Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə37/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
Sənaye-sahələrinin-proses-və-aparatları

2. İstilik mübadiləsi prosesi.
Buxar və maya fazanın qarışması nəticəsində bu 
axınlar arasında istilik mübadiləsi baş verir. Ona görə ki, buxar axını nisbətən 
yüksək temperatura, maye axını isə nisbətən aşağı temperatura malik olurlar 
(t
b
>t
m
), nəticədə buxar ilə maye arasında temperaturlar fərqi yaranır. t=t
b
-t
m
,
o
C. 
Bu temperaturlar fərqi hesabına onlar arasında istilik mübadiləsi gedir, başqa sözlə 
isti buxar istiliyinin bir hissəsini aşağı temperaturlu mayeyə verir. 
3. Maddələr mübadiləsi prosesi.
Görüşən buxar və maye axınları arasında 
aşağıdakı prinsip üzrə maddə mübadiləsi gedir. Bu görüşən axınlar arasında gedən 
istilik mübadiləsi maddələr mübadiləsi ilə nəticələnir. Belə ki, buxar axını üz 
istiliyinin bir hissəsini mayeyə verərək, müəyyən qədər soyuyur, qismən 
kondensləşir və alınan kondensat maye axınına qarışır. Kondensləşən hissə 
tərkibcə əsasən yüksək qaynayan komponentdən (AQK) ibarət olur. İstiliyi alan 
maye isə müəyyən qədər qızır, qaynayır və bir hissəsi buxara çevrilir, buxar 
axınına qarışır. Buxarlanan hissə tərkibcə alçaq qaynayan komponentdən ibarət 
olur. Beləliklə hər bir kontakt tərtibatı səthində görüşən buxar və maye axınları 
arasında nəzərdən keçirilən üç proses ardıcıl gedir, onların sonuncu nəticəsi axınlar 
arasında komponent mübadiləsi ilə nəticələnir. 

Fasiləsiz işləyən rektifikasiya qurğusunun sxemi 
Müasir rektifikasiya qurğuları aşağıdakı sxem üzrə işləyir. 
Xammal kalona P=const sabit təzyiqdə aşağıdakı hallarda verilə bilər: 
1.Sabit təzyiqdə və qaynama temperaturda maye halında; 
2.Qaynama temperaturunda maye- buxar qarışığı halında 
3.Doymuş buxar halında 
Fasiləsiz işləyən rektifikasiya qurğusunu sxematik göstərək. 

su 7 
3 buxar 



maye 

distilat 
maye xammal 1 
kond. 
10 
qarışığı 

su 

buxar 
kub 

qalığı 
Fasiləsiz işləyən rektifikasiya qurğusunun sxemi 
1-Xammal tutumu; 2-xammal nasosu; 3-Xammal qızdırıcısı; 4-tam 
rektifikasiya kalonu; 5-Kalonun qaynadıcısı; 6-kondensator-soyuducusu; 7-distilat 
tutumu; 8-maye fleqma nasosu: 9-Kub qalığı tutumu. 
Maye xammal qarışığı tutumdan 1 xammal nasosu 2 ilə xammal qızdırıcısında 
3 qaynama temperaturunadək qızdırılaraq rektifikasiya kalonunun 4 qidalanma 
şöbəsinə verilir, buxar faza kalonun 4 yuxarısına doğru hərəkət edərək AQK 
zənginləşər, kondensator- soyuducuda 6 kondensləşərək distillat tutumuna 7yığılır, 
oradan distillatın bir hissəsi maye fleqma nasosu 8 ilə kalona maye 
fleqma(suvarma) halında qaytarılır, qalan hissəsi maye distilat tutumuna 7 yığılır. 
Kalonun aşağı hissəsinə hərəkət edən kub qalığının tərkibi YQK-lə zənginləşir, 
qaynadıcıda 5 bir hissəsi buxara verilərək kalona 4 qaytarılırqalan hissəsi 
soyuducuda 10 soyudularaq kub qalığı tutumuna 9 verilir. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə