Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə13/176
tarix14.07.2018
ölçüsü4,65 Mb.
#55526
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   176

 

41 


Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçi-

lik ənənələrinə malik olan xalqlardandır. Azərbaycan xalqı təqribən 

5 min illik dövlətçilik  tarixinə malikdir. Azərbaycan ərazisində ilk 

dövlət  qurumları  və  ya  etnik-siyasi  birliklər  hələ  eramızdan  əvvəl 

IV minilliyin sonu  -  V  minilliyin  əvvəllərindən  başlayaraq Urmiya 

hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbay-

can dövlətləri bütün regionun hərbi-siyasi tarixində, gənclərin hərbi 

vətənpərvərlik tərbiyəsində mühüm rol oynayırdılar. Həmin dövrdə 

Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixin-

də dərin iz qoymuş qədim Şumer, Akkad və Assur (Assuriya) döv-

lətləri,  habelə  Kiçik  Asiyadakı  Het  dövləti  arasında  sıx  qarşılıqlı 

əlaqələr mövcud olmuşdur. 

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əv-

vəllərində  Azərbaycan  torpaqlarında  Manna,  İskit  (Skit,  Skif)  şah-

lığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuş-

dur.  Bu  dövlətlər  Azərbaycanda  dövlət  idarəçiliyi  mədəniyyətinin 

daha  da  yüksəldilməsində,  ölkənin  iqtisadi-mədəni  tarixində,  eləcə 

də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Əlbət-

tə bütün bunlar elmin, maarifin, təlim və tərbiyənin inkişafı ilə mü-

şaiyət edilmişdir. 

Azərbaycanda  feodal  münasibətləri  tədriclə  inkişaf  edirdi. 

Azərbaycan  dağlarından  qızıl  gümüş,  mis,  civə,  qurğuşun,  oxra 

çıxarılr, ölkədə bol pambıq, üzüm, taxıl, zeytun yetişdirilir, neft və 

duz istehsal edilirdi. Bol çayları, münbit torpaqları olan Azərbaycan 

əkinçilik təsərrüfatı üçün geniş imkanlara malik idi. Ölkənin bütün 

əyalətlərində heyvandarlıq inkişaf etmişdi. Ticarət yollarının üstün-

də  yerləşən Azərbaycan  bir çox ölkələrin tacirlərini özünə cəlb  et-

mişdi.  Azərbaycandan  xarici  bazarlara  pambıq,  ipək,  boyaq  mad-

dələri, yaş və quru meyvə, balıq məhsulları aparılırdı. Ölkədə sənət-

karlıq inkişaf edir, yeni şəhərlər meydana gəlir, elm, maarif inkişaf 

edirdi. Orta və On Asiya, Yaxın Şərq ölkələri ilə mədəni və ticarət 

əlaqələri  genişlənirdi.  Azərbaycanın  bir  çox  şəhərləri  xarici  ticarət 

əlaqələrinin  inkişafında  da  böyük  rol  oynayırdı.  Dərbənd,  Şabran, 

Təbriz, Bərdə, Beyləqan, Naxçıvan və başqa şəhərlər ticarət yolları-

nın üstündə olduqları üçün daha geniş imkanlara malik idilər. Azər-

baycan 100 şəhəri olan ölkə adlanırdı. Şamaxı, Şəki, Şəmkir, Gəncə 

şəhərlərində  də  ticarət  əlaqələri  genişlənirdi.  Azərbaycan  şəhərləri 



 

42 


içərisində  Bərdə  hərtərəfli  yüksək  inkişaf  etməsi  ilə  seçilirdi. 

Xilafətin Cənubundan və Şərqindən Şimala sənaye və ticarət malları 

aparan  karvanlar  Bərdədən  gəlib  keçirdi.  Bərdə  demək  olar  ki,  bir 

çox  səyyahların  da  dediyi  kimi  o  zaman  Xilafət  tabeliyində  olan 

ikinci Bağdad hesab olunurdu. 

Böyük  ərəb  alimi,  1213  və  1220-ci  illərdə  iki  dəfə  Azərbay-

cana səyahət etmiş Yaqut Həməvi (1179-1229) “Mucəm əl-Buldan” 

(“Ölkələrin  adlı  siyahısı”)  adlı  əsərində  yazır  ki,  “Azərbaycanın 

sərhədləri  Şərqdə  Bərdədən  Ərzincana  qədər,  şimaldan  Deyləm, 

Gilan, Tara qədər uzanır ki, bu çox böyük bir ölkədir.... Azərbaycan 

nəhəng ölkə və qüdrətli dövlətdir. Mən heç yerdə bu qədər qalalar, 

hədsiz zənginlik  və möhtəşəm  meyvə bağları  görmədim.  Azərbay-

can  əhalisi  qırmızıyanaq  və  ağ  dərili,  xoş  sifət  insanlardır.  Onlar 

azəri  dilində  danışırlar,  yaxşı  müraciətləri,  yumşaq  xarakterləri  ilə 

seçilirlər... Ərəblər Azərbaycana gələndə paytaxt Ərdəbil idi” 

Urmiya  gölünün  ətrafından  başlayaraq,  zaman-zaman  Dəclə 

və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə 

e.ə.  III-II  minilliklərdə  Aratta,  Lullubi  və  Kuti  qəbilə  tayfaları 

yaşayırdı.  Bu  əyalətlərdəki  təlim  tərbiyə  mədəniyyəti  haqqında  da 

müəyyən  məlumatlara  sahibik.  Aratta  inkişaf  etmiş  Şumer  dövləti 

ilə həmişə sıx iqtisadi, siyasi, mədəni əlaqələrdə olmuşdur. Bu əla-

qələr haqqında bir neçə Şumer dastanında, o cümlədən “En-Merkar 

və  Aratta  hökmdarı”  dastanında  ətraflı  məlumat  verilmişdir.  Bu 

dastanlarda  Aratta  saf,  təmiz  ənənələr  ölkəsi  adlandırılır.  Şumerin 

Uruk şəhər dövlətinin hökmdarı En -Merkar ilə Arattada hökmdarı 

arasında  gah  dostluq,  gah  da  düşmənçilik  münasibətləri  mövcud 

olmuşdur.  Bu  hər  iki  hökmdarın  bir-biri  ilə  yazışmalarından  bəlli 

olmuşdur.  Arattada  yazı  işlərini  aparan  xüsusi  mirzələr  çalışırdı. 

Onlar Şumer hökmdarına məktublar yazır və Şumerdən gələn mək-

tubları  tərcümə  edirdilər.  Bu  fakt  onu  göstərir  ki,  artıq  Arattalılar 

Şumer mixi yazıları və Şumer dili ilə tanış idilər. Bir halda ki, qarşı-

lıqlı ticarət əlaqələri varsa onda deyə də bilərik ki, Şumerlərdə Arat-

talıların,  Gəmiqaylıların,  Qobustanlıların  mixi  yazıları  ilə,  piktoq-

rafik yazı, ünsiyyət işarələri ilə, habelə Gəmiqayalıların yaratdıqları 

araba ilə, Qobustanlıların yaratdıqları qayıqlarla tanış imişlər. 

Salyan rayonunun Çuxanlı kəndi  ərazisindəki  Babazənan da-

ğında bizim eranın 2-ci əsrini əhatə edən 20-dən çox küp qəbr, 200-



 

43 


ə yaxın digər maddi-mədəniyyət nümunələri tapılmışdır. Bu tapıntı 

Salyanın 2800 illik tarixə malik olduğunu təsdiqləyir. Maraqlısı bu-

dur ki, Qədim Şumerdə də belə küp qəbirlər mövcud olmuşdur. Bu 

hər  iki  mədəniyyətin  oxşarlığını,  yaxınlığını,  bir–birinə  qaynayıb 

qarışdığını söyləməyə imkan verir. 

Arattada mahir ustalar, sənətkarlar, yüksək peşə sahibləri var 

idi. Bu peşələri onlara böyüklər lap kiçiklikdən öyrədirdilər. Şumer 

hökmdarı  En  Merkar  qiymətli  metalların,  əşyaların,  mərmər  və 

lacivərdin,  habelə  ustaların  göndərilməsini  Aratta  hökmdarından 

xahiş  edirdi,  əvəzində  isə  Arattaya  taxıl  göndərəcəyini  vəd  edirdi. 

Mazandaranda,  Kirmanda,  Təbriz  yaxınlığında  çıxarılan  lacivərd 

Şumerlərə ixrac edilirmiş. Aratta və Şumer arasında sıx ticarət əla-

qələri həyata keçirilirdi.  Mənbələr Aratta və Şumer dövləti  arasıda 

belə  sıx  əlaqələrdən  xəbər  verirsə  onda  heç  şübhəsiz  Şumerlərdə 

mövcud  olan  maarif  və  mədəniyyət,  ədəbiyyat  Şumer  dastanları 

Arattada da tanınmış və öyrənilmişdir. 

Qədim  Azərbaycan  tayfalarından  olan  Urmiya  gölünün  cən-

ubunda Lullubum tayfa ittifaqı, sonra isə isə Lullubi dövləti yarandı 

ki, bu Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu 

idi.  Mənbələrdən  aydın  olur  ki,  Lullubum  və  inkişaf  etmiş  Akkad 

dövləti arasında müharibə və savaşlar olmuşdur. Lullubumlər Anu-

baninin  hökmdarları  dövründə  daha  da  qüvvətlənmişdilər.  Cənubi 

Azərbaycanda  tapılmş  “Daş  sütünu”  abidəsində  bu  barədə  mixi 

yazılarla qeyd edilmişdir: “Anubanini qüdrətli Lullubum hökmdarı, 

öz  təsvirimi  və  İştar  ilahəsinin  təsvirini  Batir  dağında  qoy- 

durdum”.  Böyük  bir  abidə  yondurub  qoydurmaq,  üstundə  yazılar 

yazmaq  bu  dövlətin  inkişafından,  mədəniyyətindən,  yazısınının, 

“arxitektorlarının”,  mühəndislərinin,  ustalarının  olmasından  bizi 

xəbərdar edir ki, bu da şübhəsiz sistemli təhsil və təlimlə mümkün 

ola bilərdi. Burada Akkad dilini bilən, onu yazıb-oxumağı bacaran 

və  başqalarına  öyrədən  mirzələr  də  olmuşdur.  Lullubumluların 

hökmdarı (e.ə. 2170-2150) öz  yazılarını mixi  əlifbası  ilə mirzələrə 

yazdırırdı.  Mixi  yazıları  buranın  əhalisinə  yuxarıda  göstərdiyimiz 

kimi  hələ  varisləri  Aratta  dövründən  tanış  idi.  Lullubumların  əgər 

mixi  yazıları  olmuşdursa,  demək  oxuları  da  olmuş,  kiməsə  nəyisə 

öyrətmişlər  -  demək  burada  da  təlim  mədəniyyəti,  tərbiyə  prosesi, 

öyrədənlər və öyrənənlər mövcud olmuşdur. 



Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə