16
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 6 noyabr tarixli
242 nömrəli qərarı ilə təsdiq edilmişdir
5 №-li Əlavə
Ali məktəbin təcrübə-konstruktor, layihə-texnoloji büroları haqqında
Ə S A S N A M Ə
1. Bu Əsasnamə ali məktəb nəzdindəki sərbəst balansa və hüquqi şəxs
statusuna malik olmaqla, özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət
göstərən təcrübə-konstruktor bürosu (TKB) və həmçinin layihə-texnoloji büronun
(LTB) fəaliyyətini əhatə edir.
Təcrübə-konstruktor və layihə-texnoloji bürolar təsisçi nazirlik (idarə)
tərəfindən nazirliyin özünün təşəbbüsü və ya ali məktəbin rektorunun vəsatəti
əsasında yaradılır, yenidən təşkil və ya ləğv edilir.
2. TKB və LTB öz fəaliyyətini ali məktəblərdə elmi-tədqiqat işlərinin təşkili
və planlaşdırılması haqqında Əsasnaməyə uyğun həyata keçirir.
3. TKB və LTB-nin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- ilk növbədə ali məktəblərin alimlərinin təklif etdikləri yeni texnika
nümunələrinin, materialların və texnoloji proseslərin yaradılması və tətbiq edilməsi
məqsədilə ali məktəblərlə sahə nazirliklərinin (idarələrin) təşkilatları ilə təsərrüfat
müqavilələri əsasında təcrübə-konstruktor, layihə-texnoloji işlərin (gələcəkdə
təcrübə-konstruktor işləri) yerinə yetirilməsi;
- TKB və LTB-də aparılan işlərə tələbələrin cəlb edilməsi, onlarda real
layihələndirmə prosesində mühəndis vərdişlərinin inkişaf etdirilməsi;
- tədris prosesinin təmin edilməsi üçün texniki vəsitələr və xüsusi
avadanlıqların hazırlanması.
4. TKB və LTB-də təcrübə-konstruktor işləri müvafiq planlar əsasında yerinə
yetirilir. Planlar mövcud qanunvericiliyə müvafiq olaraq razılaşdırılır və təsdiq
edilir.
5. TKB və LTB-nin əsas maliyyə mənbələri təsərrüfat müqavilələri ilə görülən
təcrübə-konstruktor işləri üçün sifarişçi təşkilat və müəssisələrdən daxil olan vəsait
TKB və LTB-nin istehsal etdiyi məhsulun satışından əldə olunan gəlir hesabına
formalaşır.
İşlərin həcmi, əmək limitləri və maddi-texniki ehtiyyat fondları TKB və LTB
üçün təsisçi nazirlik (idarə)) tərəfindən müəyyən edilir və ali məktəbin plan
göstəricilərinə ayrıca sətirlə daxil olunur.
6. TKB və LTB müəyyən edilmiş plan tapşırıqları daxilində:
- öz ştat cədvəlini və xərclər smetasını işləyib təsdiq edir və onlarda
dəyişikliklər aparır;
- elmi-texniki, sosial-inkişaf və maddi həvəsləndirmə fondunu təşkil edir;
17
- bank kreditindən istifadə edir, onun məqsədyönlü sərf olunmasına və
vaxtında qaytarılmasına cavabdehlik daşıyır.
7. TKB və LTB öz fəaliyyətinin maliyyə və maddi-texniki təminatı üçün:
- ona təhkim edilmiş əsas fondlara malikdir;
- bilavasitə özü və ya ali məktəbin müvafiq yardımçı bölmələrinin köməyi ilə
əsaslı tikinti, yenidənqurma, texniki təchizat və əsas fondların əsaslı təmir işlərini
həyata keçirir;
- tələb olunan avadanlıq, xammal, yanacaq və başqa qiymətli materiallar alır,
həmçinin istifadə edilməyən cihazların, materialların, avadanlıqların və
məmulatların satışını təşkil edir, texniki cəhətdən köhnəlmiş və ya yararsız hala
düşmüş avadanlıq, nəqliyyat vasitələri, cihazlar və alətləri müəyyən edilmiş
qaydada balanslardan silir;
istehlakçılarla razılaşdırılaraq, təcrübə istehsalatında buraxılan məhsullara
dövlət qiymət orqanları tərəfindən müəyyən edilmiş qaydalar üzrə qiymətlər təyin
edir.
8. TKB və LTB-də təsərrüfat hesablı təcrübə-konstruktor işləri aşağıdakılar
tərəfindən yerinə yetirilir:
- ştatda olan rəhbər, mühəndis-texniki işçilər, konsruktor-texnoloq və başqa
mütəxəssislər, qulluqçu və fəhlələr;
- ştat əvəzçiliyi şərti ilə ali məktəbin professor-müəllim və tədris köməkçi
heyəti, həmçinin fəhlələri;
- dərsdən kənar vaxtda, TKB və LTB-də tutduğu vəzifəsinin 0,5 ştat vahidinin
əmək haqqını almaq şərti ilə ali məktəbin aspirantları, klinik ordinatorları və
tələbələri;
- əvəzçilik əsasında kənar təşkilatların fəhlələri.
9. Mövcud olan əsasnamələrə müvafiq TKB və LTB mühəndislərin,
konstruktorların, texnoloqların və başqa mütəxəssislərin attestasiyasını təşkil edir,
məsul və xüsusi əhəmiyyətli işləri yerinə yetirən əməkdaşlara əlavə əmək haqqı
müəyyən edir.
10. TKB və LTB rektor tərəfindən təsdiq edilmiş nizamnamə əsasında
fəaliyyət göstərir.
Nizamnamədə TKB və LTB-nin tabe olduğu ali məktəbin adı, yerləşdiyi
ünvanı, rekvizitləri, hüquqi şəxs olması və onun hazırki Əsasnaməyə müvafiq
fəaliyyət göstərdiyi haqda qeyd, əsas fəaliyyət istiqamətləri öz əksini tapmalıdır.
Nizamnaməyə TKB və LTB-nin fəaliyyət dairəsinə aidiyyatı olan başqa
əsasnamələr də daxil edilir.
11. TKB və LTB-nin strukturu rektor tərəifndən təsdiq edilir. TKB və LTB-
nin tərkibində şöbələr, bölmələr və qruplar funksional (norma-nəzarət, texniki
nəzarət, standartlaşdırma və s.) və inzibati-təsərrüfat bölmələri təşkil edilə bilər.
Kütləvi istehsal üçün müasir avadanlıq, cihaz və texnoloji xətlərin yaradılması və
təkmilləşdirilməsinin başa çatdırılması məqsədilə TKB və LTB-də təcrübə-istehsal
sahəsi yaradılır. Bundan əlavə TKB və LTB-yə hesablama mərkəzi, sınaq
stansiyaları, tələbə konstruktor bölmələri daxil edilə bilər.
Bölmələrin əsasnamələri və əməkdaşların vəzifə təlimatları TKB və LTB
tərəfindən təsdiq edilir.