XIV mühazirə
531
İranın
milli
azadlığının
möhkəmləndirilməsi,
bütün
müttəfiqlərlə dostluq əlaqələrinin möhkəmləndirilməsi, əmək
haqqında qanunun qəbulu və s.
«Azərbaycan» cəmiyyətinin fəaliyyəti demokratik və
milli qüvvələrin səfərbər edilməsində xüsusilə çox faydalı
olmuşdur. 1941-ci ilin oktyabrında azərbaycanlı ziyalıların de-
mokratik nümayəndələrini öz siralarında birləşdirmiş cəmiyyət
noyabrın 1-dən Azərbaycan və fars dillərində «Azərbaycan»
qazetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində
(1942-ci ilin əvvəllərində cəmiyyət və onun orqanı mərkəzin
irticaçı qüvvələri tərəfindən qadağan edilmişdi) İrandakı
Azərbaycan türklərinin milli özünüdərkinin dərinləşməsində, milli
mədəniyyətin inkişafında böyük rol oynadı.
Ancaq İranda Sovet faktorunun Cənubi Azərbaycandakı
hadisələrə təsirini də nəzərə almaq lazımdır. II Dünya
müharibəsi başlanandan və Qərbi Belarus, Qərbi Ukrayna,
Bessarabiyanı zəbt etdikdən sonra Cənubi Azərbaycan Stalinin
işğalçı planlarında xüsusi yer tuturdu. Demokratik ziyalılırın
milli dircəliş uğrunda mübarizəsi, Şimali Azərbaycandakı
həmvətənləri ilə yaxınlığa can atmaları da Stalinin planları ilə
üst-üstə düşürdü. Sovet ordusunun İrana yeridilməsi ilə eyni
zamanda Sovet Azərbaycanı, M.C.Bağırov başda olmaqla
rəhbər partiya və dövlət işçiləri, ziyalılar, hərbi qulluqçular
üzərinə fövqəladə bir missiya – Cənubi Azərbaycanda milli-
mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuşdu. 1941-ci
il oktyabrın 11-dən Təbrizdə Azərbaycan türkçəsində «Vətən
yolunda», Urmiyada «Qızıl əsgər» qəzetlərinin nəşri, oktyabrın
ortalarından Azərbaycan Opera və Balet teatrının qastrolları,
müxtəlif musiqi kollektivlərinin səfərləri və b. tədbirlər bu
qəbildən idi. Cənubi Azərbaycana göndərilmiş qrupa MK-nin
3-cü katibi Əliyev Əziz Məmmədkərim oğlu rəhbərlik etdi.
*
*
Я
(1897-1962).
,
, 1938-
.
.
Cənubi Azərbaycan 1917-ci il
– XXI əsrin əvvəllərində
532
Cənubi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək
üçün bir təşkilat lazım idi. Bu təşkilat 1945-ci ilin sentyabr
ayının 3-də S.C.Pişəvərinin
*
başçılığı altında yaradılmış
Azərbaycan Demokrat Firqəsi (partiyası) idi. ADP-nin
müraciətnaməsi nəşr olundu. Onu görkəmli azadxahlardan 77
nəfər imzalamışdı. Müraciətnamə vasitəsilə yeni bir siyasi
partiya yaradıldığı, onun məqsəd və vəzifələri xalqa çatdırılırdı.
Burada Azərbaycan xalqının milli azadlığı və İranın siyasi üsul-
idarəsinin demokratikləşdirilməsi məsələləri irəli sürülür, İran
dövlətinin Azərbaycan xalqına etdiyi milli zülm ifşa olunurdu.
Göstərilirdi ki, Azərbaycan xalqı öz zəngin torpaqlarında
yabançı kimi yoxsul halda yaşamaqdadır. Xalqın milli azadlığı
yolunda görüləcək işlər 12 maddədən ibarət şüarlar şəklində
verilmişdi.
Müraciətnamədə göstərilirdi ki, İranın istiqlal və ərazi
bütövlüyünü saxlamaqla Azərbaycana daxili azadlıq və mədəni
muxtariyyət verilməlidir. Bundan ötrü də tezliklə əyalət və vi-
layət əncümənləri seçilməlidir.
Burada ana dili, fəhlə,
,
-
(1941-1942),
(1942-1948),
( )
-
(1949-50),
(1950-51)
. 1941-
(1942-
).
*
(
) (1893-1947)
-
. 1917-
.
.
1930-40-
-
.
1945-
-
( )
-
-
.
,
.
,
.
-
.