Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan texniKİ universiteti NƏZDİNDƏ


Mövzu 28: Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. MM sistemində



Yüklə 105,95 Kb.
səhifə5/5
tarix15.10.2018
ölçüsü105,95 Kb.
#74388
1   2   3   4   5

Mövzu 28: Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. MM sistemində

göstərilən tibbi yardımın növləri.
Mülki müdafiə tibb xidmətinin vəzifələri və təşkili. Mülki müdafiə - ölkəmizin əhalisini və təsərrüfat obyektlərini təbii fəlakətlərin, güclü istehsalat qəzalarının nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən mühafizə etmək məqsədilə həyata keçirilən ümumdövlət sosial və müdafiə tədbirləri sistemidir. Bu tədbirlər həm sülh və müharibə vaxtı yerinə yetirilir. Mülki müdafiənin Tibb xidmətinin əsas vəzifələri:

  • təbii fəlakət və qəza nəticəsində zədə almış adamlara, yaralılara, xəstələrə vaxtında tibbi yardım göstərmək , müalicə etmək;

  • kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq;

  • müasir qırğın silahlarının zədələyici amillərindən əhalinin müdafiə etməsi üçün tibbi tədbirlər lompleksini həyata keçirmək;

Tədbirlər kompleksinə aşağıdakılar aiddir:

  • epidemiya əleyhinə;

  • sanitariya gigiyena;

  • əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının öyrədilməsi, onlar dərman vasitələri ilə təmin etmək;

  • ərzaq məhsullarının və suyun radiaktiv, kimyəvi və bakterial maddələrlə çirklənməsinə laboratoriya nəzarəti etmək

Tibb xidmətinə həvalə edilən vəzifələrin hamısına əhalinin tibb təminatı deyilir.Mülki müdafiənin tibb xidmətinin vəzifəsinə müvafiq səhiyyə orqanlarının rəhbərləri:

  • respublikada səhiyyə naziri

  • şəhər,rayonlarda səhiyyə şöbələrinin müdiri

  • xəstəxanaların,tibb sanitar bölmələrinin baş hakimləri

  • xəstəxanaların həkimləri

Şəhər və rayon tibb xidmətinin rəisləri Mülki müdafiə rəhbərlərinə,şəhərə və rayon İcra hakimiyyətinə başçısına tabedirlər. Mülki müdafiə tibb xidmətinin qüvvələri birləşmiş tibb dərslərindən və tibb müəssəlindən ibarətdir və aşağdakılardan ibarətdir.

  • sanitar postu

  • sanitar bölməsi

  • sanitar bölməsi dəstələri

  • ilk həkim yardımı dəstəsi

  • epidemiya əleyhinə səyyar dəstə

Sanitar postu – postun rəisindən,3-4 nəfər üzvündən ibarət olur. Sanitar bölməsi – manqa komandirindən,rabitəçidən,manqa komandirinin müavinindən,hərəsi 4 nəfərdən ibarət 5 manqadan ibarətdir. Sanitar bölməsi dəstəsi – 4-5 sanitar,bölməsindən və dəstəni idarəetmə qrupundan ibarətdir. İlk həkim yardımı dəstəsi – həkimlər,orta rütbəli tibb işçiləri,digər xidmətçi heyət,iki sanitar bölməsindəm ibarətdir. Epidemiya əleyhinə səyyar dəstə - 1 sanitar bölməsindən ibarətdir.
Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri. Mülki müdafiənin tibbi yardımı 3 yerə bölünür:

  1. ilk tibbi yardım

  2. ilk həkim yardımı

  3. ixtisaslaşdırılmış tibbi yardım

İlk tibbi yardım aşağıdakılardan ibarətdir:

  1. qanaxmaları müvəqqəti dayandırmaq;

  2. yara və yanıq yerlərinə sterli sarğı qoymaq;

  3. sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə immobilizasiya etmək;

  4. süni nəfəs vermək, ürəyi xaricdən masaj etmək;

  5. kimyəvi və radiaktiv maddələrlə zəhərlənmiş sahələrdə isə fərdi apteçkadan istifadə etməklə şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini təmizləmək, yaralılara əleyhqaz geyindirmək, təhlükəli sahələrdən çıxartmalı.

İlk həkim yardımı aşağıdakılardan ibarətdir:

  1. yaranın və xəstəliyinin ağırlaşmasının qarşısını almaq;

  2. orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa etmək;

  3. yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlamaq.

İxtisaslaşdırılmış tibbi yardım-mütəxəssis həkimlər tərəfindən xəstəxanalar bazasının müvafiq müalicə müəssisələrində göstərilir. Mülki Müdafiənin Tibb yardımın mahiyyəti-müxtəlif növ tibbi yardım ardıcıl və fasiləsiz surətdə göstərilir, bununla birlikdə yaralılar mərhələlər üzrə xəstəxanalara köçürülür. Tibbi köçürülmə 3 mərhələdə aparılır:

I mərhələdə: yaralılara yerlərdə ilk tibbi yardım göstərilir, tibb dəstələrinin köməyilə yaxınlıqdakı xəstəxanalara köçürülür.

II mərhələdə: yaralılara və xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərilir və müalicə edilir.

III mərhələdə: yaralıların və xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərilir və müalicə edilir.

Tibbi köçürülmə mərhələsi- yaralıları, xəstələri qəbul etmək, qruplaşdırmaq, müəyyən növ tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş tibb dəstələrinə deyilir.



Mövzu 29: Sarğı və sarğı qoymaq haqqında anlayış Yaralar, qanaxmalar, qapalı zədələnmələr və sınıqlar haqqında ümumi anlayış

Sarğı və sarğı qoymaq haqqında anlayış. Yaranın üstünü örtmək üçün işlədilən parça materiallara sarğı materialı adlanır. Sarğı materialı aşağıdakı kimi olmalıdır:

  • hidroskopik( nəmçəkən)

  • yardakı qanı və irini hopduran sarğı

  • tez qorumaq və asanlıqla sterləşmək xassələrinə malik sarğı

Əsas sarğı materialları aşağıdakılardan ibarətdir:

  • tənzifdən

  • ağ pambıqdan

  • ağac pambıqdan

  • ləçəkdən

Tənzifdən istifadə etməklə tabel sarğı vasitələri hazırlanır və aşağıdakılardan ibarətdir:

  • fərdi sarğı paketləri

  • müxtəlif ölçülü sterli və qeyri sterli bintlər

  • tənzif kürəciklər

  • tamponlar

  • yastıqçalar

  • tənzif dolaqları

Sarğı iki hissədən ibarətdir:

  • yaraya toxunan daxili hissədən

  • yaranın üstündə saxlanılan xarici hissədən

Sarğının növləri aşağıdakı kimidir:

  • tənzif, parça, sintetik material sarğılar

  • gips, nişasta sarğılar

  • müxtəlif materiallardan hazırlanmış şin sarğılar

  • sıxıcı sarğılar

  • yapışqan sarğılar

  • bint sarğılar

  • ləçək sarğılar

  • sapandvari sarğılar

Aseptika - cərrahiyə əməliyyatları, sarğı qoyma zamanı, yaralının və ya xəstənin yarasına, toxumalarına, orqanizminə infeksiya törədicilərinin düşməsinin qarşısını almağa yönəldilən tədbirlərə deyilir. Mikroblardan təmamilə təmizlənmiş materiallara, alətlərə, sarğı vasitələrinə steril əşyalar deyilir.

Mikrobların məhv edilməsi prosesi sterilizasiya adlanır.

Antiseptika - yaradakı, toxumdakı mikrobların məhv edilməsinə yönəldilmiş müalicə profilaktika tədbirlərə deyilir. Mikroblara məhvedici təsir göstərən çoxlu kimyəvi maddələr və dərmanlar, bioloji preparatlara antiseptika maddələr deyilir. Bunlar aşağıdakılardır:


  • yod cövhəri

  • tibbi spirt

  • xloramin

  • revanol

  • kalium-permanqanat

Mikrobları aşağıdakı şüalar məhv edə bilər:

- yüksək temperatur

- günəş şüaları

- ultrabənövşəyi şüalar

- ultrasəs.
Yaralar. Yara- dəri səthinin, selikli qişaların bəzən isə dərin toxumaların bütövlüyünün pozulması ilə baş verən zədələnməyə deyilir. Zədələnmələrin təsnifatı aşağıdakı kimidir:


  • güllə yarası

  • kəsilmə yarası

  • çapılma yarası

  • deşilmə yarası

  • əzilmə yarası

  • dişləmə yarası

  • cərrahiyə yarası

Güllə yarası- giriş və çıxış yara deşikləri olan, dəlib-keçən yara, güllə və qəlpənin toxumalarda ilişib qaldığı qapalı yara, toxunan güllə yaralarıdır.

Kəsilmə yarası- kənarları hamar olur, yarıq nəzərə çarpır, güclü qan axır, yara çirklənməyə az məruz qalır.

Çapılma yarası- dərinin parçalanması, vətərlərin, əzələ və damarların zədələnməsi, güclü çirklənməsi olur.

Deşilmə yarası- dəri örtüyü zədələnir, damarların zədələnməsi nəticəsində həyat üçün qorxulu daxili qanaxma baş verir.

Əzilmə yarası- kənarları qeyri-hamar, qanla dolu olması ilə səciyələndirir, yoluxmaya daha çox məruz qalır.

Dişləmə yarası- heyvanın və adamın tüpürcəyi ilə yoluxmuş olur və çətin sağalır.

Cərrahiyə yarası- dəri örtüyünün təmamilə pozulmasıdır.
Qanaxmalar. İnsanın qan damarlarında bədən qanının ¾ hissəsi dövr edir. ¼ hissəsi bəzi orqanlarda (dalaqda, qara ciyərdə, ağciyər və dəri) ehtiyat halında saxlanılır. Damar zədələndikdə qanaxma baş verir. Qanın miqdarı azaldıqca qan təzyiqi düşür, baş beynin, ürəyin və digər orqanların qanla təchizatı pozulur. Qanaxma zamanı 2-2,5 litr qan itirildikdə ölümlə nəticələnir. Qanaxma 2 yerə bölünür. Daxili və xarici qanaxma(daxili qanaxma: parenhimatoz; xarici qanaxma: arterial, venoz və kapilyar aiddir). Qanaxmanın növləri aşağıdakı kimidir:


  • arterial qanaxma

  • vena qanaxma

  • kapilyar qanaxma

  • parenhimatoz qanaxma

Arterial qanaxma- ürəkdən ətraflara qan aparan arteriya damarlarının zədələnməsilə baş verir.Bu qanaxmanın qorxulu növüdür,qanın əlamətləri al-qırmızı rəngdə, nəbz tezliyi ilə axmasıdır. Arterial qanaxmalar venoz qanaxmalara nisbətən az təsadüf edilir, çünki bədən səthinə gələn arteriyalar çox azdır. Arterial qanaxma həyat üçün qorxuludur. Arteriyalar zədələndikdə qan fəvvarə kimi xaricə çıxır. Qanın arterial damardan axması onun al-qırmızı olması ilə müəyyən olunur. Belə halda sarğıdan istifadə etmək düzgün deyil, çünki sarğı qanın axmasının qarşısını ala bilməz. Yalnız qanın axma surətini azaldır. Buna görə həkimə qədər dərhal başqa tədbirlər görmək lazımdır.

Vena qanaxma- arterial qanaxmadan fərqli olaraq qan yaradan fasiləsiz surətdə, lakin şırnaq yaratmadan axır,rəngi tünd olur. Bu cür qanaxmalar ən çox səthinə yaxın venaların zədələnməsi zamanı baş verir. Venoz qanaxmalar zamanı qan laxtalanması orqanizmi həmişə qan itirməkdən qoruya bilməz. Burada qanın axma surəti kapilyarlardan çox olduğundan qan laxtası yuyulub aparılır, nəticədə az müddət çox qan itirilir. Bu isə həyat üçün təhlükəlidir. Kiçik venoz qanaxma zamanı saxlamaq üçün sıxıcı sarğı qoymaq kifayətdir. Bu sarğı zədələnmiş damarın divarını sıxır, qanı axmağa qoymur. Ətrafların venaları zədələndikdə yaxşı olar ki, zəteflar yuxarı qaldırılsın. Belə halda axan qanın miqdarı az olur. İri venalar zədələndikdə yardım göstərilməlidir. Venoz qanaxmalar baş verdikdə həmin adama ilk yardım göstərildikdən sonra onu yaxında olan tibb məntəqəsinə və ya xəstəxanaya çatdırmaq lazımdır

Kapilyar qanaxma- dərinin, dərialtı toxumaların və əzələlərin nazik damarları zədələnərək baş verir. Bu qanaxma cüzi zədələnmələrdən baş verə bilər. Qan kapilyarlarda yavaş surətlə və aşağı təzyiqlə axdığına görə bu cür qanaxmanı saxlamaq asandır. Kapilyarlarda qanın surəti zəif olduğuna görə, əmələ gələn qan laxtası zədə nahiyəsində damarın mənfəzini tutur. Kapilyar qanaxma zamanı ilk yardım göstərdikdə yara ətrafına yod tinkturası sürtməklə oranı təmizlədikdən sonra təmiz bintlə sarğı qoymaq lazımdır. Sarğı yaradan orqanizmə yad cisimləri, əsasən mikrobları keçməyə qoymur və qanın tez laxtalanmasına kömək edir. 

Parenhimatoz qanaxma- daxili orqanlar qaraciyər, dalaq, ağciyər, böyrək zədələndikdə baş verir. Bu qanaxma kapilyar qanaxmadan daha təhlükəlidir.

Daxili qanaxma- Qarın, döş, kəllə boşluğundakı qanaxmalar son dərəcə təhlükəlidir. İnsanın sifətinə baxmaqla daxili qanaxmanı təyin etmək mümkündür. Belə ki, onun rəngi avazıyır, soyuq tər basır, tənəffüsü sərtləşir, nəbz tezləşir və zəifləyir. Bu halda darhal təcili yardım çağırmaq və şəxsi xəstəxanaya çatdırmaq lazımdır. Həkimə qədər xəstəni uzatmaq, yarım oturmuş vəziyyətə gətirmək və ya tam sakitlik vermək lazımdır. Ehtimal olunan qanaxma nahiyyəsinə (qarın, döş, baş) içərisinə buz və ya qar doldurulmuş polietilen torba, soyuq su tökülmüş qab və ya butulka qoymaq lazımdır.
Sınıqlar və qapalı zədələnmələr. Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində, zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur,açıq sınıq zamanı isə sınıq yerində yara olur. Açıq sınıqlar daha qorxuludur. Sınıqlar zamanı sınmış sümük hissələri öz yerini dəyişən və dəyişməyən növlərə ayrılır.

Sümüklər yalnız iki hissəyə parçalandıqda belə sınığa tək sınıq deyirlər. Sümüklər bir neçə hissəyə parçalandıqda isə onlar mürəkkəb sınıq adlanır.Qəzalar, fəlakətlər, zəlzələ zamanı adamların bir neçə sümüyündən mürəkkəb sınıqlar baş verə bilər. Yanıqlar və radiasiya zədələnmələri ilə birlikdə törəyən sınıqlar daha agır olur. Güllə və ya mərmi qəlpəsinin təsirindən yaranan sınığa güllə sınığı deyilir. Belə sınıqlar sümüklərin iri və ya xırda hissələrə parçalanması,sınıq yerinin ətrafındakı yumşaq toxumaların bir-birinə qarışması və ya ətrafların bir hissəsinin kəsilməsi ilə xarakterizə olunur.



Sınıqların əsas əlamətləri ağrıdan, şişkinlikdən və sınıq yerində normal hərəkətin pozulmasından ibarətdir. Bu zaman ətrafların normal fəaliyyəti pozulur. Açıq sınıq hallarında yaradan sümük qırıqları görünə bilər. Ətrafların sümükləri sınarkən qol və qıç gödəlir və onlar sınıq yerində əyilir. Qabırğalar sınarkən tənəffüs çətinləşir və sınıq yerini əllə müayinə edərkən qabırğa qırıqlarının xışıltısı eşidilir. Çanaq və onurğa sümüklərinin sınması çox vaxt sidik ifrazının və aşağı ətraflardakı hərəkətin pozulması ilə müşayiət edilir. Kəllədaxili sümüklər sınarkən , adətən , qulaq deşiklərindən qan axır. Çox agır sınıqlar zamanı şok halı baş verir. Arterial qanaxma olan açıq sınıqlar vaxtı şok xüsusən tez inkişaf edir.

Şokun səbəbi – orqanizmin bir dəfə və ya təkrarən ağır zədələnməsi ola bilər. Çox qan itirildikdə, qış vaxtı isə yaralanmadan sonra soyuqdəymə hallarında şok xüsusən tez baş verir. Əlamətlərin meydana çıxması müddətindən asılı olaraq, şok birinci dəfə və təkrar baş verə bilər.

İlkin şok zədələnmə halında və ya bundan dərhal baş verir. Təkrar şok isə yaralıya yardım göstəriləndən sonra onu ehtiyatsız apardıqda və ya sınıq yeri pis immobilizasiya edildikdə baş verə bilər. Travma şokunun iki mərhələsi olur: həyacalanma və tormozlanma mərhələləri. Həyacalanma yaralanma baş verən kimi dərhal güclü agrıya qarşı orqanizmin reaksiyası kimi meydana çıxır. Bu zaman yaralı çox narahat ola bilər,ağrıdan qıvrılır, qışqırır,köməyə çağırır.Tormozlanma zamanı isə insan süstləşir, köməyə çağırmır, huşu olduğu halda hər şeyə biganə olur, bədəni soyuyur,sifəti avazıyır, nəbzi zəifləyir, tənəffüsü zəif hiss olunur.Ağırlıqdan asılı olaraq, travma şoku 4 dərəcəyə ayrılır:



  • yüngül

  • orta ağırlıqlı

  • ağır

  • çox ağır

Şokun qarşısını almaq üçün görülən əsas tədbir – zədələnmə nəticəsində törəyən ağrıları kəsmək və ya azaltmaq, qanaxmanı dayandırmaq, yaralının soyuqlanmasına yol verməmək, ilk tibbi yardım tədbirini çox ehtiyatla icra etmək və yaralını apararkən entiyatlı olmaqdan ibarətdir.
Mövzu 30: Yolxucu xəstəliklər haqqında anlayış.Yanıqlar, donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma, zəhərli bitkilərlə zəhərlənərkən və ya zəhərli həşarat dişləyərkən ilk tibbi yardım.

Yolxucu xəstəliklər haqqında anlayış. Yoluxucu xəstəliklər haqqında ilk dəfə yazılı məlumat «Bibliyada» verilmişdir. Belə ki, Hicrət kitabında misirlilərə allah tərəfindən göndərilmiş «Cəza» adı ilə külli miqdarda at, eşşək, dəvə, qaramal, davarın tələf olması qeyd edilirdi. Bizim eradan 1295 il qabaq itlərdə, quşlarda, qaramalda, vəhşi heyvanlarda və insanlarda epidemiyanın baş verməsi haqqında məlumat vardır. 810-cu ildən 1316-cı ilə kimi olan dövrdə Fransada, Almaniyada, İtaliyada və İngiltərədə 20-yə qədər epizootiya (yəni xəstəlik) baş vermişdir (qaramal, at və insanlar arasında).

İnfeksion xəstəlikləri patogen mikroblar törədir. Bunlar bakteriyalar, göbələklər, süzülən viruslardır. İnfeksion xəstəlikləri patogen mikroblar törədir. Bunlar bakteriyalar, göbələklər, süzülən viruslardır. Mikroblar heyvan orqanizminə həzm aparatı ilə, tənəffüs aparatı ilə, dəri ilə, selikli qişa ilə və cinsiyyət yolu vasitəsilə daxil olurlar. İnfeksion xəstəliklər gedişinə görə ildırımvari, iti və xroniki formalara bölünür. Orqanizmin infeksiyaya qarşı davamlılığı aşağıdakı amillərdən asılıdır: heyvanın yaşı, sinir sistemi, cinsi, cinsiyyəti, yemləmə, mineral maddələr, yorulma, iqlim şəraiti, torpaq, zoogigiyeniki amillər və s. İnfeksiyanın keçirilməsi canlı keçiricilər vasitəsilə ola bilər. Bunlardan həşəratlar, gəmiricilər, xəstəliyə həssas olmayan heyvan və insan aid ola bilər.

Həşəratlar. Bunlar yer üzərində çoxdur. Epizootik xəstəliklərin keçiril-məsində həşəratın olduqca böyük rol oynaması gündən-günə aydınlaşdırılır. Hazırda böyük epizootoloji əhəmiyyətə malik olan həşəratlar bunlardır.

Mal çibiniçox geniş yayılmış milçəkdir. Bunlar çaylarda, gölməçələrdə, bataqlıqlarda və meşələrdə geniş yayılmışdır. Mal çibinləri heyvanların qanı ilə qidalanır. Mal çibinlərinin kütləvi uçması hava xüsusiyyətləri ilə əlaqədardır. Bunlar üçün əlverişli fəsil şimalda iyun, iyul, Şərqdə iyun, iyul və avqust aylarıdır. Mal çibini heyvandarlığa böyük zərər verir. Atların eşşəklərin, qatırların, qaramalın dərisi üzərində tükün az olması mal çibinləri üçün əlverişli şəraitdir. Bu heyvanlar arasında yoluxan xəstəliklərin bir heyvandan digər heyvana keçirilməsində mal çibini fəal rol oynayır. Aparılan eksperimentlər qarayara, emfizematoz karbunkul, pasterellyoz, infeksion anemiya və bir çox başqa yoluxucu xəstəliklərin mal çibini tərəfindən keçirilməsini təsdiq etmişdir.

Payız milçəyi- bu milçək heyvan düşərgələrində yaşamaqla yumurtalarını heyvanların peyininə, çürümüş otlara buraxır və burada inkişaf edirlər. İnkişaf etmiş payız milçəyi heyvanı bərk sancır, atlara, eşşəklərə, qatırlara, qaramala, donuzlara və itlərə hücum edir. Qarayara, tulyaremiya, infeksion və invazion xəstəliklərin keçirilməsində böyük rol oynayırlar.

Ev milçəyi- təbiətdə geniş yayılmışdır. Bu milçək yumurtasını heyvan və insan peyininə, çürümüş yem qalıqlarına, heyvan yemlərinə buraxmaqla yay mövsümü ərzində 1080-1440 ədədə kimi bala verir. Bunlar o biri milçəklər kimin heyvanları sancmır və qanını sormur. Bu milçəklər xəstəlik törədicilərini heyvanın selikli qişalarına, dərisinə oturması və diri yaxud ölmüş vəziyyətdə heyvanın həzm aparatına düşməsi yolu ilə keçirirlər. Milçəklər vasitəsilə qarayara, vərəm, dabaq, taun, brusellyoz xəstəliklərini ev milçəkləri tərəfindən keçirilməsi eksperiment və müşahidələrlə sübut edilmişdir.

AğcaqanadBunun növü çoxdur, insanlarda bir növü malyariya xstəliyini yoluxdurur. Heyvanlarda ensefalomielit xəstəliyini, qarayaranı və infeksion anemiyanı ağcaqanadlar vasitəsilə keçirilir.

Heyvan bitləriqaramal, davar, at, eşşək, qatır, donuz, dovşan və vəhşi heyvanların dəri səthində yerləşməklə onların qanı ilə qidalanır. Bitlər xortumunu heyvanın dərisinə sancmaqla əvvəlcə buraya öz ağız suyunu buraxıb, qanın laxtalanma qabiliyyətini pozur, sonra isə heyvanın qanını sormağa başlayır. Sonradan isə onlara leptospiroz, pasterellyoz və septik xəstliklərin törədicilərini keçirirlər.

Gənələr – heyvanlarda parazit həyat keçirirlər. Bunların bir qismi heyvanda bilavasitə dəri xəstəliklərini əmələ gətirir, digər qismi isə bir çox parazitar və infeksion xəstəlikləri bir heyvandan başqa heyvana keçirir. Gənələr infeksion xəstəliklərdən pasterellyoz, infeksion anemiya, leptospiroz, brusellyoz, quşlarda spiroxitoz xəstəliklərinin törədicisini keçirirlər. Gənələr dəridən qan soraraq xəstəliyin törədicisini həmin yerdən orqanizmə keçirirlər.

Gəmiricilər – bunlar xalq təsərrüfatına çoxlu ziyan vururlar. Gəmiricilər heyvanların və insanların invazion, infeksion xəstəliklərə tutulmasına, bu xəstəliklərin baş verməsinə, yayılmasına, epizootoloji halların əmələ gəlməsinə səbəb olurlar. İnfeksion xəstəliklərdən ölmüş gəmiricilər (siçan, siçovul və s.) xəstəlik mənbəyi olmaqla infeksiyanı xarici mühitə yayırlar. Gəmiricilər listerioz, leptospiroz, brusellyoz, cavanlarda paratif, botulizm və s. xəstəliklərini keçirib yayırlar
Yanıqlar zamanı ilk tibbi yardım. Termiki yanıqlar - dəri və selikli qişaya mənbəyi alov, isti maddə və mayelər, yanan maddələr olan yüksək temperaturun təsiri nəticəsində baş verir. Termiki yanıqlar bəzi hallarda insanın əlilliyinə, hətta ölümünə səbəb olan ağır zədələrə aiddir. Yanıqlara istehsalatla yanaşı məişətdə də tez-tez rast gəlinir. Yanığın ağırlığı yanmış sahənin ölçüsündən və toxumaların zədələnmə dərinliyindən asılıdır. Yanma zamanı dəri zədələnməsinin 5 dərəcəsi ayırd edilir:

I dərəcə - zədə yerində dərinin qızarması və şişkinliyi;

II dərəcə - açıq sarı rəngli maye ilə dolu kiçik suluqların əmələ gəlməsi;

III A dərəcə - böyük gərgin suluqların əmələ gəlməsi. Suluqların divarları adətən cırılmış, yaranın dibi çəhrayı rəngdə və nəm olur. Ağrı hissiyyatı suluğun dib hissəsində saxlanmış və ya zəifləmiş olur. Daha gecikmiş müddətlərdə açıq- sarı, bəzi hallarda qəhvəyi və boz rəngə çalan qartmaq əmələ gələ bilər;

III B dərəcə - qanlı möhtəviyyata malik, adətən divarı dağılmış, dibi quru, ağımtıl, bəzən mərmər şəkilli, tək-tək avazımış ləkələrlə olan suluqların əmələ gəlməsi. Ağrı hissiyatı zəifləmiş və ya yoxdur, qartmaq (əgər varsa) tünd və ya qəhvəyi rəngdə olur.

IV dərəcə - xarakterik qara və ya tünd qəhvəyi rəngli, altında tromblaşmış venalar görünə bilən qartmağın olması, yaranın altında yerləşən toxumaların ( əzələ, vətər və s.) zədələnməsi.

Yanıq baş verən ilk günlərdə zədələnmənin həqiqi dərinliyi barədə fikir söyləmək çətindir. Bunu yalnız qartmaq qopduqdan sonra etmək mümkündür. İlkin yardım göstərilərkən zədələnmənin dərəcəsi təxmini müəyyən olunur və bu zaman onun ağır formasını nəzərdə tutmaq daha yaxşıdır.Yanığın sahəsi insan bədəninin ümumi sahəsinə nisbətdə ovuc və ya 9% qaydası ilə hesablanır.9% qaydasına görə, yaşlı şəxslərdə gövdənin və ətrafların ayrı -ayrı hissələrinin hər biri (baş və boyun, döş, qarın, baldır və ayaqlar, budlar, kürək, bel və sağrı) ümumi bədən səthinin 9%-ni təşkil edir, yalnız xarici cinsiyyət orqanları və aralıq nahiyəsi 1%-ə bərabərdir.Yanığın sahəsi ovuc qaydası ilə təyin olunarkən yaşlı insanlarda bir ovucun sahəsi bütün bədən sahəsinin 1%-i kimi qəbul olunur.Praktikada bu üsulların hər ikisindən istifadə olunur. Yanıq sahəsi az olduqda ovuc, çox olduqda isə 9% qaydası tətbiq edilir. Yanıq sahəsinin və zədənin dərinliyini bilərək onun ağırlığını təyin etmək mümkündür.

Yüngül yanıqlar-bədən səthinin 5% -dən az hissəsi zədələnmiş olur.

Orta dərəcəli yanıqlar - bədən sahəsinin 20%- dən az hissəsi zədələnmiş olur, dərin yanıqlar isə 10%- dən artıq olmur.Ağır dərəcəli yanıqlar- bədən səthinin 20%-dən 60% -ə qədər sahəsi zədələnmiş olur və bunların yarıya qədərini dərin yanıqlar təşkil edir.

Çox ağır yanıqlar - bədən səthinin 60%-dən çoxu zədələnmiş olur, dərin yanıqlar isə yarıdan çox təşkil edir.Yüngül yanıqları yaşlı insanlarda ambulator şəraitdə müalicə etmək olar. Uşaqlarda isə zədələnmənin lokalizasiyasından asılı olaraq fərdi yanaşma tələb olunur.Yanıqların qalan formalarının müalicəsi ixtisaslaşdırılmış stasionarlarda aparılmalıdır.


Yanıq şoku. Yanıq şoku - yanıq xəstəliyinin ən ağır fəsadı olub dərinin və digər toxumaların geniş sahəsinin zədələnməsi ilə şərtlənən və qan dövranının pozulmasına gətirib çıxaran və sürətlə inkişaf edən ağırlaşmadır. Yanıq şoku zamanı proqnoz diaqnozun erkən təyin olunması, vaxtında effektiv müalicənin başlanmasından asılıdır. Praktiki olaraq bədən səthinin 15-20%-nin zədələnməsi və dərin yanığın 10% - dən artıq olduğu hallarda yanıq şoku inkişaf edir.Tənəffüs yollarının yanığı zamanı yanıq şokunun yaranması təhlükəsi qat-qat artıq olur. Yanğın zamanı zərərçəkən qapalı yerdə olmuşdursa, tənəffüs yollarının yanığından şübhələnmək lazımdır. Eyni zamanda burunun, dodaqların, dilin yanması, saçların ütülməsi də tənəffüs yollarının yanığına dəlalət edir. Əgər zərərçəkəndə həm dəri, həm də tənəffüs yollarının yanığı qeyd olunursa, bu zaman yanıq şokunun əmələ gəlməsinə dərinin 2 dəfə az sahəsinin zədələnməsi kifayət edir. Zədələnmiş sahənin üzərinə aseptik sarğı və yaxud, əgər varsa, xüsusi yanıq əleyhinə sarğı qoyulur. Antibiotiklər və ya antiseptiklər hopdurulmuş nəm-quruducu sarğının qoyulması mümkündür. Yünğül yanıqlar zamanı müvafiq ağrısızlaşdırma aparıldıqdan sonra yanıq yarasının ətrafı 0,25 və ya 0,5%-li ammonyak məhlulu, ilıq sabunlu su və ya antiseptik məhlulla silinir, daha sonra spirt və ya yod məhlulu ilə işlənilir. Bundan sonra antiseptik məhlulda (furasillin 1:5000, xlorasil, rivanol) isladılmış tamponla, sonra 0.25%-li novakain məhlulu ilə silinir və ehtiyatla yaranın üzərindəki kənar laylar, yad cisimlər, dərinin üst qatının qalıqları təmizlənir. Tamlığı pozulmamış suluqlar götürülmür. Çox gərgin olan suluqlar əsasından kəsilir. Paltarı alov tutmuş insana ilkin yardım ləngidilmədən göstərilməlidir. Alovu əllə və ya hər hansı bir əşya ilə söndürmək olmaz. Zərərçəkənin üzərinə su tökmək, əgər su yoxdursa hər hansı bir örtüklə (yorğan, xalça, ədyal) örtmək lazımdır. Sönmüş paltarı zərərçəkənin bədənindən ehtiyatla çıxartmaq (lazım gəlsə kəsib çıxartmaq) lazımdır. Bu zaman çalışmaq lazımdır ki, yanmış bədənə xətər yetirilməsin. Zərərçəkəni, xüsusilə ilin soyuq vaxtlarında, tam soyundurmaq məsləhət görülmür. Yanığa yapışmış paltarın hissələrini kəsib götürmək lazımdır. Suluqları deşmək, yanığın üzərinə yağ, müxtəlif məlhəmlər sürtmək, toz şəklində dərmanlar səpmək, əllə toxunmaq olmaz.
Günvurma zamanı ilk tibbi yardım. Gün vurma – günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Gün vurma əksər hallarda, başı açıq şəkildə xeyli müddət ərzində gün altında qaldıqda baş verir. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edlir. Ağır hallarda qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə açıq günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir. Gün vurmanın ilkin əlamətləri qeyd edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır (başı bədənindən yuxarıda olmalıdır!). Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompress qoyun. Bu zaman əl və ayaqlara xardal kağızı da qoymaq olar. Daha bir üsul – paltarını soyundurub zərərçəkəni soyuq suda isladılmış parçaya bükün, başına buz qoyun. Zərərçəkənin temperaturu normaya çatdıqda onu quru parçaya və ya dəsmala bükün.



Yüklə 105,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə