Belə ki, bu
fondların aktivlərinin həcmi ABŞ-da 2.7 trln. dollara,
Avropada 1.5 trln., qalan dünyada isə 0.4 trln.
dollara çatır. Bu tip fondları korporasiya və riteyl
investorlar qısa müddətli maliyyələşmə və nağd
pulun idarəedilməsi üçün vasitə olaraq istifadə
edirlər.
Kölgə bank sisteminin həcmi və maliyyə
innovasiyalarının tətbiqi sürəti mütəmadi monitorinq
və hədəflənmiş intervensiyaları zəruri edir. Hazırda
Maliyyə Sabitliyi Şurası bu istiqamətdə işlərini
davam etdirir. Həm monitorinq, həm də requlyativ
çərçivənin formalaşdırılması böyük əhəmiyyət
daşıyır. Siyasət qurucuları üçün xüsusilə maraqlı və
önəmli olan kölgə bank sistemi ilə bank sistemi və
real sektorun əlaqələri və ya kəsişmələridir. Amma
unutmaq lazım deyil ki, kölgə bank sisteminin
ümumi maliyyə sistemində artan payı onun özünün
ayrıca requlyasiya obyektinə çevrilməsini zəruri edir.
Mənbə: “Shadow Banking”, BİS 82nd annual report, iyun 2012
Haşiyə 2. “ Kölgə”(shadow) bank sistemi
3
Təşkilata 24 ölkənin Mərkəzi Bankları, Maliyyə Nazirlikləri və digər iqtisadi qurumları, eyni zamanda bir sıra nüfuzlu iqtisadi benəlxalq
təşkilatlar daxildir