Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 308,24 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix06.02.2018
ölçüsü308,24 Kb.
#25916
1   2   3   4   5   6   7   8   9   10

 

və  və  məcburi  köşkünlərin  problemlərinin  həlli  üzrə”    Dövlət  Proqramı    təsdiq 



edilmişdir. Son illərdə ölkəmizdə şikəst uşaqların və onların ailələrinin maraqları 

çərçivəsində  fəaliyyət  göstərən  təşkilatların  əhəmiyyətli  dərəcədə  fəallaşması 

müşahidə  olunur.    Müxtəlif  profilli  10-a  yaxın  mərkəz  bu  kateqoriyadan  olan 

uşaqlara  reabilitasiya  xidmətləri  göstərir.  Bunların  sırasında  daun  və  autist 

uşaqların kukla teatrını göstərmək olar.   

Ölkə  hökuməti  tərəfindən  həmçinin  xüsusi  istedada  malik  olan  uşaqların 

müdafiəsi istiqamətində də mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası 

Nazirlər Kabineti tərəfindən 4 avqust 2000-ci il tarixində təsdiq edilmiş “İstedadlı 

və  yaradıcı  uşaqların  və  gənclərin  sosial  və  iqtisadi  problemlərinin  həllinə  və 

onların  qabiliyyətlərinin  inkişafına  yönəlmiş  Dövlət  Proqramı”  uşaq  və gənclərin 

yaradıcı potensialının  inkişafına  əhəmiyyətli  təsir  göstərərək  gənclərin  məşğulluq 

və işədüzəlmə probleminin həllini təşviq etmişdir. Bu sahədə atılan digər  mühüm 

addım 2006-cı il aprelin 17-də “Xüsusu istedada malik olan uşaqların yaradıcılıq 

potensialının  inkişafı  üzrə  Dövlət  Proqramı  (2006-2010)”nın  qəbul  edilməsi 

olmuşdur.  

Azərbaycan  Respublikası  Uşaq  hüquqlarının  müdafiəsi  sahəsində  bir  sıra 

bəynəlxalq  təşkilatlarla,  xüsusilə  də  BMT-nin  Uşaq  Fondu-UNİ-CEF-lə  sıx 

əməkdaşlıq edir.  

Uşaqların  yaşamaq  hüququnun  pozulmaması  üçün  bütün  dünyada  müxtəlif 

tədbirlər keçirilir, qanunlar qəbul edilir.  

Amma  təəssüf  ki,  bütün  bunlar  tanrının  bizlərə  əmanəti  olan  körpələrin 

gülüşünü qorumağa yetmir. Görünür, bunun üçün müxtəlif  layihələr hazırlamaq, 

ixtiralar  etmək  üçün  yalnız  ağlımızı  səfərbər  etməyimiz  kifayət  deyil,  qoca 

dünyanın  kiri-pasıyla    dumanlanmış  qəlbimizi  oyandırmağı  bacarmalıyıq  ilk 

növbədə.  Bunu  özümüz  üçün  eləməliyik.  Eləməliyik  ki,  sabahımızın  xilaskarları 

dünyamızı  Allaha  şikayət  etməsinlər.  Allah  “mələklərin”  göz  yaşına  dözməz.  Və 

bir daha göndərməz onları dünyamıza. Dünyamız gülüşsüz və işıqsız qalar... 

 

 



 

 

 




 

B Ö L M Ə II: 



 DÜNYANI  VERDİK UŞAQLARA... 

 

Uşaqlar istər öz valideynləri, nənə-babaları, doğmaları, istərsə də ətraf 

mühitdə  yaşayan  digər  insanlar,  xüsusən  böyüklər  üçün  həmişə  sevinc 

mənbəyidir.  Uşağın  doğması-yadı  yoxdur.  Tanımadığın  birisinin  balasını  da 

öz balan, öz körpən kimi sevə, əzizləyə bilirsən. Səbəbi də məlumdur. Təbii ki, 

uşaq  məsumdur,  müqəddəsdir,  pakdır  və  təmizdir.  Uşaq  sevincdir, 

xoşbəxtlikdir. Üz-gözündən sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan, 

Allahın  ən  ali  yaradılışını  necə  sevməmək  olar?  Bəlkə  də  ona  görədir  ki, 

Məhəmməd  Peyğəmbər  də  evdə  hamıdan  böyük,  hamıdan  səlahiyyətli 

qismində  məhz  uşaqları  görürdü.  İmam  Əli  deyirdi  ki,  başqasının  uşağını 

xoşbəxt görmək istəyən öz balası üçün xöşbəxtliyi təmin etmiş olur. 

 

Müqəddəs  analarımız  laylalarında,  oxşamalarında  körpələrini  dünyanın  ən 



müqəddəs varlığı kimi əzizləyir, onları ən müqəddəs sözlərlə mədh edirlər.  

Laylay, beşiyim, laylay, 

Evim-eşiyim, laylay. 

Sən yat şirin yuxuda

Çəkim keşiyin laylay!.. 

Bu gün dünyamız ziddiyyətlərlə, münaqişələrlə, ictimai-siyasi kataklizmlərlə 

doludur.  Dünyanın  münaqişəli  zonalarında  böyüklərlə  bərabər  uşaqların  da  həlak 

olması  barədə,  demək  olar  ki,  hər  gün  xəbərlər  alırıq.  Bir  neçə  il  bundan  qabaq 

Suriyanın  Hule  qəsəbəsində  kimlərinsə  evlərə  girərək  valideynləri  və  onlarla 

bərabər uşaqları güllədən keçirməsi, demək olar ki, bütün dünyanı ayağa qaldırdı. 

BMT  təcili  müzakirələr  keçirdi.  Bəşər  Əsədə  qarşı  ən  sərt  təzyiqlər  başlandı. 

Suriyanın bütün Avropa ölkələrindəki səfirləri xidmət yerlərindən qovuldu. Və bu 




 

qəddarlığın  bütün  məsuliyyəti  Suriyanın  dövlət  başçısı  Əsədin  üzərinə  qoyuldu. 



Baş  vermiş  hər  bir  hadisədə  günahkarların  tapılıb  cəzalandırılması  tələb  olundu. 

Əlbətdə,  uşaqlara  qarşı  törədilən  hər  bir  qəddarlıq  həmişə  pislənmiş  və  

pislənilməlidir.  

Yenə də bir faktı nəzərinizə çatdıraq ki, bir neçə il bundan qabaq Norveçdə 

Breyvik  familiyalı  bir  qəddar  dünyanın  müxtəlif  ölkələrindən,  müxtəlif 

millətlərdən  olan  uşaqları  gülləboran  etmiş,  necə  deyərlər,  beynəlmiləl  bir  qətlin 

icraçısı olmuşdu. O da öz cəzasını çəkməkdədir. Bu cür cinayətləri, uşaqlara qarşı 

bu qəddarlığı nə dünya qanunları, nə də Allah bağışlayır.  

Amma  bu  cür  faktların  çoxluğuna  baxmayaraq,  həyat  davam  edir,  hər  gün 

dünyaya  korpələr  gəlir.  Son  20  ildə  tarixin  ən  amansız  sınağından  çıxmış 

Azərbaycanda da işıqlı-işıqlı, nurlu-nurlu körpələrimiz dünyaya gəlir. Özləri ilə yer 

üzünə işıq gətirir, sevinc, fərəh, xoşbəxtlik gətirir, böyüklərə böyük-böyük dərdləri 

unutdururlar.  

Babalarımız, nənələrimiz, analarımız uşaqlara tarixən gələcək kimi baxıblar 

bir  evin,  bir  ocağın  gələcəyi,  bir  nəslin  gələcəyi  və  nəhayət,  bir  millətin  gələcəyi 

kimi.  Bəşəriyyət  yer  üzünə  hər  bir  yeni  həyat,  yeni  nəfəs,  yeni  ruh  kimi  gələn 

körpələrə  tarixin  bütün  dövrlərində  özünün  gələcəyi  kimi  baxıb.  Bu  boyda  Yer 

kürəsini  onların  balaca  ürəklərinə,  balaca  əllərinə  etibar  edərək  dünya  səhnəsini 

tərk ediblər. Belə deyək ki, dünyanı uşaqlara verib gediblər.  

Dili  dualı  Azərbaycan  anaları  bütün  ömürləri  boyu  bu  balaca  fidanların 

başına  pərvanə  kimi  dolanıb,  onların  varlığı  eşqinə  min  bir  nağıl,  bayatı,  layla, 

oxşama, bilməcə, gülməcə, tapmaca  yaradıblar. Vətən, millət təəssüblü atalarımız 

övladlarını elə tərbiyə etməyə çalışıblar ki, birinci növbədə ana Vətən üçün gərəkli 

olsunlar,  dar  gündə  doğma  torpağın  keşiyini  çəkib  onu  yağı  düşmənlərdən 

qorusunlar,  Vətənin  başından  bir  tük  belə  əskik  olmasına  imkan  verməsinlər.  Və 

min illər boyu müqəddəs yurd yerlərimiz ana südü kimi saf və təmiz olan bu öyüd-

nəsihətlərin  işığında  qorunub,  nəsildən-nəsilə  ötürülərək  bu  günümüzə  qədər 

gətirilib-çıxarılıb.  Bu  müqəddəs  öyüd-nəsihətlər  fidan-fidan  körpələrimizi 

sonradan  beyrəklərə,  qazanlara,  babəklərə,  koroğlulara..çevrilib.  Onların  dəli 

nərələrinin  vahiməsi  min  illər  boyu  yağıları  ulu  türk  yurdlarına  yaxın  düşməyə 

qoymayıb.  

Təəssüflər  olsun  ki,  babalardan  ərmağan  bu  min  illik  ənənələrimiz,  demək 

olar  ki,  bütün  keçən  əsr  boyu  böyük  deformasiyalara  uğrayıb.  Müqəddəs  ocaq 

olaraq  göz  bəbəyi  kimi  qorunmuş    torpaqlarımız  parça-parça  edilərək  yadelli 

işğalçıların  əlinə  keçib.  Get-gedə  Azərbaycanın  sərhədləri  daralıb,  Dərbəndi, 



Yüklə 308,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə