4.5.3. qiymətləndirmə zamanı istifadə edilən məlumatların dürüstlüyü və
dolğunluğu;
4.5.4. qiymətləndirmə zamanı istifadə olunan fərziyyə, model və ssenarilərin
əsaslandırılması və etibarlılığı.
4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərinə müvafiq olaraq aparılmış
qiymətləndirmənin və təhlilin nəticələri bankda müəyyən edilmiş hesabatlıq
qaydasına uyğun olaraq Müşahidə Şurasına təqdim edilir.
4.7. Bankın məcmu kapitalının qiymətləndirilməsi və idarə edilməsi
prosesləri ildə bir dəfədən az olmayaraq daxili audit vasitəsilə yoxlanılır və nəticələr
barədə Müşahidə Şurasına hesabat verilir.
5. Məcmu kapitalın strukturu
Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli və ikinci (II) dərəcəli kapital
daxildir. I və II dərəcəli kapitala aid olan komponentlər bu Qaydaların 6-cı və 7-ci
hissələrində müəyyən edilir.
6. I dərəcəli kapital
6.1. I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği
(aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 (əlli)
faizdən az olmamalıdır.
6.2. I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
6.2.1. dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı
adi səhmlər çıxılmaqla);
6.2.2. dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz
imtiyazlı səhmlər;
6.2.3. kapital artıqlığı;
6.2.4. keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti;
6.2.5. bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil
edən səhmdarların (payçıların) kapitalı.
6.3. Keçmiş illərin bölüşdürülməmiş xalis mənfəətinə aşağıdakılar daxil edilir:
6.3.1. cari ilin zərəri çıxılmaqla bütün əvvəlki illərin yığılıb bölüşdürülməmiş
mənfəəti;
6.3.2. kapital ehtiyatları, yəni əvvəlki illərin bölüşdürülməmiş mənfəəti
hesabına yaradılmış fondlar.
7. II dərəcəli kapital
7.1. II dərəcəli kapital əlavə kapitaldır. Bankın hesablanmış məcmu
kapitalında II dərəcəli kapitalın məbləği I dərəcəli kapitalın məbləğindən (aparılan
“tutulmalardan” sonra) çox olmamalıdır. Bundan artıq olan hissə məcmu kapitalın
hesablanması zamanı nəzərə alınmır.
7.2. II dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
7.2.1. cari ilin mənfəəti;
7.2.2. ümumi ehtiyatlar (balans aktivlərinin və balansdankənar öhdəliklərin
risk dərəcəsi üzrə ölçülmüş məbləğinin (aparılan “tutulmalar”dan sonra) 1,25
faizinədək, lakin “adi” ehtiyatların məbləğindən çox olmayan hissəsi);
7.2.3. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər istisna olmaqla kapitalın
hibrid elementləri.
[8]
7.2.3.1. kumulyativ müddətsiz imtiyazlı səhmlər;
7.2.3.2. ən azı 5 (beş) il müddətinə buraxılmış subordinasiya borc
öhdəlikləri (ödəniş müddətinin başa çatmasına qalan son 5 (beş) ildə II dərəcəli
kapitala daxil edilmək üçün hər il 20 (iyirmi) faiz azaldılması şərti ilə). II dərəcəli
kapitalın hesablanmasında nəzərə alınan subordinasiya borc öhdəliklərinin məbləği
I dərəcəli kapitalın (aparılan “tutulmalar”dan sonra) 50 (əlli) faizdən çox
olmamalıdır.
[9]
7.3. Bu Qaydaların 7.2.3-cü yarımbəndində nəzərdə tutulmuş kapitalın hibrid
elementləri II dərəcəli bank kapitalına daxil edilməsi üçün onlar ən azı aşağıdakı
meyarlara cavab verməlidir:
[10]
7.3.1. kreditorların tələbi ilə geri çağırılmasının qeyri-mümkünlüyü;
7.3.2. bankın bu alətlər üzrə faiz ödənişlərinin təxirə salmaq hüququnun
olması;
7.3.3. bank ləğv edildikdə bu alətlər üzrə öhdəliklərin ödənilməsinin bütün
digər kreditorların tələbləri tam ödənildikdən sonra icra olunması;
7.3.4. bu alətlər üzrə öhdəliklərin bankın öz aktivləri ilə icrasına hər hansı
formada təminat verilməməsi;
7.3.5. kapital adekvatlığı göstəricilərinin bu Qaydalarla müəyyən edilmiş
minimum səviyyədən aşağı olduğu halda bankın bu alətlər üzrə öhdəliklərinin
icrasını təxirə salmaq hüququnun olması;
7.3.6. bankın bu alətlər üzrə öhdəliklərinin əsas məbləğinin icra müddəti ən
azı 5 (beş) ildən sonra və ya müddətsiz şərti ilə müəyyən olunmalıdır.
[11]
7.4. Kapitalın hibrid elementləri, o cümlədən subordinasiya borc öhdəlikləri II
dərəcəli kapitalda ödəniş müddətinin başa çatmasına 5 il qaldıqda qalıq müddətinin
birinci ilinin əvvəlindən başlayaraq hər il 20 faiz azaldılmaqla nəzərə alınır.
7.3.7. 7.5. II dərəcəli kapitalın hesablanmasında nəzərə alınan kapitalın
hibrid elementlərinin məbləği I dərəcəli kapitalın (aparılan “tutulmalar”dan sonra)
50 (əlli) faizindən çox olmamalıdır.
[12]
8. Kapitaldan tutulmalar
8.0. Kapitalın adekvatlıq əmsalları və leverec əmsalı hesablanmazdan əvvəl
kapitaldan aşağıda göstərilənlər çıxılır (“tutulmalar” aparılır):
[13]
8.0.1. I dərəcəli kapitaldan - bütün “qeyri-maddi” aktivlərin xalis
dəyəri (amortizasiyası nəzərə alınmaqla) və Maliyyə Hesabatlarının Beynəlxalq
Standartları ilə müəyyən olunmuş təxirə salınmış vergi aktivlərinin məbləği;
[14]
8.0.2. məcmu kapitaldan - bankın investisiyalar üçün yaratdığı “məqsədli”
ehtiyatlar çıxılmaqla konsolidasiya olunmamış törəmə cəmiyyətlərinə, habelə digər
hüquqi şəxslərin kapitalına vəsait qoyuluşları.
9. Aktivlərin risk dərəcəsi üzrə ölçülməsi
9.1.
Banklar bütün balans aktivlərini və balansdankənar öhdəliklərini
növündən, xüsusiyyətindən, habelə öhdəliyin təminatından asılı olaraq müxtəlif risk
dərəcələrinə aid edirlər. Aktivlərin və balansdankənar öhdəliklərin təminatı
qismində qiymətli kağızlar çıxış etdikdə risk dərəcələrinin ölçülməsi zamanı
qiymətli kağızların bazar dəyəri nəzərə alınır.
[15]
9.2.
Aktivlər 0 (sıfır), 20 (iyirmi), 50 (əlli), 100 (yüz) və 120 (yüz iyirmi) faizli
risk dərəcələrindən (qruplarından) birinə aid edilir.
[16]
9.3.
Balans aktivlərinin risk dərəcəsi üzrə ölçməsi üçün aktivlərin balans
məbləği aşağıda göstərilən müvafiq risk əmsallarına vurulur və nəticələr toplanır.
9.4.
Balans aktivləri risk qruplarına aşağıdakı xüsusiyyətlərindən asılı
olaraq aid edilir:
9.4.1. 0 (sıfır) faizli (0,0 əmsallı) risk qrupu;
9.4.1.1. bankın kassalarında, xəzinələrində, onun nümayəndəlik, şöbə və
filiallarında, mübadilə şöbələrində, bankomatlarda və digər ödəniş terminallarında,
habelə yolda olan Azərbaycan Respublikasının milli valyutası, İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatı (bundan sonra - İƏİT) ölkələrinin (Əlavə 1) sərbəst dönərli
valyutası və bank metalları;
9.4.1.2. bankın Mərkəzi Bankda və ya onun ərazi idarələrindəki müxbir
hesablarında və məcburi ehtiyatlarında olan vəsait;
9.4.1.3. Azərbaycan Respublikası adından bağlanmış müqavilələr üzrə
yaranan birbaşa tələblər, dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən
buraxılan qiymətli kağızlar və ya Azərbaycan İpoteka Fondunun buraxdığı təmin
edilmiş qiymətli kağızlar;
[17]
9.4.1.4. İƏİT ölkələrinin hökumətlərinin və ya mərkəzi banklarının
buraxdıqları qiymətli kağızlar və onlara qarşı olan birbaşa tələblər;
Dostları ilə paylaş: |