47
2. TƏLİM STRATEGİYALARI
Təlim strategiyaları təlim prosesinin təşkilinə verilən tələbləri, istifadə edilən
forma, üsul və vasitələri əhatə edir. Yeni kurikulumlarda təlim strategiyaları
anlayışının işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha
səmərəli şəkildə
istifadə olunması, ilk növbədə, əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir
tələblər baxımından izahını tələb edir. Təhsilə özündə dili, milli və bəşəri dəyərləri,
bacarıqları ehtiva edən sistem kimi baxılır. Bu dəyərlərin formalaşmasında
şəxsiyyətin istiqamətləndirilməsi, mədəniyyəti, dostluq və yoldaşlıq əsas aparıcı
prinsiplər kimi çıxış edir.
Təhsil sisteminin ilk pilləsi məktəbəqədər təhsildir. Gözlənilən nəticələri ilə
fərqlənən bu pillə bir-birini tamamlayır və ardıcıl olmaqla təhsilin ümumi sistemini
təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu zaman demokratikləşmə,
humanistləşdirmə, diferensiallaşdırma, fərdiləşmə, sosiallaşma, variativlilik,
inteqrativlik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.
İnsanın sosiallaşma prosesində bəşəri və milli dəyərlərə yiyələnməsi müxtəlif
fəaliyyət sahələrində həyata keçirildiyindən təhsilə həm də proses kimi yanaşılır.
Onun didaktik əsasını qanunauyğunluq, təcrübilik, məqsədyönlülük, sistemlilik, fa-
siləsizlik, variativlik, mərhələlilik, fərdilik təşkil edir.
Təhsil həm də bütövlükdə tərbiyəçi, uşaq və valıdeynin birgə fəaliyyətinin
yekunu olduğundan ona nəticə kimi baxılır, tam və mərhələli prosesin sonu kimi
qiymətləndirilir.
Məktəbəqədər təhsil proqramında (kurikulumunda) təlim strategiyaları
aşağıdakı məsələləri əhatə edir:
- təlim prosesi və onun təşkili prinsipləri;
- təlimin təşkilində istifadə olunan forma və üsullar;
-təlimin planlaşdırılması.
48
2.1.Təlim prosesi və onun təşkili prinsipləri
Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan
tərbiyəçi və uşaqların funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən
olunmuş nəticələrə əsasən qurulur. Tərbiyəçi təlim prosesində yeni texnologiyaların
içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında tərbiyəçi
və uşaq şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt –
subyekt” formuluna uyğun qurulur. Bu zaman uşaqlar öz təfəkkürünün,
düşüncəsinin, tərbiyəçilər isə uşağın inkişafı üçün şəraitin təşkilatçısı olur.
Tərbiyəçilərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahəsindəki
fəaliyyəti məhdudlaşır. O daha çox qrup şəraitində təlim fəaliyyətini əlaqələndirən,
istiqamətləndirən məsləhətçi kimi uşaqların müstəqil idraki fəaliyyətini,
yaradıcılığını təşkil edən subyektə çevrilir, uşaqlar isə müstəqil axtarışlar aparmağa,
yaradıcı fəaliyyət göstərməyə sövq edilir.
Uşaqların fiziki inkişafına, sağlamlığına kömək etmək üçün aşağıdakı
strategiyalar çox mühümdür
.
Bunlar hər bir uşağın unikal ehtiyaclarını təmin etmək,
fiziki inkişafına kömək göstərmək baxımından əhəmiyyət daşıyır:
•
hər bir uşağın sağlamlığı və təhlükəsizliyi üçün şəraitin yaradılması;
•
uşaqların tibbi müayinə ilə təmin olunması;
•
uşaqların optimal inkişafını artıran qidalanmanın təmin olunması;
•
uşaqların sağlamlığı, fiziki forma və fəal hərəkətləri artıran gündəlik şəraitin
yaradılması;
•
uşaqların fiziki hərəkətlərini məhdudlaşdırmayan fəaliyyəti təmin etmək üçün
təhlükəsiz şəraitin yaradılması;
•
materialların bütün uşaqlar üçün asanlıqla əlçatan (hündürlük, ölçü,
yerləşdirilmə) olması;
•
nəğməli oyunların, mahnı oxunmasının, rəqs və digər mədəni baxımdan
spesifik fəaliyyətlərin uşaqların gündəlik rejimlərinə daxil edilməsi;
49
•
fiziki xüsusiyyətlər və eləcə də fərdi üstünlüklər haqqında müzakirələrin
aparılması;
•
risk faktorları və uşaqların hüquqlarının pozulması hallarının qarşısının
alınması.
Uşaqların sosial və emosional inkişafı onların böyüdüyü və öyrəndiyi
kontesktlərlə, mədəniyyət və münasibətlərlə bağlı olduğu üçün valideynlər və
tərbiyəçilər uşaqların sosial və emosional inkişafının formalaşmasında əsas rol
oynayırlar.
Aşağıdakı strategiyalar hər bir uşağın öz unikal ehtiyaclarını ödəyən təcrübələr
əldə etməsinə kömək edəcək:
•
uşaqlara qarşı həssas, məsuliyyətli və qayğıkeş olmaq;
•
uşaqlara öz emosiyalarını qəbul etmək, başa düşmək və idarə etməkdə kömək
etmək;
•
müxtəlifliyi bildirən, mədəniyyət baxımından münasib fəaliyyətlərin, təcrübə
və materiallar toplusundan istifadə etmək;
•
ailə mədəniyyətinin qəbul edilməsinə və yüksək qiymətləndirilməsinə dəstək
vermək;
•
bütün insanlara hörmət edən və mənfi rəylərdən azad mühit yaratmaq;
•
qarşılıqlı münasibətlər qurmaq üçün davamlı şərait təşkil etmək;
•
uşaqların nəyi bildiyinə və nəyi yaxşı bacardığına əsaslanmaq;
•
münaqişənin və problemlərin həlli bacarıqlarının modelini yaratmaq və
uşaqlara öyrətmək.
Hər bir uşaq özünün fiziki və sosial dünyasında müxtəlif yollarla ümumi
biliklər əldə edir. Mahiyyət etibarilə, hər bir uşaq özünün ünsiyyət, dil və savadlılıq,
zəruri həyati bacarıqlarının inkişaf etdirilməsinə dəstək və kömək üçün ehtiyac
duyur. İdrakın inkişafına kömək etmək üçün aşağıdakı strategiyaların nəzərə
alınması tövsiyə olunur:
Dostları ilə paylaş: |