Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ F. KÖÇƏRLİ adina respublika uşaq kitabxanasi elmi-metodika şÖBƏSİ


Yubiley tədbirlərinin keçirilməsi



Yüklə 371,21 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix11.12.2023
ölçüsü371,21 Kb.
#146450
1   2   3   4   5   6   7   8   9   ...   13
Heyder Eliyev

 
Yubiley tədbirlərinin keçirilməsi
Azərbaycanın milli-mənəvi dünyasını zənginləşdirmiş şəxsiyyətlər möhkəm 
əqidələri, dərin zəkaları ilə tariximizdə parlaq səhifələr yazmışlar. Bu şəxsiyyətlər 
doğma yurdun sabahı naminə zamanın sınaqlarına fədakarlıqla sinə gərərək vətənin 
işıqlı gələcəyini təmin etmişlər. Ümummilli liderimiz, türk dünyasının fəxri 
Heydər Əliyev belə şəxsiyyətlər sırasında önəmli yer tutur. Bu dahi insan 
yaşasaydı, indi ömrünün 90-ci baharını qeyd edəcəkdi. Xalqımız onun bütün 
mənalı ömrünü xalqının xoşbəxt gələcəyi üçün sərf etmiş, canı qədər sevdiyi 
Azərbaycanın çiçəklənməsi üçün çalışmış əfsanəvi insanın adı ilə bağlı əziz günü 
ürəkdən qeyd edir. Bu münasibətlə respublikanın bütün mədəniyyət 
müəssisələrində, eyni zamanda kitabxanalarda yubiley tədbirlərinin keçirilməsi 
nəzərdə tutulmuşdur. Kitabxanalarda bununla əlaqədar maraqlı tədbirlər keçirmək 
olar. Tədbiri keçirmək üçün kitabxana məktəblərlə, ali təhsil ocaqları ilə 
əməkdaşlıq etməlidir. Bu tədbirlər arasında sərgilər mühüm yer tutur. Sərgidə 
Heydər Əliyev haqqında kitablar və müxtəlif mətbuat səhifələrində nəşr olunmuş 
məqalələr, onun fotoları nümayiş olunur.
Sərgiyə kitablarla yanaşı ulu öndər 
haqqında dövri mətbuatda çap olunan məqalələrin kartotekasını, onun haqqında 
çəkilmiş sənədli və bədii filmlərin video-yazılarını, kaset və disklərini də əlavə 
etmək olar. Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər – söhbətlər, 
biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır. Sərgi müxtəlif başlıqlar altında 
keçirilə bilər. 
“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur”, “Heydər 
Əliyev böyük siyasət və dövlət xadimidir”,“Heydər Əliyev türk dünyasının böyük 
oğludur”,“Heydər Əliyev Mədəniyyətimizin böyük hamisi kimi”,“Heydər Əliyevin 
adı Azərbaycanın şərəf və ləyaqət ucalığının rəmzidir”, “Türk dünyasının fenomen 
lideri”,”Əbədi müstəqilllik tarixi yazan lider”, “Milli-mənəvi dəyərlərimizin 
qoruyucusu, “Xalq Heydər söyləyəcək”, “Milli mədəniyyətimizin himayədarı” və 
s. İndi isə sərginin nümunəsini veririk.
1.
Başlıq. Əbədiyaşar lider. 
2.
Heydər Əliyevin portreti. 
3. Görkəmli insanların Heydər Əliyev haqqında söylədikləri sitatlar. 
4. Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 
5. Heydər Əliyevdən bəhs edən kitablarının nümayişi. 
6. Şeir parçası. 
Sərgi təşkili zamanı aşağıdakı sitatlardan istifadə etmək olar.
1.
Azərbaycan mədəniyyətinin və zəngin tarixi irsimizin dünya ictimaiyyətinə 
tanıdılması Heydər Əliyevin misilsiz xidmətlərindəndir.
Xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr 
edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı 
olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 
2.
Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır. 
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 


16 
3.
Heydər Əliyev dünyaya qalib gəldi, qalib getdi! Onun həyatının başlanğıcından 
sonuna qədər hansı səhifəsini vərəqləsən, burada qələbənin məğrur 
təbəssümünü görərsən... 
Xalq yazıçısı Anar 
4.
Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və 
sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir 
millət, iki dövlət” ifadəsi də ona məxsusdur.
Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan 
5.
Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik 
Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır. 
Xalq yazıçısı Çingiz Aytmatov 
6.
Azərbaycanın bugünkü nailiyyətlərində Heydər Əliyevin səriştəli və müdrik 
rəhbərliyi şəksizdir. 
Türk dünyasının ictimai-siyasi xadimi Süleyman Dəmirəl
7.
Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli lideridir. 
Federiko Mayor, YUNESKO – nun baş direktoru 
8.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanı böyük gələcək gözləyir. 
Jak Şirak Fransanın keçmiş prezidenti 
9.
Heydər Əliyevin müstəqillik əzmi, demokratik əzmi, demokratik mövqe tutması 
bütün dünya ilə əlaqələr yaratması üçün layiqli körpü rolunu oynayacaqdır. 
Oskar Lui Skalfaro, İtaliyanın prezidenti 
10.
Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan tezliklə dünyanın ən 
inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir. 
Əlahəzrət Akixito, Yaponiyanın imperatoru 
11.
Heydər Əliyevin qətiyyətli iştirakı və şəxsi əməyi olmasaydı, Azərbaycanın 
nailiyyətləri də mümkün olmazdı. 
Emoməli Rəhmanov,Tacikistan prezidenti 
12.
Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, qazandığı nailiyyətlər daha 
əhəmiyyətli və daha sanballıdır. Bütün bunlar Azərbaycan xalqının tanınmış 
lideri Heydər Əliyevin çox böyük şəxsi töhfəsinin və şəxsi şücaətinin 
nəticəsidir. 
Saparmurad Niyazov, Türkmənistan prezidenti 
13.
Heydər Əliyev mədəniyyət və ədəbiyyata böyük hörmət bəsləyir. Bu, onun 
müdrüklüyünə dəlalətdir. 
İvan Draç, Ukrayna şairi 
Orta yaş qrup oxucular arasında ümummilli lider Heydər Əliyevin 90 illik 
yubileyi münasibətilə sual-cavab gecələri, testlər və ya ədəbi viktorinalar təşkil 
oluna bilər. Sual-cavab gecəsi kitabxanaçı tərəfindən təşkil olunur və oxuculara 
suallar təqdim olunur.Viktorina keçirilərkən, kitabxanaçı məktəbli oxucuları 
ətrafıına toplayıb ulu öndərin malik olduğu xüsusiyyətləri onlardan soruşur. Bu 
zaman kitabxanaçı ilə oxucular arasında maraqlı dialoq yaranır. Məsələn: 


17 

Yüklə 371,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə