9
sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləşdirdi. Uşaqlara
verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa başladı. İbtidai
icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uşaq və yeni-
yetmələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə
səbəb oldu. “Gənclər evi” insanlara müəyyən əmək vərdişləri və
bacarıqların, ayinlərin (mərasimlərin) öyrədilməsi məqsədilə təşkil
edilmişdi. Burada tərbiyənin başlıca forması keçirilən birgə oyun və
məşğələlərdən ibarət idi.
Patriarxal qəbilə quruluşunda “gənclər evi” müxtəlif forma-
larda təşkil olunurdu. Oğlanların tərbiyə edilməsi işi ilə ağsaqqallar
və kahinlər məşğul olurdular. Əmlak təbəqələşməsinə görə kasıblar
və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey-
dana gəldi. 10-15 yaşına çatmış hər iki cinsdən olan bütün yeni- yet-
mələr inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçirdi-
lər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət
davam edirdi. İnisiasiya dini mərasim formasında keçiri- lərək ənə-
nəvi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müşayiət
olunurdu. İbtidai icma dövründə tərbiyə işi mürəkkəb- ləşmiş, çox-
sahəli və planlı xarakter almışdı.
Uşaqlara əmək bacarığı və vərdişləri aşılanmaqla yanaşı, həm
də onlara dini mərasim qaydaları öyrədilirdi. Böyüyən gənc nəslin
tərbiyəsində şifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, musi-
qi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, dav-
ranışını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi.
Qəbilə icmasının sonrakı inkişaf mərhələsində gənclərin hərbi
tərbiyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə et-
mək, at çapmaq və s. kimi bacarıqları əhatə edən hərbi tərbiyə
verilirdi.
Sonralar isə onlara ilkin bilik verməklə yanaşı, yazının əmələ
gəlməsi ilə əlaqədar olaraq yazmağı öyrətmək də tərbiyə işinin
məzmununa daxil edildi. İbtidai icmanın sonlarında ailə tərbiyəsi
tərbiyə işinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha
da genişləndi və mürəkkəbləşdi. Tərbiyə ictimai fəaliyyətin xüsusi
forması kimi fərqləndirildi.
10
1.3. Antik yunan fəlsəfəsində tərbiyə
1.3.1. Sparta tərbiyə sistemi
Qədim yunan filosofu Aristotelə görə, Sparta vətəndaşlarının
tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas
yer tuturdu. Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər, gələcək qul-
darlar yetişdirməkdən ibarət idi. Ona görə də quldar övladlarının fi-
ziki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.
Plutarx yazırdı ki, “yeni doğulan uşaqları ağsaqqallar nəzər-
dən keçirirdilər. Əgər o, (uşaq) möhkəm və ahəngdar quruluşlu
olardısa, onu tərbiyə etmək üçün atasına qaytarar, zəif və eybəcər
uşaqları Tayqet yanındakı uçurumdan atardılar. Onlar zənn edirlər
ki, belə uşağın həyatı nə onun özünə, nə də cəmiyyətə mənfəət verə
bilməz. Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu
verməmişdir”.
Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində
tərbiyə alırdılar. Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim
vəzifəsini öz üzərinə götürdü. Belə tərbiyə uzunmüddətli olub üç
mərhələni əhatə edirdi:
a) 7 yaşdan 14 yaşadək;
b) 14 yaşdan 20 yaşadək;
c) 20 yaşdan 30 yaşadək.
Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu
məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu
ki, onlara pedanom deyilirdi.
Birinci mərhələdə uşaqlar pedanomun-tərbiyəçinin rəhbərliyi
altında tərbiyə alırdılar. Onlar birlikdə yaşayır, oxu və yazı vərdiş-
lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki,
oğlanların bədəni möhkəmləndirilir, habelə onlara soyuğa, aclığa,
ağrılara və susuzluğa tab gətirmək aşılanırdı. Gənc spartalılar qaç-
mağa, hoppanmağa, əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən
istifadə etməklə yanaşı, hərbi mahnılar oxumağa da hazırlanırdılar.
Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri-
lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alış-
dırırdılar.
11
Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə
musiqi və nəğmə məşğələləri də əlavə edilirdi. Tərbiyə üsulları get-
dikcə sərtləşirdi. Gənclərin əxlaqi və siyasi tərbiyəsi dövlət başçıla-
rının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi. Gənc-
lərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, la-
kin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə
məhdudlaşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar
tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların
qarşısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq
spartalıları sərxoşluqdan qorumaq üçün “ayıqlıq dərsləri” təşkil
etmişdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar
sərxoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə
görsün və buna şəxsən əmin olsunlar. Uşaqların tərbiyə- sindəki
mühüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir
neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri
idi. Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq
öyrədilirdi ki, buna “lakonik nitq” deyilirdi.
Likurq pul sikkəsini hörmətdən salsa da “söz sikkəsi” ilə
başqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna
ifadə olunsun. Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib, də-
rin mənalı cavab verməyə alışırdılar. Ona görə də belə yığcam danı-
şan adamların vətəninin adından “lakonik danışıq” anlayışı ya- ran-
mışdır. Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdi-
rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşı-
yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə
də kifayət qədər diqqət yetirilmirdi. Fiziki tərbiyədə dövlət üçün
möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu. Spar-
tada mükəmməl şəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüş-
çü nəzərdə tutulurdu. Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim
dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi. Dövlətin əsas
vəzifəsi isə qulları itaətdə saxlamaq idi.
1.3.2. Afina tərbiyə sistemi
Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzi-
fəsi qarşıya qoyulmuşdu. Onlar həm fiziki, əxlaqi, həm də əqli cə-
hətdən inkişaf etmiş, gözəl zövqə malik insanlar olmalı idilər. Bu
Dostları ilə paylaş: |