Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan müƏLLİMLƏR İnstitutu



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə1/176
tarix14.07.2018
ölçüsü4,65 Mb.
#55526
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   176


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

 

AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU 

 

 

 

Firədun Nadir oğlu İbrahimov 

Rüfət Lətif oğlu Hüseynzadə 

 

 

PEDAQOGİKA 

 

Dərslik 

 

II cild 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2011- ci il tarixli,  

2062 №-li əmri ilə təsdiq edilmişdir.

 

 

 

 

Bakı 2012 



 



“Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!” 



Heydər Əliyev 

 

Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli 

müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas 

alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz 

xatirəsinə ithaf olunur. 

 

Elmi redaktor:   Ə.Ə.Ağayev 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Rəyçilər:  

Akif Abbasov 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Ləzifə Qasımova 



Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Ağahüseyn Həsənov 

Pedaqogika üzrə elmlər doktoru, professor 

 

Mircəfər Həsənov 

Pedaqogika üzrə fəlsəfə doktoru, professor. 

 

Məmmədəli Ağayev 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

Firədun  İbrahimov,  Rüfət  Hüseynzadə.  PEDAQOGİKA:  2 

cilddə. II cild. – Bakı: Mütərcim, 2012, s. 

 

Dərslikdə  təhsilin  Bolonya  prosesi,  kredit  sistemi,  yeni  pedaqoji  tex-

nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə 

yanaşmada  yeni  pedaqoji  təfəkkür  ümumiləşmiş  şəkildə  şərh  olunur,  müasir 

pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsasında pedaqogikanın 

nəzəri və praktiki məsələləri geniş planda təqdim olunur. 

Dərslik  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  edil-

miş “Pedaqogika” proqramı əsasında hazırlanmış və Bolonya prosesi, kredit sis-

temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.  

 

 



İ 

026


4702060000

 хх-11  

© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012 


 

 



 

 

 

 

 

 

TƏRBİYƏ NƏZƏRİYYƏSİ, 

TARİXİ VƏ METODİKASI 

 

 

 


 



 



 

 

I fəsil 

 

TƏRBİYƏ, ONUN MEYDANA GƏLMƏSİ  

VƏ İNKİŞAF DÖVRLƏRİ 

 

Əhatə olunan məsələlər: 

 

1.1. Tərbiyə. 

1.2. İbtidai icma quruluşunda tərbiyə. 

1.3. Antik yunan fəlsəfəsində tərbiyə. 

1.3.1. Sparta tərbiyə sistemi. 

1.3.2. Afina tərbiyə sistemi. 



 


 



 



1.1. Tərbiyə 

 

“Tərbiyə”  sözü  ərəbcə  “əl-tərbiyə”  sözünün  “rəbb”  kökün-

dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol göstər-

mək;  “Rəbi”-  bəsləmək,  yetişdirmək, böyütmək, tamamlamaq; “ri-



ba”-çoxaltmaq. 

“Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö-

zündən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, 



“nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər-

səyə çatdırma” deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən 

əmələ gəlmişdir. 



“Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi 

haqqında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya 

salmaq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə  yiyə-

lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür. 

Şəxsiyyətin  təşəkkül  tapıb  formalaşmasında  digər  amillərlə 

yanaşı,  tərbiyə  prosesinin  müstəsna  dərəcədə  böyük  rolu  vardır. 

Peyğəmbərimiz  Həzrəti  Məhəmməd  (s.ə)  buyururdu  ki,  “tərbiyə 

valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”. 

Hər  bir  şəxs-istər  uşaq,  cavan,  istərsə  də  yaşlı  olsun  daim 

tərbiyəyə  möhtacdır.  Hələ  vaxtilə  ingilis  filosofu  Con  Lokk  göstə-

rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır. 

Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xeyir-

xah, mədəni, humanist insanlar yetişdirməkdir. 

Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gös-

tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inkişafı-

nın  nailiyyətləri olan sosial-mədəni  dəyərlərə müvafiqlik;  üçüncü, 

təşkil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu. 

Tərbiyə  işi  insan  cəmiyyətinin  yarandığı  ilk  dövrlərdən 

meydana  gəlmiş,  şəхsiyyətin  fоrmalaşması,  inkişafı,  davranışı 

prоsesidir”. 

“Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrübə-

nin  məqsədyönlü,  planlı,  mütəşəkkil  şəkildə  gənc  nəslə  aşılan-

masıdır” 



Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə